Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə52/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   48   49   50   51   52   53   54   55   ...   97

 

158 


olunmuş  ―Millətlərin  irq  mübarizəsi‖  sərlövhəli  bir  məqalədə 

deyilirdi ki, müharibənin qələbəsi bir dövlətin, bir məmləkətin 

digər  dövlətə  və  ya  məmləkətə  qələbə  çalması  deyil,  bir  irqin 

digər irqi  yenməsi və basması demək olacaqdır. Hazırda caha- 

nın böyük və mədəni irqlərindən olan latın, anqlosakson, slav 

və alman irqləri mübarizə etməkdədirlər‖

 1



Bu sərsəm millətçilik, irqçilik və müharibə təbliğatına qarşı 



sosial-demokratlar 

ardıcıl  mübarizə  aparırdılar.  Sosial-

demokratlar  ―həyat  mübarizə  meydanıdır‖  dedikdə  siniflər 

mübarizəsini, hakim siniflərlə məhkum siniflər, bürokratiya ilə 

demokratiya  arasında  gedən  mübarizəni  nəzərdə  tuturdular. 

Onların  məqsədi  inqilabi  mübarizəni  davam  etdirmək,  zəh- 

mətkeş  kütlələri  feodalizm-kapitalizm  istismarından  xilas 

etmək idi. 

N.Nərimanov  1906-cı  ildə  rus  inqilabının  gələcək 

inkişafından  bəhs  edərək  yazırdı:  ―Bürokratlar  qansız  öz 

ixtiyarlarını  əldən  buraxmayacaqlar...  Barıtları  işə  vermək 

lazım  gələcəkdir.  İnqilab  təzədən  başlanacaqdır...  Rusiya 

torpağının qana bir də bulanması qandan xilas olmağına səbəb 

olacaqdır‖

 2



1912-ci  ildə  Bakıda  Həmid  Sultanovun  rəhbərliyi  ilə  nəşr 



olunan ―Bakı həyatı‖ qəzeti millətçilik və irqçilik fitnəkarlığına 

qarşı  sinfi  mübarizə  ideyasını  təbliğ  edərək  yazırdı:  ―Hər  bir 

məmləkətin əhalisi iqtisadi-məaş və güzəran cəhətincə növ-növ 

cəmiyyəti-ictimaiyyələrə  təqsim  olunurlar.  Məsələn,  mülkə- 

dar, əkinçi, fəhlə, sahibkar və yaxud sərmayədar, nücəba, əhli-

tüccar  və  qeyrə  və  bu  təbəqə  və  siniflərin  iqtisadi  mənafeləri, 

iqtisadi məqsədləri bir-birinə bilkülliyyə zidd və müğayir olur. 

Məsələn,  sərmayədar  istəyir  fəhləni  çox  işlətsin,  az  məvacib 

versin,  fəhlə  isə  buna  bərəks  olaraq  az  işləyib  çox  almaq 

qəsdindədir.  Mülkədar  öz  əkin  yerini  əkinçiyə  artıq  qiymətə 

icarəyə  vermək,  həm  də  onları  həmişə  özünə  müti  edib, 

                                                 

1

 

―Açıq söz‖, 1916, № 242.



 

2

 ―Həyat‖, 1906, № 122. 




 

159 


üstlərində  ağalıq  etmək  qəsdindədir.  Əkinçi  isə...  özünü  azad 

və  mülkədarın  töhmət  və  riyasətindən  xilas  etmək,  köləlik 

zəncirini  parçalamaq  xəyalındadır.  Və  həmçinin  nücəba  ilə 

əhli-sənaye və əhli-ticarət. Nücəba sinfi hər bir halda tüccar və 

əhli-sənayeyə  həqarətlə  baxıb  onların  tərəqqisinə  mümaniət 

göstərir,  məmləkətin  hökmranlığını  öz  əllərində  saxlamaqdan 

ötrü  bu  təbəqələrin  nüfuzunun  azalmağına  həmişə  ciddi-cəhd 

göstərirlər.  Bunlar  isə  öz  xeyirlərinə  çalışmaq üçün  nücəba  ilə 

daimi  mübarizədə  bulunurlar.  Hər  bir  sinif  hökuməti  əlinə 

keçirmək məqsədilə siyasi firqələr təşkil edib, bir-biri ilə daimi 

mübarizədə bulunurlar‖. Məqalədə deyilirdi ki, istər Avropada, 

istərsə  də  Rusiyada  baş  verən  bütün  inqilablar  müstəmləkə 

zülmünü  və  imperialist  müharibələrini  doğuran  səbəblərin 

hamısı həmin bu siniflər arasında olan ziddiyyətlərdən doğur

 1



Həyat  mübarizəsi  mövzusu  ümumiyyətlə  mütərəqqi  ro- 



mantiklərin,  o  cümlədən  H.Cavidin  də  yaradıcılığında, 

xüsusən, birinci imperialist müharibəsi illərində  çox geniş  yer 

tuturdu.  M.Hadinin  ―İnsanların  tarixi  faciəsi‖,  ―Hərb 

xatirələrindən‖,  ―Ey  zavallı  bəşər!‖,  ―Hərarətli  şeirlər‖, 

―Ulduzlara‖,  ―Hərbi-müsəlləs‖,  H.Cavidin  ―İblis‖,  ―Haqqını 

sən mübarizə ilə alarsan‖, A.Şaiqin ―İdeal və insanlıq‖ və sair 

bir çox əsərlərində bu məsələdən çox geniş bəhs olunmuşdur. 

Hər  şeydən  əvvəl,  demək  lazımdır  ki,  bu  məsələdə 

mütərəqqi  romantiklər  əksinqilabçı,  mürtəce  yazıçıların 

tamamilə ziddinə olan bir cəbhə tuturdular. Mürtəcelər ―həyat 

mübarizə  meydanıdır‖  —  dedikdə  irqçilik,  millətçilik, 

müharibə  ideyalarını  təbliğ  etdikləri  halda,  mütərəqqi 

romantiklər Məhəmməd Hadi kimi: 

 

Bir gözdə, bir nəzərdə tutulsun gərək miləl, 



Ta meyvəbəxşi-aləm ola şaxeyi-əməl — 

 

— deyə  yer üzünün bütün millətlərini qardaş olmağa, birləşib 

                                                 

1

 



―Bakı həyatı‖, 1912 № 3.

 



 

160 


qanlı müharibələrə son qoymağa çağırır, əsərlərində dönə-dönə 

imperialist  müharibəsinin  dəhşətlərini  göstərir,  əsarətdə  olan 

məzlum  millətlərin  müstəmləkə  zülmünə  qarşı  mübarizəsini 

alqışlayırdı.  Mütərəqqi  romantiklər  də  ―cahan  mübarizə 

səhrasıdır‖ deyirdilər.

 1

 Onlar da: 



 

Qüvvəyə bağlıdır aləmdə həyat  

Qüvvədən nəşət edir mövcudat, 

Qüvvətin varsa, yaşarsan məsud, 

Yoxsa, şəksiz olacaqsan nabud

 2

 — 



 

—  deyə  qüvvətli  olmağın,  həyat  mübarizəsində  qalib  gəl- 

məyin zərurətindən danışırdılar. Onlar da: 

 

 Qəvi acizi eyləyir payimal,  



 Həqiqət budur, başqa sözlər xəyal

 3

  



 

—  deyib  iki  qüvvənin,  hakim  qüvvələrlə  məzlumların 

çarpışdığını  söyləyirdilər.  Lakin  zorakılığı,  əsarəti,  köləliyi 

açıqdan-açığa  müdafiəyə  qalxışan  mürtəcelərin  tamamilə 

əksinə  olaraq,  mütərəqqi  romantiklər  ―mənfur  qüvvələr‖ 

dedikdə  təcavüzkar  qüvvələri,  imperialist  burjuaziyanı, 

müstəmləkəçi 

hakim 


millətləri, 

Şərq 


istibdadını, 

zəhmətkeşlərin  qanını  içən  burjua-feodal  aristokratiyasını; 

―məzlumlar,  zəiflər‖  dedikdə  isə  əsarətdə  olan  məhkum 

millətləri,  bütün  insanlıq,  vətəndaşlıq  hüquqlarından  məhrum 

edilən  zəhmətkeşləri  nəzərdə  tuturdular.  ―Həyat  mübarizə 

səhrasıdır‖  dedikdə  isə,  onlar  azadlıqla  əsarət,  qaranlıqla  işıq, 

zorla  haqq,  xeyirlə  şər  arasındakı  mübarizəni  nəzərdə 

tuturdular.  Bu  nöqteyi-nəzərdən  onlar  məzlumlara,  zəiflərə 

                                                 

1

 



M. H a d i, ―Füyuzat‖ 1907, № 18.

 

2



 

A. S ə h h ə t .  ―Sövqat‖, 1916, № 27.

 

3

 M. H a d i. ―Meydani-hərb xatirələrindən‖, Ulduzlu bir gecədə. Seçilmiş əsərləri, ADU 



nəşriyyatı, Bakı, 1957, səh. 284. 

 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə