Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə42/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   38   39   40   41   42   43   44   45   ...   97

 

128 


Tərəqqi və inkişaf ideyasını qəbul və təbliğ edən belə şeirlər 

Azərbaycan  bədii  və  ictimai  fikri  üçün  yeni  bir  kəşf  deyildi. 

Caviddən  qabaq  realist  şeirdə  dahi  satirik  Sabir,  romantik 

şeirdə isə M.Hadi və A.Səhhət bu fikirləri dönə-dönə və daha 

parlaq  bir  şəkildə  təbliğ  etmişdilər.  Bu  fikirlər  ancaq  Cavidin 

öz şəxsi görüşlərində əvvəlki dövrə nisbətən bir yenilik idi. 

 

1. ―ġEYDA‖ FACĠƏSĠ 

 

Cavidin  1913-cü  ildə  nəşr  olunmuş  ―Keçmiş  günlər‖  adlı 



şeir  məcmuəsinin  axırında  müəllifin  çap  olunmuş  əsərləri 

haqqında  məlumat  verilmişdi.  Bu  əsərlər  sırasında  ―Rəmzi‖ 

adlı  nəşr  edilməmiş  və  nəsrlə  yazılmış  bir  dramın  da  olduğu 

qeyd  edilmişdi.  Lakin,  məlumdur  ki,  sonralar  Cavidin  mətbu 

əsərləri  içərisində  ―Rəmzi‖  adlı  dram  olmamışdır.  Bir  sıra 

faktlar  göstərir  ki,  əvvəlcə  ―Rəmzi‖  adlanan  bu  əsər  ―Şeyda‖ 

faciəsidir. Dramaturq sonradan əsərin adını dəyişmişdir. 1917-

ci  ildə  nəşr  olunmuş  ―Bahar  şəbnəmləri‖  və  ―Maral‖da  da 

müəllifin  nəşr  olunmamış  əsərlərinin  siyahısı  verilərkən 

bunların  sırasında  artıq  ―Rəmzi‖  adlı  əsər  deyil,  ―Şeyda‖  adlı 

mənsur faciə qeyd olunur və bu faciənin 1916-cı ildə yazıldığı 

göstərilirdi.  Bu  da  məlumdur  ki,  1917-ci  ildə  və  sovet 

dövründə, 1925-ci ildə Azərnəşr tərəfindən buraxılmış ―Şeyda‖ 

əsərinin  son  həbsxana  səhnəsində  Fevral  inqilabından,  çar 

hökumətinin devrilməsindən də bəhs olunur. 

Güman  etmək  olar  ki,  Cavid  ―Şeyda‖  əsərinin  bir  neçə 

variantını  yazmışdır.  Əvvəlcə,  1913-cü  ildə  onu  ―Rəmzi‖  adı 

ilə  nəşr  etdirmək  istəmiş,  1916-cı  ildə  ―Şeyda‖  adlı  ikinci 

variantını  yazmış,  lakin  əsər  nəşr  olunmadığından  və  ictimai-

siyasi  həyatda,  xüsusən  əsərdə  haqqında  bəhs  olunan  Bakı 

mətbəə  işçilərinin  həyatında  ciddi  yenilik  baş  verdiyindən 

dramaturq  1917-ci  ildə,  Fevral  inqilabı  dövründə  faciəni  nəşr 

etdirirkən əsərə yeni səhnələr əlavə etmişdir. 

―Şeyda‖nın  mövzusu  milyonerlər  Bakısında  mətbəə 




 

129 


işçilərinin  və  yoxsul  ziyalıların,  mühərrirlərin  faciəli 

həyatından götürülmüşdür. O zaman Bakıda müxtəlif məsləkli 

çoxlu  jurnal,  qəzet  nəşr  olunurdu.  Bakıda  əksəriyyəti 

azərbaycanlılardan  ibarət  olan  mətbəə  işçiləri  və  əməkçi 

mühərrirlər də böyük bir qüvvə təşkil edirdilər. Onların həyatı, 

məişəti,  mənəviyyatı  və  fəaliyyəti  o  zamankı  ictimai  həyatın 

diqqəti  ən  çox  cəlb  edən  maraqlı  səhnələrindən  biri  idi.  Bu 

mətbəə  işçiləri  və  zəhmətkeş  mühərrirlər  öz  peşələri  ilə 

əlaqədar  olaraq  dövrün  ictimai-siyasi  hadisələrinə  çox  fəal 

münasibət  bəsləyirdilər.  Onların  bir  hissəsi  gizli  siyasi 

təşkilatların üzvü olaraq çarizm və burjuaziyaya qarşı aparılan 

mübarizənin  yaxın  iştirakçıları  idilər.  Həyatın  bu  səciyyəvi 

cəhəti Cavidin də diqqətini cəlb etmişdi. 

Faciənin  süjeti  mətbəə  işçiləri  və  yoxsul  mühərrirlərlə 

sahibkarlar  arasındakı  konflikt  üzərində  qurulmuşdur:  gənc 

mürəttib  Yusif  altı  il  zalım  Məcid  əfəndinin  mətbəəsində 

işlədikdən sonra ağır iş şəraitinin nəticəsi olaraq şiddətli vərəm 

xəstəliyinə  tutulur  və  sahibkar  tərəfindən  işdən  qovulur. 

Yusifin ancaq həmin mətbəədə mürəttib vəzifəsində çalışan ye- 

ganə qardaşı Qara Musaya gümanı var idi. Lakin fəlakət fəlakət 

üstündən  gəlir.  Qara  Musanın  da  sol  əlini  maşın  aparır. 

Qudurğan  Məcid  əfəndi  ―Tək  əldən  səs  çıxmaz‖  deyib  Qara 

Musanı da işdən qovur. Hər iki qardaş işsiz qalır.  Lakin Musa 

tək  əllə  də  olsa,  işləmək  istəyir.  Hər  nə  qədər  çalışırsa  da, 

Məcid  əfəndi  onu  işə  qəbul  etmir.  Dramaturq  mətbəə  müdiri 

Məcid  əfəndinin  vəhşiliyini,  hər  cür  insani  sifətdən  məhrum, 

qansız, vicdansız bir adam olduğunu göstərir. 

Qara  Musanın  və  Yusifin  işdən  qovulması,  onların  ağır, 

dözülməz  halı  onsuz  da  həyatdan  narazı  olan,  zara  gələn 

mətbəə işçilərini və yoxsul mühərrirləri hərəkətə gətirir. Onlar 

dərk  edirlər  ki,  birləşib  vahid  bir  qüvvə  təşkil  etməsələr, 

sahibkarların  qudurğan  hərəkətlərinin,  ağır  istismarının 

qarşısını  ala  bilməzlər.  Fəhlələr  arasında  bu  fikrin  fəal 

təbliğatçısı  yoxsul  mühərrir  Şeyda  olur.  Şeyda  sahibkarlardan 




 

130 


mərhəmət  uman  sadədil  mürəttibləri  danlayıb,  onları  Məcid 

əfəndilərə  qarşı  barışmaz  olmağa,  birləşməyə,  öz  hüquqlarını 

tələb  etməyə  çağırır.  O,  yoldaşlarına  deyir  ki,  Məcid  əfəndi 

―sizin  qanınızı  sorub  sümürmək  istər;  fəqət  sizdə  də  hümmət 

olmalı,  əldən  gəldiyi  qədər  kəndinizi  müdafiə  etməlisiniz. 

Yoxsa  insaf,  mərhəmət  xülyaları  ilə  sürünəcək  olsanız, 

nəticədə zillət və səfalətdən başqa bir şey bulamazsınız. Bu gün 

Yusiflə  Musanın  boğazlandığını  görüb  də  qoyun  sürüsü  kimi 

kənarda  seyr  edirsiniz;  halbuki  yarın  həpiniz,  əvət  həpiniz  şu 

qanlı,  şu  uçurumlu  keçiddən  keçməyə  məcbur  olacaqsınız... 

halbuki  bütün  cahanı  bəsləyən,  bütün  orduları  silahlandıran, 

bütün  sərmayədarları,  bütün  sahibkarları  sərsəmlətən  həp  şu 

aciz  sandığınız  əmələlər,  həp  o  nasırlı  əllərdir.  Bu  gün  yer 

üzünün bütün səadət və fəlakəti yalnız o əllərə baxır...‖

 1

 

Şeyda  mətbəə  işçilərinin  tətil  hazırlığına  kömək  edir, 



inqilabçı  mürəttiblərin  yazdığı  tələbnamələri  oxuyur,  fikrini 

bildirir,  öz  qələmi  ilə  mübarizəyə  qoşulur,  inqilabçılar  üçün 

marş yazır: 

 

Arkadaş, göz aç, aman! 



Qalx ölüm uyqusundam! 

Zülmə çox əydin boyun, 

Çox əzildin, qalx, oyan!

 2

 

 

Şeydanın  mürəttiblər  arasında  inqilabi  təbliğat  apardığını 



eşidən Məcid əfəndi Musa ilə necə rəftar etmişsə, Şeyda ilə də 

eləcə rəftar edir: gənc mühərriri işdən qovur. 

Faciənin  finalı  müəyyən  nöqteyi-nəzərdən  çox  mənalıdır. 

Burada  həbsxanaya  atılmış  gənc  mühərrirlər  və  mürəttiblər 

Rusiyada  Fevral  burjua-demokratik  inqilabının  qələbəsi 

xəbərini  eşidirlər.  Uzaqdan  ―Marselyozanı‖  xatırladan 

gurultulu  və həyəcanlı bir ahənglə  inqilab  marşı  eşidilir.  Artıq 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 214-275. 



2

 H.Cavid. Seçilmiş əsərləri, səh. 276. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə