Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə39/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   35   36   37   38   39   40   41   42   ...   97

 

119 


də  panteist  ―nurani  dərvişlərə‖  görə  çox  irəli  getmiş  görürük. 

İndi Sənan Dərvişi rədd etməyə çalışır. 

Dərviş  maddi  aləmin  varlığını  heç  sayır,  onun  nəzərində 

ancaq ruhlar aləmi həqiqi və əbədidir. Son səhnədə və əlavədə 

Dərviş  Sənanı  özü  kimi  tənha,  məhzun  və  pərişan  görürkən, 

nəhayət,  şeyxin  onun  təqib  etdiyi  məsləkə,  təriqətə  meyl 

etdiyini, ruhun əbədiliyi, ölməzliyi fikrinə gəlib çıxdığını zənn 

edərək Sənana deyir: 

 

Baxma, şeyxim, şu hali-pürğəminə. 



Giriyorsun həqiqət aləminə. 

Fəzli-həqq runüma kamalında, 

Parlayır nuri-həq camalında! 

Səndə bir əhli-hal əlaməti var, 

Səndə əl’an xuda qiyafəti var.

 1

 

 

Əvvəlləri  Dərvişə  pərəstiş  edən,  onu  ―pək  böyük,  nadir  bir 



zəka‖  adlandıran  Şeyx  Sənan  isə,  bu  dəfə  usanmış  bir  tövrlə 

Dərvişi və onun mövhumi təbliğatını rədd edir: 

 

Söylənib durma, sən də get, dəf ol! 



Get də bir başqa sayğısız ara... bul! 

Əl verir, istəməz bu mövhumat, 

Getdi, məhv oldu bənliyim, heyhat! 

Məni sən eylədin bu dərdə düçar, 

Get, çəkil, durma!

 2

 

 

Hətta  Şeyx  Hadinin  yuxusunda  Sənan  allaha  da  asi  olmağa 



başlayır: 

 

Yoxmudur səndə mərhəmət?! Ya rəb!.. 



Gəliyor həp bu hiylələr səndən, 

                                                 

1

 

Yenə orada, səh. 250.



 

2

 H.Cavid. Seçilmiş əsərləri, səh. 250. 




 

120 


Məni bilməm neçin yaratdın sən?

 1

 

 

Bir  az  əvvəl  ―üluhiyyətin  heykəli‖  adlandırdığı  Xumarı 



Sənan eyni usanmış tövrlə qarşılayır: 

 

Nəyə gəldin, deyil bu illətsiz, 



Məni məhv eyləməkmi niyyətiniz!? 

...Ah, məndən nə istəyirsən, get!..

 2

 

 

Sonra  Sənan  Xumarın  vəfalı  çıxdığını  görüb,  ona 



yaxınlaşırsa da, ancaq bu yaxınlıqda əvvəlki kimi canlı gözəli 

ilahiləşdirmək  meyli  yoxdur.  Bir  də  əsərin  finalında  Xumarın 

hər  şeyi  atıb,  Sənanın  dalınca  getməsi,  Sənanın  da  onu 

məhəbbətlə  qarşılaması,  hər  ikisinin  bərabər  ölməsi,  faciənin 

mərkəzində  duran  əsas  ideyanın  —  bütün  dinlər  əfsanədir, 

ancaq  insanları  bir-birindən  ayırmağa  xidmət  edir  —  ideyası- 

nın bədii həlli nöqteyi-nəzərindən çox gözəl düşünülmüş zəruri 

bir  səhnədir.  Burada  hər  iki  aşiq  dini  təəssübkeşliyi  ayaqlayıb 

tapdalayır.  Sənan  müsəlmançılıqdan,  Xumar  isə  xristianlıqdan 

çıxıb,  hər  şeyə  üstün  gələn  qadir  məhəbbətin  ağuşuna  atılıb, 

əsil insan olurlar. 

Şeyx  Sənan,  təbiidir  ki,  müasir  həyatdan  alınan  bir  surət 

deyildi.  Lakin  bu  tarixi  bir  şəxsiyyətin  surəti,  bir  tarixi  faciə 

qəhrəmanı  da  deyildi;  ancaq  müəyyən  ideyaları  əks  etdirən 

xəyali,  romantik  bir  qəhrəman  idi.  Bununla  belə  Sənanın 

simasında  Azərbaycanın  ictimai  fikir  tarixinə  və  əsərin 

yazıldığı  dövrə  aid  olan  müəyyən  və  məşhur  bir  həqiqət 

təcəssüm etdirilmişdi: bu həqiqət isə

 

bizim  ictimai  fikrimizdə, 



ədəbiyyatımızda,  xüsusən  klassik  şeirimizdə,  yuxarıda  de- 

yildiyi  kimi,  Xaqani,  Nizami,  Nəsimi,  Füzuli  və  başqa 

mütəfəkkir  şairlərin  yaradıcılığında  dini  təəssübkeşliyə,  dini 

ehkama, idealizmə zidd olan görüşlərin Cavid sənətinə məxsus 

                                                 

1

 



Yenə orada, 225.

 

2



 

Yenə orada, 250.

 



 

121 


orijinal  bir  şəkildə  ifadəsi  idi.  Sənan  surətində  bu  görüşlərin 

XX  əsrin  əvvəlləri  üçün  də  hələ  əhəmiyyətini,  rayihəsini 

itirmədiyi duyulmaqda idi. 

Qabaqlar  həqiqətə  tamamilə  ziddi  olaraq,  Cavidin 

görüşlərinin guya Azərbaycan ictimai fikri, varlığı ilə əlaqədar 

olmadığından danışanlar olmuşdur. Bu mülahizələrin uydurma 

və qeyri-elmi mülahizələr olduğu təkcə ―Şeyx Sənan‖ əsəri ilə 

də  sübut  edilə  bilər.  Əsərin  indi  də  sevilməsinin  bir  sirri 

bundadır. ―Şeyx Sənan‖da bizə Nizami və Füzulinin ―Leyli və 

Məcnun‖unu,  Xaqani  və  Nəsiminin  aşiqanə  lirik  qəzəllərini 

xatırladan cəhətlər çoxdur. 

―Şeyx  Sənan‖  əfsanəsini  keçmiş  əsrlərdə  də  bir  çox  şairlər 

qələmə  almışdılar.  Yaxın  və  Orta  Şərq  ədəbiyyatında  elə  bir 

şair çətin tapılar ki, o bu aşiqanə əfsanəvi macəraya az-çox öz 

əsərlərində toxunmamış olsun. Bu maraqlı əfsanə xalq arasında 

da çox yayıldığı üçündür ki, el ədəbiyyatında biz Sənanın adına 

tez-tez rast gəlirik. Şübhəsiz ki, bu addan və bu  əfsanədən hər 

şair öz görüşlərinə müvafiq bir şəkildə istifadə etmişdir. 

―Şeyx  Sənan‖  əfsanəsi  mövzusunda  keçmişdə  iri  həcmli 

əsərlər  yazan  sufi  şairlər  də  olmuşdur.  Sufilərin  bu  əfsanə 

əsasında  yazdıqları  əsərlərin  çoxu  Şeyx  Əttarın  ―Məntiqüt-

teyr‖  əsərində  ―Hekayəti-Şeyx  Sənan‖  bəhsində  olduğu  kimi, 

mistik, dini ruhda olub, əsasən sufi ideyaların, həm də sufizmin 

qatı  idealist  cəhətlərinin  təbliğinə  xidmət  etmişdir.  Məsələn, 

Şeyx  Əttarın  əsərində  Sənan  kəşfü  kəramət  sahibi,  xəstələrə 

şəfa  verən,  qoca  yaşlarına  qədər  ömrünü  Kəbədə  ibadətlə 

keçirən  qatı  dindar  bir  şeyxdir.  Şeyxin  bütün  müridləri  də 

möhkəm etiqadlı dindar adamlardır. Sonra bu dindar şeyx yuxu 

görüb, Rum elinə səyahətə çıxır, burada özü kimi daim ibadətlə 

məşğul olan ―ruhanisifət‖ bir ―tərsa qızına‖ rast gəlir. Şeyx qızı 

görər-görməz ağlını itirir: 

 

Rəft əqlü rəft səbrü rəft yar, 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə