Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə41/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   37   38   39   40   41   42   43   44   ...   97

 

125 


sözləri  məzlumların  gözünü  pərdələmək  üçün  işlədilən  gəlişi 

gözəl  sözlərdən  başqa  bir  şey  deyil.  O,  ―qanlı  kitab‖ 

adlandırdığı  birinci  imperialist  müharibəsi  dəhşətlərindən  bu 

nəticəni çıxarırdı ki, ―XX əsrin müstəbid övladları‖ daha aman- 

sız,  vəhşi  yırtıcılardır.  Şair  dərin  rəğbət  bəslədiyi  məzlumları, 

acizləri  bu  yırtıcılardan  qorunmaq  üçün  birləşməyə,  qüvvətli 

olmağa çağırırdı: 

 

Qucaq-qucaq edilən tatlı vədələr pək çox; 



Sakın, inanma! Yalan... yox zəif üçün haq, yox!.. 

İnanma! Aciz için yox hüquq, inanma, xeyr; 

Cahanda haq da, həqiqət də həpsi qüvvətdir.

 1

 

 

Əlbəttə, bu sətirlər hələ imperialist müharibəsini törədən əsil 



səbəblərin  Cavid  tərəfindən  düzgün  dərk  edildiyini  təsdiq 

etmirdi. Bu sözlər, fikirlər nə qədər ürəkdən gəlsə də, nə qədər 

gözəl,  təmiz  və  xeyirxah  niyyətlə  deyilsə  də,  məzlumları 

müdafiə  məqsədini  daşısa  da,  yenə  də  mücərrəd 

mühakimələrdən  ibarət  olaraq  qalırdı.  Bununla  belə  bu 

mühakimələr  özü  də  tarixi  şəraitə  görə  müəyyən  müsbət 

əhəmiyyətə  malik  idi.  Bu  şeirlər  təsdiq  edirdi  ki,  inqilaba 

münasibəti ilə Cavid mürtəce cəbhədən kəskin surətdə ayrıldığı 

kimi,  ―Şeyda‖  əsərində  də  imperialist  müharibəsinə  münasi- 

bətdə  mürtəcelərdən  ayrılır,  müharibə  əleyhinə  olan  cəbhəyə 

keçir və ya onlara rəğbət bəsləyənlərdən biri olur. 

İkinci tərəfdən də nəzərdə tutmaq lazımdır ki, haqqında bəhs 

etdiyimiz  tarixi  şəraitdə  imperialist  müharibəsini  törədən 

səbəbləri  cəmiyyətin  bütün  zümrələri  ən  qabaqcıl,  mübariz 

sinif  olan  inqilabçı  fəhlə  sinfi  qədər  aydın  dərk  etmirdi. 

Müharibəyə  nifrət  edən,  lakin  bu  nifrəti  təəccüb,  heyrət  ahü-

zarla ifadə edən təbəqələr də var idi. 

Cavidin  haqqında  bəhs  etdiyimiz  şeirləri  də  bu  təbəqələrin, 

daha  doğrusu,  xırda  burjuaziyanın  müharibəyə  münasibətini 

                                                 

1

 ―Bahar şəbnəmləri‖, Bakı, 1917, səh. 4-5. 




 

126 


əks edirdi. Başqa sözlə, müharibəyə qarşı bu üsyanlar, etirazlar, 

fəryadlar  təkcə  bir  şairin  —  Hüseyn  Cavidin  üsyanları, 

fəryadları deyildi. Bu dərdli şair əhvali-ruhiyyəsinin arxasında 

müəyyən ictimai təbəqələr, zümrələr dururdu. 

Bu  illərdə  şairi  Azərbaycan  ictimai  həyatının  da  yeni 

mühüm məsələləri məşğul edirdi. 

Yaradıcılığının birinci dövrünü əhatə edən əsərlərində Cavid 

cəmiyyətdə  fəryad  edən  ziddiyyətlərin  ləğvi  üçün  bütün 

köhnəlmiş  etiqadların,  fəlsəfələrin,  əxlaq  və  ənənələrin,  dini 

təəssübkeşliyin aradan qaldırılmasını kifayət hesab edirdi. Söz 

yox  ki,  bunlar  da  yeni,  azad,  həyat  üçün  lazımi  şərtlərdən  idi; 

lakin bunlar kifayət deyildi, əsas deyildi. Yeni dövrdə, bundan 

fərqli  odaraq,  Cavidi  ictimai  həyatdakı  ziddiyyətlər,  varlılarla 

yoxsullar,  zəhmətkeşlərlə  müftəxorlar  arasındakı  ziddiyyət, 

ictimai  hüquq  məsələləri  və  sair  daha  ciddi  düşündürməyə 

başlayır. Əvvəllər ―Ana‖, ―Maral‖ və başqa əsərlərində olduğu 

kimi,  şairi  əsasən  feodal-patriarxal  münasibətləri,  mədəniyyət- 

sizlik,  avamlıq,  cəhalət,  nadanlıq  qurbanlarının  faciəsi  narahat 

edirdi.  İndi  isə  onu  burjua  münasibətləri,  burjua  istismarı 

qurbanlarının, ―altun, dəbdəbə‖ qurbanlarının faciəsi daha çox 

narahat etməyə başlamışdı. 

Biz gördük ki, ilk əsərlərində şair daha çox yetim ənvərlərin, 

arzusu  gözündə  qalmış  bədbəxt  gəlinlərin,  vərəmli  qızların 

halına acıyırdı. Cavidin Hadi, Səhhət, Şaiq kimi müasirləri də 

bu mövzuda çoxlu əsərlər yazmışdılar. Mövcud ictimai həyatın 

rəzalətlərini  göstərmək  üçün  belə  əsərlər  də  lazım  və  faydalı 

idi.  Lakin  bunlar  müasir  ədəbiyyatın  baş  mövzuları  deyildi. 

İmperialist 

müharibəsi 

dövründə 

isə 

Cavid 


həyat 

müşahidələrində  irəli  gedərək,  ümumi  şəkildə  olsa  da, 

əliqabarlı,  günəmuzd  işləyən  fəhlələrin,  işsiz,  evsiz 

mühərrirlərin  həyatından  yazmağa  başlayır.  Şairin  qəlbində 

yalnız  yetim,  kimsəsiz  uşaqların  deyil,  zəhmətkeş  kütlələrin, 

―füqərayi-kasibənin‖ dərdi və məhəbbəti də yurd salmaqda idi. 

Birinci  dövrdə  əgər  Cavidin  müsbət  tipləri  feodal  əsarətinə  və 



 

127 


əxlaqına qarşı duran Cəmil bəy və Nadir bəy kimi liberal mül- 

kədar ziyalıları idisə, yeni dövrdə onun müsbət tipləri sırasında 

burjua zülmü və soyğunçuluğuna qarşı duran fəhlələr və onlara 

rəğbət bəsləyən zəhmətkeş ziyalılar da var idi. 

 

Bu  hal  təsadüfi  deyildi,  real  varlığın  Cavid  yaradıcılığına 



göstərdiyi  müsbət  təsirin,  şairin  görüşlərindəki  inkişafın 

nəticəsi  idi.  Cavid  romantik  olsa  da,  göylərdə  deyil,  yerdə 

yaşayırdı.  Həm  də  elə  bir  ölkədə  yaşayırdı  ki,  hələ  1905-ci 

illərdən başlayaraq inqilab hərəkat ocağına çevrilmişdi. 

Yaradıcılığının  birinci  dövründə  ―Tərəqqi‖  qəzetində 

―Zaqafqaziyalı H.Cavid‖ imzası ilə nəşr etdirdiyi ―Yadi-mazi‖ 

(1909)  sərlövhəli  bir  şeirində  Cavid  bəşərin  gələcəyinə  çox 

ümidsiz  olduğunu,  bu  gələcəyin  də  keçmiş  kimi  qatı  bir 

qaranlıqdan ibarət olacağını söyləyirdi: 

 

Lərzan ediyor ruhimi min dürlü məzalim 



Əfsus ki, mazi ədəm, ati isə müzləm.

 1

 

 

Yeni  dövrdə  isə  Caviddə  insanlığın  parlaq  gələcəyinə, 



təbiətdə olan bütün hadisələr kimi, ictimai həyat hadisələrinin 

də  dəyişəcəyinə  bir  ümid  qığılcımı  yaranmışdı.  Onun  1915-ci 

ildə yazılmış ―Dün və bu gün‖ adlı şeiri bunu aydın göstərirdi: 

 

Yox təbiətdə oylə bir qüvvət, 



Əbədi, həm də payidar olsun.  

Həp dəyişməkdədir bütün xilqət,  

Həp dəyişməkdədir həyatü fünun. 

Olmayan varmı inqilaba zəbun? 

Varmı sarsılmaz oylə bir qanun?  

Hər qaranlıqda çırpınır bir nur,  

Hər həqiqətdə bir xəyal uyuyur.

 2

 

 

                                                 



1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 499. 

2

 Yenə orada, səh. 532. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə