Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə44/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   40   41   42   43   44   45   46   47   ...   97

 

134 


Xüsusən  sənətkarlıq  cəhətindən  ―Uçurum‖  1910-cu  ildə 

yazılmış  ―Ana‖  əsərindən  çox  qüvvətlidir.  Əgər  ―Ana‖  dram 

sənəti  ilə  yenicə  maraqlanan  gənc  bir  şairin  əsəri  idisə, 

―Uçurum‖ artıq öz sənətində püxtələşmiş bir dramaturqun əsəri 

sayılmalıdır. Buna görə də ―Uçurum‖u 1905-1906-cı illərdə və 

məhz  bizə  məlum  olan  şəkildə  yazılmış  bir  əsər  hesab  etmək 

mümkün  deyildir.  Bütün  bunlardan  bu  nəticəni  çıxarmaq  olar 

ki,  ―Uçurum‖un  ilk  variantı,  bəlkə  də  eskizi,  planı,  xarak- 

terlərin səciyyəsi həqiqətən Cavidin Türkiyədə oxuduğu illərdə 

qaralanmış,  lakin  şair  1917-ci  ildə  mövzu  üzərində  əsaslı 

surətdə işləyib, əsərini tamamlamışdır. 

Əsər  1917-ci  ildə  yazılsa  da,  hər  halda  bu  faciədə  Cavid 

vaxtı  ilə  (1905-1909)  İstanbulda  oxuduğu  zaman  yaxından 

tanış  ola  bildiyi  müxtəlif  məsləkli  gənc  türk  zadəganlarının 

həyatını,  onların  əxlaqını,  məişətini  və  özünün  bu  zadəganlar 

mühitinə olan münasibətini göstərmək istəmişdir. 

―Uçurum‖da  romantik  üslubda  yazılmış  ailə  faciəsi  idi. 

Burada  kor-koranə  Fransa  aristokrat  məişətini  və  əxlaqını 

təqlid etmək nəticəsi olaraq gözəl, səmimi bir ailə alt-üst olur, 

arada  çox  qiymətli  bir  istedad  korlanır,  eyşü  işrətə, 

əxlaqsızlığa,  sərxoşluğa  uyub,  çıxılmaz  uçuruma  yuvarlanır. 

Bu  gənc  istanbullu  bir  zadəgan  ailəsinə  mənsub  olan  rəssam 

Cəlaldır.  Cəlal  sənətini  təkmilləşdirmək,  müşahidələrini 

zənginləşdirmək  arzusu  ilə  yaşayır.  Yenicə  evləndiyi, 

İstanbuldan uzaq, ―köy mühitində‖ yaşayıb tərbiyələnmiş gözəl 

Göyərçini  evdə  qoyub  səyahətə  çıxır.  Göyərçinin  dünya 

görmüş,  savadlı,  bir  az  da  el  adət-ənənələrinə  və  əxlaqına 

möhkəm bağlı olan atası Cəlalı başa salır ki: 

 

Avropada işıq da var, zülmət də, 



Orda səfahət də var, fəzilət də. 

O bir əngin dəniz ki, pək qorxuncdur, 

İnsan gah inci bulur, gah boğulur...

 1

 

                                                 

1

 H.Cavid. ―Uçurum‖, Bakı, Azərnəşr, 1926, səh. 37. 




 

135 


 

Lakin  Cəlal  bu  nəsihəti  yaddan  çıxarır,  Parisə  gəlcək  bir 

rəqqasənin,  ―İran  şahzadələrindən  tutmuş  moskvalı  qraflara 

qədər  bir  çoxlarını  əlində  oynatmış  olan‖  hiyləgər  Anjelin 

toruna  düşür.  Anjel  məharətlə  Cəlalın  bütün  qəlbinə,  ruhuna 

hakim  olmağa  başlayır.  Aylar  ötüb  keçir,  Göyərçinin  bir 

körpəsi də olur. Ana gecə-gündüz rahatlıq bilməyərək həsrətlə 

Cəlalın  yolunu  gözləyir,  ayrılıq  dərdindən  saralıb  solur. 

Nəhayət,  Cəlal  gəlib  çıxır.  Rəqqasə  Anjeli  də  özü  ilə  bərabər 

gətirir.  İndi  o  artıq  istedadı  ilə  çoxlarını  heyran  edən,  ümidlər 

verən əvvəlki rəssam Cəlal deyil, əyyaş, əxlaqsız bir cavandır. 

Bu  bəs  deyilmiş  kimi  Cəlal  hələ  məsum  Göyərçinlə  də 

vəhşicəsinə  rəftar  edir:  ona  böhtanlar  atır,  uşağını  görmək 

istəmir.  Göyərçini  bezdirməyə,  evdən  qaçırmağa  çalışır. 

Zavallı gənc qadın körpəsini mərhəmətsiz ərinə uzadıb: ―Cəlal, 

mərhəmət! Bu tiflə mərhəmət!‖ deyirkən Cəlal onu vurub yerə 

yıxır.  Dilsiz  körpə,  ananın  qucağından  düşüb,  daşlara  dəyib 

ölür. Bədbəxt gəlinin yenə ata yurduna, kəndə qayıdır. Az son- 

ra  Anjel  də  köhnə  bir  fransalı  aşiqinə  qoşulub,  İstanbulu  tərk 

edir.  Cəlal  tutduğu  murdar  əməlindən  peşman  olursa  da,  bu 

peşmançılıq  fayda  vermir.  Axırda  o  özünü  uçuruma  atıb 

öldürür‖. 

―Uçurum‖la  Cavid  təsirli,  sarsıdıcı  bir  ailə  faciəsi 

yaratmışdı. Əsərin son pərdəsində Göyərçinin atası Uluğ bəyin 

sözləri faciənin əsas ideyasını daha aydın əks etdirirdi: 

 

O gün ki İstanbulda gənclik fransızlaşdı, 



Getdikcə türk övladı uçuruma yaxlaşdı. 

Yurdumuzu sardıqca düşkün Paris modası,  

Hər kəscə örnək oldu sərsəm firəng ədası. 

Sərxoşluq, ağılsızlıq sardı bütün gəncləri,  

Zəhərləndi getdikcə məmləkətin hər yeri. 

Avropadan, fəzilət, hümmət, ciddiyyət, vüqar —   




 

136 


Dururkən yalnız çürük bir zübbəlik 

1

 aldılar. 



 

Həqiqətən,  Türkiyənin  tarixi  və  bir  çox  türk  yazıçılarının 

özlərinin  etirafı,  əsərləri  göstərir  ki,  müəyyən  dövrdə  türk 

zadəgan gənclərinin Avropadan qabaqcıl elm, fənn, texnika və 

sənayeni  öyrənmək  əvəzinə  Avropa  feodal  və  burjua 

aristokratlarının  düşkün  əxlaq  və  vərdişlərini,  dəblərini 

mənimsəmələri  müəyyən  qrup  türk  ziyalılarının  həyatının  ən 

faciəli  cəhətlərindən  biri  olmuşdur.  Əgər  Cavid  Türkiyədə 

yalnız  dörd  il  yaşadığına  baxmayaraq  bu  həyatın  faciəli  cə- 

hətlərindən  birini  dərk  etmişsə,  bu  onun  türk  həyatına  açıq, 

tənqidi bir gözlə baxdığını göstərirdi. 

―Uçurum‖da şairin görüşlərində olan ziddiyyətləri, müəyyən 

mənfi  cəhətləri  əks  etdirən  səhnələr  də  yox  deyildi.  Məsələn, 

onun  bu  əsərdə  yaratdığı  müsbət  surətlərdən  biri,  Göyərçinin 

atası  qoca  Uluğ  bəydə  müəyyən  dərəcədə  köhnəliyi  idealizə 

etmək,  patriarxal  adət-ənənələri  üstün  tutmaq  meyli  vardır. 

Gənc fəlsəfə maraqlısı Əkrəm də kənd həyatını şəhər həyatına 

qarşı  qoyan,  cəmiyyətdən  mümkün  qədər  uzaq  gəzməyə 

çalışan,  çox  sevdiyi  fəlsəfənin  də  boş,  gərəksiz  olduğu 

nəticəsinə  gələn  bir  skeptik  idi.  Əkrəm  ümumiyyətlə  Qərb 

mədəniyyətinə  xor  baxır,  müsəlman  Şərqinin  patriarxal 

həyatını, adət-ənənələrini idealizə edir. 

Cavidin  Türkiyədə  belə  tiplərə  də  rast  gəldiyini  qətiyyən 

şübhə  altına  almaq  olmaz.  Onun  əsərinin  zəif  cəhəti  bu 

surətlərdə  deyil,  bəlkə  şairin  onlara,  xüsusən  Uluğ  bəy  və 

Əkrəmə  müəyyən  dərəcə  rəğbət  bəsləməsində  idi.  Cavid  bu 

əsərində türk zadəgan gənclərinin təqlidçiliyinin, modaçılığının 

çox  mənfi  bir  görüş,  mənfi  bir  əxlaqi  keyfiyyət  olduğunu 

düzgün dərk etdiyi halda, bundan daha mənfi bir keyfiyyət olan 

türkçülüyün,  köhnə  adət-ənənələri  inadla  müdafiə  etmək  və 

onu  yeniliyə  qarşı  qoymaq  xəstəliyinin  Türkiyə  ictimai 

mühitində çox mürtəce bir görüş olduğunu dərk etməmiş, hətta 

                                                 

1

 Zübbəlik – modaçılıq, şıltaqlıq. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə