Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə30/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   26   27   28   29   30   31   32   33   ...   97

 

91 


düşünən  bir  xudbin,  oğul  isə  ―insanlıq  aşiqi,  təbiət  və  həqiqət 

aşiqi,  zərif  ruhlu,  şair  təbiətli‖  bir  adamdır.  Lakin  var-dövlət, 

sərvət  və  ixtiyar  atanın  əlindədir.  Turxan  bəy  oğlunu  milyon- 

çu bir bəyin qızına evləndirmək istəyirdi. Odur ki, kasıb, ziyalı 

ailəsindən  olan  Humayın  gəlişi  onu  qəzəbləndirir.  Üstəlik 

Humay  açıq  gəzir,  çadra  örtmür  —  buna  dözməkmi  olar? 

Turxan bəy oğluna Humaydan əl çəkməsini və qızın bir həftəyə 

qədər şəhərdən  çıxıb getməsini əmr edir.  Lakin  eyni zamanda 

hiss  edir  ki,  oğlu  onun  əmrini  yerinə  yetirə  bilməyəcək.  O, 

gənclərin  özündən  əlavə,  onların  bir  neçə  yeni  fikirli 

müdafiəçilərinə  də  rast  gəlir.  Bunlardan  biri  Turxan  bəyin  öz 

qohumlarından olan Nadir bəydir. Nadir bəy ali təhsil görmüş 

ziyalılardan  biridir,  hüquqşünasdır.  O,  işdə,  qulluqda  olduğu 

kimi,  ailədə  də  ədalətin,  yeniliyin  müdafiəçisi  kimi  özünü 

göstərir  və  Turxan  bəyin  köhnə  fikirləri  ilə  razılaşmadığını 

bildirir.  Hələ  ilk  pərdədə  onların  arasındakı  qısa  mükalimə 

Nadir bəyin səciyyəsini çox yaxşı aydınlaşdırır: 

 

T u r x a n  b ə y  — Cəmili evləndirmək istəyirəm... 



N a d i r   b ə y   —  Kim  bilir?  Bəlkə  o,  şimdiyə  qədər 

sevişib evlənmiş də, bizim xəbərimiz yox... 

T u r x a n   b ə y   —  Xayır,  oğul  mənimsə,  xəbərsiz  iş 

tutmaz. Onunçun bir qız bulmuşam ki, röyasında belə görməz. 

Həm gözəl, babasının bir dənəsi, həm də son dərəcə zəngin. 

N a d i r  b ə y — Məncə gözəllik zövqə aid bir şeydir. Sər- 

vət isə, düşündüyünüz kimi, insanı pək məsud edəməz. Bir də, 

bir qızı sərvəti üçün deyil, dilxah və tərbiyəli olduğu üçün alır- 

lar. 

T u r x a n  b ə y — Nadir! Heç bir hiss, heç bir qüvvət, heç 

bir  yer  yoxdur  ki,  orada  altun,  gümüş  rol  oynamasın.  Əmin 

olunuz  ki,  dünyanın  bütün  izzəti,  bütün  səadəti  ancaq  para  ilə 

əldə edilə bilir. 

N a d i r  b ə y — (yerindən qalxaraq) Əvət, hər şey para ilə 

əldə edilir, illa fəzilət və insaniyyət!.. 



 

92 


T u r x a n b ə y — Fəzilət də paradadır, insaniyyət də... 

N  a  d  i  r  b  ə  y—Yanılırsınız...  Sizə  insan  qılığında  elə 

çulsuz,  noxtasız  uzunqulaqlar  göstərə  bilərəm ki,  yalnız altun- 

dan yapılmış bir palanları əksikdir...

 1

 

 

Əsərdə insanlıq və fəziləti qızıl-gümüşdə görən bu ―noxtasız 



uzunqulaqlar‖  əxlaqına  qarşı  çıxan  başqa  surətlər  də  vardır: 

mühəndis  müavini  Bəypolad,  evin  xidmətçiləri,  gözəl  ruhlu 

qoca  Nazlı,  Humayın  anası  İsmət  və  başqaları  da  bu  yeni 

insanların  tərəfindədir.  Marala  gəlincə  bu  bədbəxt  qadın 

Humayı  və Cəmili  mehribanlıqla  qarşılayır:  heç  olmazsa onun 

salındığı  qəfəsə  ikinci  bir  azad  quş  da  gətirmişlər.  Bu  onun 

üçün  bir  təsəlli  olur.  22  yaşlı  gəlin  ilə  on  yeddi  yaşlı 

―qayınana‖ sirdaş olurlar. 

Cəmil  də  ilk  dəfə  gördüyü  bədbəxt  analığına,  onun  öz 

sözləri  ilə  ―yalnız  özünü  düşünən,  öz  kefinə  baxan  atanın  on 

altı yaşlı gəlininə‖ acıyır, ona dərin rəğbət bəsləyir. Yeni ruhlu 

adamların sayı az deyildir. Onlar bir-birinə kömək etməyə, bir-

birini müdafiə etməyə hazırdırlar. 

Turxan bəyin də arxası, köməyi vardır. Bu arxa isə müəllifin 

―başında  qocaman  bir  sarıq,  əbus  çöhrəli  bir  ixtiyar‖ 

adlandırdığı şəhər qazısıdır. 

Beləliklə,  əsərdə  bir  tərəfdən,  ictimai  həyatın  ən  mürtəce 

qüvvələrinin  timsalı  olan  burjualaşmış  mülkədar  və  ruhanilik, 

digər  tərəfdən  isə  müxtəlif  ailələrdən,  təbəqələrdən  olan  yeni 

ruhlu  ziyalı  qüvvələr  qarşı-qarşıya  qoyulur.  Dramın  əsas 

konflikti də bu qütblər arasındakı münaqişədən ibarətdir. 

Müəllif  mühafizəkar  siniflərin  və  ruhaniliyin  hər  cür 

yeniliyin,  o  cümlədən  də  qadın  azadlığının,  yeni  ailənin 

düşmənləri  olduqlarını  göstərmək  istəmişdi.  Şəhər  qazısı 

Humayın  başıaçıq gəzməsinə  ciddi  etiraz  edərək  Turxan  bəyə: 

―Gəlinin  islam  qızı  olduğu  halda,  xristiandan  seçilmir‖,  — 

deyir.  Turxan  bəy  də  qazının  uydurduğu  şəriət  qanunlarından 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 110-111. 




 

93 


özünün  hakim  mövqeyini  möhkəmləndirmək,  öz  rəzalətlərini 

pərdələmək üçün istifadə edir. Dördüncü pərdədə Turxan bəylə 

Nadir bəy arasında olan aşağıdakı mükalimə də səciyyəvidir: 

T  u  r x  a  n b  ə  y  — ...Bu  qızın üz-gözü açıq  gəzməsinə nə 

deyirsən? 

N a d i r b ə y — Zatən o ta çocuqludan bəri açıq və sərbəst 

olaraq böyümüşdür. 

T u r x a n b ə y — ...Bu hərəkət şəriətə müvafiqmi ya? 

N  a  d  i  r  b  ə  y  —  Bilməm!..  Fəqət  məncə  şəriət  insanların 

nicat  və  səadəti  üçün  yapılmış  bir  qanundur.  Xalqı    təhlükəli 

uçurumlara yuvarlayan bir qanun isə, pək çürük və mənasız bir 

əfsanə  deməkdir.  Bir  də  nə  islam  şüarı,  nə  türklük  səciyyəsi 

qadınlara ―örtün‖ — deyə əsla məcbur etməz və bu hal yalnız 

etiyaddan doğma bir məhkumiyyətdir ki, o da er-gec olur. 

T u r x a n b ə y — Pək gözəl, bu şəhərdə Humaydan başqa 

bir qız-gəlin yoxmu ya? 

N a d i r b ə y — (təbəssümlü) Bir az sonra həpsini Humaya 

arkadaş bulursunuz... Sağlam bir tərbiyəyə sarsılmaz bir əxlaqa 

malik  olan  xanımların  açıq  gəzməsində  heç  bir  məhzur 

görməyirəm

1



Nadir  bəyin  nəzərində  din,  şəriət  qanunları  göydən  düşmə 



bir şey deyil, vaxtı ilə insanlar tərəfindən düşünülmüş, sonralar 

isə  zaman  keçdikcə  köhnəlmiş,  bir  qədər  də  təhrif  edilmiş, 

eybəcərləşdirilmiş,  xalqı  təhlükəli  uçurumlara  yuvarlayan 

çürük, mənasız əfsanəyə çevrilmişdir. Beləliklə, Nadir özü bəy, 

mülkədar  nəslindən  olsa  da,  mühafizəkar  turxanbəylərə 

nisbətən  xeyli  dəyişilmiş,  irəli  gəlmiş,  görüşləri  etibarı  ilə 

tamamilə  mühafizəkar  mülkədarlığa  qarşı  duran  bir  ziyalı, 

liberal mülkədardır. 

Nadir  bəy  N.B.Vəzirov  və  Ə.Haqverdiyev  kimi  realist 

yazıçılarımızın  əsərlərindən  bizə  tanış  olan  fəxrəddinlər  və 

fərhadlar  nəslindəndir;  köhnə  dünyadan,  köhnə  zehniyyətdən 

ayrılmağa can atan ziyalılardan biridir. 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 141-142. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə