Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə38/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   34   35   36   37   38   39   40   41   ...   97

 

116 


və  ayrılığa  qarşı  mübarizə  ideyasının  əsərdə  əsas  ideya 

xətlərindən biri olduğunu təsdiq edir: 

 

D ə r v i ş  



 

Bir səbəbsiz deyil bu hiddətü kin? 

 

Ş e y x  S ə n a n  



 

İxtilaf — ixtilafi-məzhəbü din. 

 

D ə r v i ş (yarimqəhqəhə ilə) 



 

İştə gördünmü din nələr doğurur? 

Nə bəlalər, nə fitnələr doğurur? 

Din bir olsaydı yer üzündə əgər, 

Daha məsud olurdu cinsi-bəşər.

 1

 

 

Bu  sözlər  bizə  klassik  ədəbiyyatımızda  dini  təfriqəyə  qarşı 



aparılan  tarixi,  ənənəvi  mübarizəni  xatırlatmaya  bilməz.  Hələ 

XIV  əsr  şairinin  dediyi  bu  sözlər  Sənanın  və  Dərvişin 

mülahizələrinə nə qədər yaxındır: 

 

Kəbəvü deyr 



2

 nədir, qeyr nədir, seyr nədir? 

Məscidü bütkədəvü xirqeyi-zünnar 

3

 nədir? 



Elm, quran, hədisü xəbərü vəz ilə dərs 

Cümlə bir məni imiş, bunca bu təkrar nədir? 



(N ə s i m i) 

 

Dini  mövhumata  və  dini  təfriqəyə  qarşı  Sənanın  apardığı 



mübarizənin  kəskinliyi  göz  qarşısındadır.  Lakin  bu  tamamilə 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh, 249. 



2

 Deyr — xaçpərəstlərin məbədi. 

3

 Zünnar — xaçpərəstlərin bellərinə bağladıqları qurşaq. 




 

117 


etiqadsızlıq, allahsızlıqdırmı? Əlbəttə, yox. 

Şeyx 


Sənan, 

həmçinin 

Dərviş 

Musanın, 



İsanın, 

Məhəmmədin  gətirdiyi  dinlərə  şübhə  edir,  inanmır.  O  başa 

düşür  ki,  dinlər  insanları,  xalqları  bir-birindən  ayrı  salır, 

bəlalar,  fitnələr  doğurur.  Bununla  belə  Şeyx  Sənan  özü  də 

insanları,  xalqları,  millətləri  bir-birinə  mehriban  edə  biləcək, 

bir-birinə qardaş edə biləcək başqa bir etiqad axtarır. Bu etiqad 

dinə  yox,  müəyyən  bir  fəlsəfəyə  əsaslansa  da,  hər  halda  yenə 

etiqaddır. Bu da bir növ ilahi bir  məhəbbət, ruhani  bir eşqdir. 

Doğrudur, bu ―ilahi məhəbbət‖ ideyasının qarşısında din, iman, 

məzhəb,  kəbə,  monastır,  incil,  tövrat,  quran  və  sair  bir  heçə, 

əfsanəyə çevrilir; lakin əslində bu etiqad özü də başqa ruhlu bir 

əfsanədir.  Bu  etiqad  Şeyx  Sənanı  bir  müddət  həyata  yox, 

―üluhiyyətə‖,  ruhlar,  ideyalar  aləminə  aparıb  çıxarır, 

həqiqətdən uzaqlaşdırır. Sənan hər nə qədər dinlərə qarşı çıxsa 

da,  etiqada  sahib  olduğu  üçündür  ki,  gürcü  gözəli  Xumar  və 

onun məhəbbəti, Sənanın nəzərində ideallaşır, ilahiləşir. Xumar 

onun  nəzərində  qadın  deyil,  hər  şeydən  əvvəl,  ―gözlərində 

üluhiyyət  oxunan  bir  mələk‖,  ―allahın  bir  heykəli‖  kimi 

görünür: 

 

O mələkdir, qadın deyil əsla, 



Oxunur gözlərində ülviyyət, 

Sanki bir heykəli-üluhiyyət... 

 

Şeyx  Sənan  canlı,  həqiqi  Xumarın  arxasınca  deyil,  canlı 



Leylisini  rədd  edib  xəyali,  ideal  Leylinin,  mütləq,  ilahi 

gözəlliyin  sorağına  düşmüş  Məcnun  kimi  Xumarın  sorağına 

düşür.  Sənanın  sevib  pərəstiş  etdiyi  Xumar  hər  nə  qədər  canlı 

gözəlliyin bir timsalı  olsa  da,  yenə  ərə  getməyə  nifrət edən  və 

anasının nəsihətinə görə monastıra qaçmaq arzusu ilə  yaşayan 

bir  qızdır;  Sənan  da,  əsərin  birinci  pərdəsindən  göründüyü 

kimi,  evlənməkdən,  qadından  qaçan  və  onu  odlu  məhəbbətlə 

sevən gözəl Zəhrasını gözüyaşlı qoyub ondan uzaqlaşan, ―eşqi-




 

118 


ruhani‖  arxasınca  düşmüş  bir  ―dərbədərdir‖.  Əgər  Sənan  Xu- 

marı ―üluhiyyət heykəli‖, ―nuri-həqqin təzahürü‖ kimi sevirsə, 

Xumar  da  onda,  yəni  Sənanda  bir  ―övliya  sifəti‖  görüb  onu 

sevir. 


Buradan  aydın  görünür  ki,  Hüseyn  Cavid  ondan  çox-çox 

qabaq  Şeyx  Sənan  haqqında,  bir  ruhani  müsəlmanın  xristian 

qızını  necə  sevməsi  haqqında  olan  rəvayəti  əsasən  saxlamağa 

çalışmışdır. 

Bütün  bunlarla  bərabər,  bu  mistik  məhəbbət  macərasında 

dramaturqun  ön  plana  çəkdiyi  və  əsərin  əsas  məfkurə  xəttinin 

tamamlanmasına  xidmət  edən  cəhət  bir  müsəlmanın  dini 

təəssübkeşliyi  ayaqlayaraq  bir  xristian  qızını  sevməsinə  və 

xristian  qızı  tərəfindən  də  eyni  ruhda  sevilməsinə  haqq 

qazandırmaqdır. 

Sənan surətinin yaranmasında və inkişafında ən əhəmiyyətli 

cəhət  budur  ki,  Sənan  get-gedə  pərəstiş  etdiyi  mütləq,  ilahi 

gözəllikdən,  həsrətlə  qovuşmaq  istədiyi  ―üluhiyyətdən‖,  canlı, 

real,  həyati  gözəlliyi  ideallaşdırmaq  yolundan,  hətta  fəlsəfi 

panteizmdən də uzaqlaşmağa başlayır. Son səhnədə Sənan artıq 

tutduğu  yoldan  peşman  olmuş,  bəslədiyi  əməllərin,  etiqadın, 

daha  dəqiq  deyilsə  mücərrəd  idealların  bir  ―röya,  dadlı  bir 

xülya‖  olduğunu  dərk  etməyə  başlamışdır.  Səhnələrin  birində 

Sənan dərin peşmançılıq hissi ilə Xumara deyir: 

 

Məni yalnız yaşatdı bir röya, 



Oylə röya ki, tatlı bir xülya... 

Dərdü həsrətlə daima yanaraq  

Yaşadım bir xəyala aldanaraq.

 1

 

 

Demək,  Sənan  dini  etiqadların  çürüklüyünü  dərk  etməklə, 



fəlsəfi  idealizmin,  təbiət  hadisələrini,  insan  gözəlliyini  allahın 

təzahürləri kimi qiymətləndirən təriqətin də mənasızlığını dərk 

etməyə başlayır. Son nəticədə Sənanı həm dindar şeyxlərə, həm 

                                                 

1

 

H.Cavid. Seçilmiş əsərləri, səh. 242.



 


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə