Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə43/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   39   40   41   42   43   44   45   46   ...   97

 

131 


çarizmin  sərnigun  olmasına  heç  kəsdə  şübhə  qalmır.  Rauf 

sevinclə deyir: ―Arkadaşlar! Artıq zəncirlər qırıldı. Haqq yerini 

buldu. İştə inqilab marşı! Of, nəhayət istibdad heykəli devrildi, 

Rusiya çarlığı məhv oldu. İştə səadət günəşi parlayır, hürriyyət 

pərisi  gülümsəyir.  Bu  gün  məzlumlar  üçün  ən  şərəfli  bir 

bayram, zalımlar üçün ən qorxunc bir intiqam günüdür‖.

 1

 

Yeri  gəlmişkən,  qeyd  etmək  lazımdır  ki,  Fevral  inqilabına 



müsbət  münasibət  Cavidin  həmin  ildə  yazdığı  ―haqqını  sən 

mübarizə  ilə  ala  bilərsən‖  adlı  lirik  şeirində  də  çox  aydın 

görünürdü. Həmin şeirində Cavid öz vətəndaşlarını bu inqilabi 

təbəddülatdan dərs almağa çağırırdı: 

 

Seyrəlir, bax, yavaş-yavaş zülmət, 



Barı dan ulduzundan al ibrət. 

Arkadaş, yoldaş, ey vətəndaş, oyan! 

Yatma, artıq yetər, dəyişdi zaman!

 2

 

 

Cavidin  ―Şeyda‖  faciəsində  yaratdığı  inqilabçı  tiplər 



tamamilə  proletar  inqilabı  ideyalarına  yiyələnmiş,  tam  şüurlu 

inqilabçılar  deyildi.  Onlar  proletar  hərəkatına  münasibətləri 

etibarı  ilə  də  bir-birindən  fərqlənirdilər.  Məsələn,  Qara  Musa 

yoldaşları  ilə  əlbir  olub,  sahibkarlara  qarşı  mübarizə  aparmaq 

əvəzinə anarxist bir yol tutur, özünü ―səfillər kralı‖, ―sərsərilər 

sultanı‖  adlandırır,  kimsəyə  qarışmır,  tək-tənha  gəzir, 

sahibkarlardan  şəxsi  intiqam  almaq  fikri  ilə  yaşayır, 

inqilabçılığı  da  onunla  bitir  ki,  mətbəə  müdiri  Məcid  əfəndini 

öldürür,  həbsxanaya  düşür.  Bütün  bunları  Musa  ona  görə  edir 

ki,  Məcid  əfəndi  kimi  sahibkarlar  bir  kərə  başa  düşsün  ki, 

―yalnız yaşamaq yox, yaşatmaq da lazımdır‖. Musanın qardaşı 

Yusif  isə  ―heç  bir  təsəlli  istəməm,  ölüm  məncə  ən  sevimli  bir 

təsəlli,  ən  dəyərli  bir  xilaskar‖  deyib  inildəyir,  ancaq 

sahibkarlara nifrət etməklə kifayətlənir. 

                                                 

1

 



―Şeyda‖, Azərnəşr, Bakı, 1925, səh. 68.

 

2



 

―Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı‖, 1918, № 1-2.

 



 

132 


Əsərin qəhrəmanı Şeydaya gəlincə, o daha mürəkkəb, daha 

ziddiyyətli  bir  surət  idi.  Müəllifin  bu  romantik  qəhrəmanında 

bir  tərəfdən  yeni  əsrin  insanına  məxsus  olan  keyfiyyətlər—

inqilabçı  Bakı  mühitinin  yetişdirdiyi  və  işçi  hərəkatına  rəğbət 

bəsləyən  gənc  ziyalılara  məxsus  tələbkarlıq,  mübariz 

vətəndaşlıq, üsyankar ruh, həqiqətin üzünə dik baxmaq və real 

düşüncə,  ikinci  tərəfdən  isə  müəllifin  Cəmil  bəy,  Şeyx  Sənan 

kimi  ilk  qəhrəmanlarına  xas  olan  xəyalpərvərlik,  ifrat 

hissiyyatçılıq,  bərk  ayaqda  torpaqdan  üzülmək  kimi 

xüsusiyyətlər  birləşirdi.  Bir  tərəfdən  inqilabi  marşlar  yazan, 

fəhlələr arasında inqilabi təbliğat aparan Şeyda, ikinci tərəfdən 

həyatdakı  boşluq  və  mənasızlıqdan  şikayətlənir,  ―könlümü 

sevindirəcək  heç  bir  ümid  yox,  heç  bir  təsliyət  yox.  Xəyalımı 

oxşayacaq  bir  şölə,  bir  ildız  arayıram  da,  bula  bilmirəm‖

 1

 — 


deyirdi. 

Əsərin son həbsxana səhnəsində Şeyda daha qəribə bir eşq, 

sevda  dəlisi  kimi  göstərilir.  ―Maral‖  faciəsində  Cəmil  bəy 

Humayın  xəyalı  ilə  sayıqladığı  kimi,  Şeyda  da  bir  az  əvvəl 

təsadüfi  bir  güllə  ilə  ölən  bir  qızın  —  Rozanın  xəyalı  ilə 

yaşayır. Yuxuda Şeyx Sənana göründüyü kimi, ona da ―behişti 

mənzərələr‖  görünür.  O,  qara  geyimli  ölüm  mələyi  ilə 

qarşılaşır. Ölüm mələyi ―aşiqlərin ruhunu barışdırmağa, onlara 

əbədi  nişan  üzüyü  gətirməyə‖  gəlmişdir...  “Şeyx  Sənan‖da 

Şeyx Hadi Sənanı yuxuda mələklər, pərilər əhatəsində göylərə 

yüksələn  gördüyü  kimi,  Şeydanın  da  mühərrir  yoldaşı  Rauf 

həbsxanada  yuxuda  ―nurani  bir  zatın‖  göydən  enib, 

həbsxananın  divarlarını  uçurduğunu  görür.  Bütün  məhbuslar 

quş  kimi  qanadlanıb  uçurlar,  azadlığa  çıxırlar;  Şeyda  isə 

onlardan  fərqli  olaraq,  uçduqca  uçur,  nəhayət  buludlara 

qoşularaq büsbütün gözdən itir... 

―Şeyda‖ faciəsində başqa zəif cəhətlər də yox deyildi. Şairin 

inqilabçı  Bakını  müşahidələrindəki  birtərəflilik  göz  qabağında 

idi.  Bununla  belə  əsər  elə  bir  şəraitdə  yazılmışdı  ki, 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 270. 




 

133 


əksinqilabçı  mətbuat,  burjua  və  liberal-burjua  mühərrirləri 

inqilabi 

ideyalara 

qarşı 


mübarizə 

aparır, 


millətin 

―vahidliyindən‖,  ―bölünməz‖  olduğundan  yazır,  yoxsullarla 

zənginləri,  kapitalistlərlə  fəhlələri,  kölə  vəziyyətində  yaşayan 

kəndlilərlə  mülkədarları  ittifaqa,  sülhə  girişməyə  çağırırdılar. 

Hüseyn Cavid isə, öz görüşlərindəki bütün ziddiyyətlərə, həyat 

müşahidələrinin  birtərəfliliyinə  baxmayaraq,  əksinqilabçı  və 

liberal burjua mühərrirlərinin əksinə olaraq, millətin zənginləri 

ilə  zəhmətkeşləri  arasında  dərin  uçurum  olduğunu  göstərir, 

―füqərayi-kasibə‖  ilə  onların  ―qanını  sorub-sümürən‖  varlılar 

arasında heç bir sülh və sazişin mümkün ola bilməyəcəyindən 

yazırdı.  Bu  görüşləri  ilə  Cavid  onu  əhatə  edən  əksinqilabçı, 

burjua və liberal-burjua yazıçılarından kəskin surətdə ayrılırdı. 

 

 3. ―UÇURUM ‖ 



 

Cavid  yaradıcılığı  ilə  xüsusi  məşğul  olan  marksist 

tənqidçilərdən  Mustafa  Quliyev  1926-cı  ildə  ―Maarif  və 

mədəniyyət‖  məcmuəsində  nəşr  etdirdiyi  ―Hüseyn  Cavidin 

―Uçurum‖u məqaləsində qeyd edir ki, ―Uçurum‖ 1905-1906-cı 

illərdə,  müəllif  Türkiyədə  olduğu  zaman  yazılmışdır‖

 1

.  İkinci 



tərəfdən, şairin özünün tərtib edib nəşr etdirdiyi əsərlərində, o 

cümlədən  1925-ci  ildə  çap  olunmuş  ―Şeyda‖  faciəsinin 

sonunda  ―Uçurum‖un  1917-ci  ildə  yazıldığı  və  qeyri-mətbu 

əsər  olduğu  qeyd  edilmişdir.  Əsərin  1917-ci  ildə  yazılmış 

qeyri-mətbu faciə olduğu haqqındakı məlumat, heç şübhəsiz ki, 

Cavidi  yaxından  tanıyan  Mustafa  Quliyevə  məlum  idi.  Çox 

ehtimal  ki,  tənqidçi  ―Uçurum‖  haqqında  məqalə  üzərində 

işlərkən  əsərin  yazıldığı  tarixi  daha  da  dəqiqləşdirmək  üçün 

müəlliflə danışmışdır. Ancaq bir həqiqət də var  ki, ―Uçurum‖ 

istər  sənətkarlıq,  dil,  üslub,  istərsə  məfkurə  cəhətindən  Ca- 

vidin  Türkiyədə  yazdığı  əsərlərindən  tamamilə  fərqlənir. 

                                                 

1

 

Mustafa Quliyev. H.Cavidin ―Uçurum‖u, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 12. 

 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə