Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə60/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   56   57   58   59   60   61   62   63   ...   97

 

185 


Əlbəttə,  bu  fikirlər  Cavidin  dini,  etiqadların  ictimai 

köklərini  materialistcəsinə  dərk  etdiyini  sübut  etmir.  Bu 

olsa-olsa,  dinin  idealist  fəlsəfə  cəbhəsindən  tənqididir. 

Lakin bu xüsusda yuxarıda bəhs edilmişdir. Burada bizim 

aydınlaşdırmaq  istədiyimiz  fikir  budur  ki,  əgər  bu 

mülahizələr,  yəni  ―dini  etiqadlar  insan  xəyalının 

məhsuludur‖ fikri Cavidin ―Peyğəmbər‖ əsərində əsas yer 

tutmuşsa,  bu  fikirləri  Məhəmmədə  yox,  Cavidin  özünə 

isnad verməyə dəlillər çoxdur. 

Cavidi  həmişə  düşündürən  və  ―Peyğəmbər‖də  də  öz 

əksini  tapan  əsas  fikirlərdən  biri  bu  olmuşdur  ki, 

bəşəriyyəti  xilas  edəcək  yeganə  bir  vasitə,  bir  qurtuluş 

yolu  varsa,  o  da  məzlumların  silaha  sarılmalarıdır,  ən 

yüksək  bəşəri  fikirlərin,  ən  ali,  xeyirxah  ideyaların 

qılıncla,  qüvvətlə  birləşməsidir.  Bu  fikir  Caviddə  birinci 

dünya  müharibəsi  dövründə  əmələ  gəlmişdi.  Müharibə 

dəhşətlərindən şair bu nəticəni çıxarırdı ki, təxribatçı, şər 

ideyaların,  cahangirlik  fikirlərinin  qılıncla,  zorakılıqla 

birləşməsi  bəşər  həyatında  böyük  fəlakətlər  törədir, 

gücsüzlər,  zəiflər,  haqq  və  ədalət  ayaq  altında  tapdanıb 

gedir.  Buna  haqq  sözlə,  böyük,  xeyirxah,  xilaskar 

ideyalarla 

qılıncın 

birləşməsi 

cavab 

verməlidir. 



Müharibəyə  qədər  şairin  özünün  də  bəzən  hərarətlə 

müdafiə  etdiyi  ümumi  məhəbbət  ideyası  indi  onun 

nəzərində çox birtərəfli, vecsiz, hətta mənasız görünürdü. 

Şair Şərqin bu köhnəlmiş ümumi məhəbbət ideyasını indi 

sadəcə  nəşəli,  şairanə  bir  xülya,  zövqü  oxşayan  sevimli 

bir röya adlandırırdı: 

 

Ah, əvət həp dəyiĢdi ruhi-bəĢər,  

Hökm edər Ģimdi baĢqa fəlsəfələr.  

Həqq, ədalət, təbiət iĢtə bu gün  

Əbd məzluma qarĢı pək küskün... 

YaĢatan kainatı qüvvətdir, 



 

186 


Gücsüzün həp nəsibi zillətdir. 

(―Məzlumlar üçün‖ Ģeiri). 

Yaxud: 


 

Fünunü fəlsəfədən zövq alan böyük üdəba  

Zəif üçün didinib çırpınıb yorulmuĢlar, 

Fəqət nəticədə, həp əski halı bulmuĢlar. 

Qucaq-qucaq edilən dadlı vədələr pək çox! 

Saqın, inanma! Yalan... yox zəif için həqq, yox?

1 



 

Bütün  bunlara  baxmayaraq,  Cavid  birinci  dünya 

müharibəsi dövründə, həmçinin ―Peyğəmbər‖ əsərində də 

yüksək  bəşəri  ideyalar,  ali  əxlaqi  fikirlər  dedikdə,  yenə 

də  əslində  mücərrəd  əxlaqi  ideyalardan  kənara  çıxa 

bilmir.  O  hər  nə  qədər  ümumi  məhəbbət,  mərhəmət 

fəlsəfəsini şairanə bir xülya adlandırsa da, ondan irəlisini 

təsəvvür  edə  bilmirdi  və  məsələnin  bu  şəkildə  qoyuluşu, 

müharibə  ideyasına  qarşı  olsa  da,  idealistcəsinə  idi. 

Cavidin  bu  xüsusda  fikirləri  ancaq  1926-cı  ildən  sonra 

faşizm  və  yeni  müharibə  təbliğatı  əleyhinə  yazdığı 

əsərlərdə  nisbətən  konkretləşmiş,  yeni  məzmun,  yeni 

şəkil almışdı. 

Beləliklə,  ―Peyğəmbər‖dəki  həyat  mübarizəsi  haq- 

qında fikirlər də bu əsərdəki bədii surətlərə yox, Cavidin 

özünə  məxsus  fikirlər  idi.  Cavidin,  bir  çox  başqa 

romantiklər  kimi,  yaratdığı  surətlərdə,  hər  şeydən  əvvəl, 

özünü, öz  görüşlərini  verməyə  cəhd  etməsinin  nəticəsidir 

ki,  onun  ―Peyğəmbər‖  dramında  da  Məhəmməd  idealizə 

edilmiş,  real  tarixi  şəxsiyyət  halından  çıxarılmış,  qismən 

müasirləşdirilmiş,  yüksək  əxlaqi  ideyaların  təbliğatçısı, 

xeyirxahlıq, haqq-ədalət tərəfdarı kimi verilmişdir. Cavi- 

din  Məhəmmədi  moralist  bir  şair,  filosofanə  idrak  və 

ilham 


sahibidir, 

allahı  təbiətdə  axtaran  panteist- 

                                                 

1

 ―Bahar şəbnəmləri‖, səh. 4-5. 




 

187 


mütəfəkkirdir.  Cavid  Məhəmmədin  mistik  dini  görüş- 

lərini,  dindarlığını,  fanatizmini  fəlsəfi  idealizm  şəklinə 

salmış,  ona  fəlsəfi  rəng  vermiş,  elmi  idrak  donuna 

geydirmişdir. 

Lakin 

müəllifin 



bütün 

cəhdlərinə 

baxmayaraq,  yenə  Məhəmməd  onun  müəyyən  görüşlərini 

ifadə  edən  bir  surət  kimi  də  zamanın  qabaqcıl 

fikirlərindən  çox  uzaq  olan,  mücərrəd,  mistik  düşüncələr 

ətrafında çırpınan bir idealistdir. 

1926-cı  ildə,  əvvəlcə  ―Ədəbi  parçalar‖da,  sonra  da 

―Maarif  və  mədəniyyət‖  məcmuəsində  Hənəfi  Zeynallı 

―Cavidin  ―Peyğəmbər‖i  haqqında  mülahizələrim‖  sər- 

lövhəsi  ilə  bir  neçə  məqalə  nəşr  etdirmişdir

1

.  Zey- 


nallının  diqqətini  yalnız  bir  məsələ  —  Cavidin  Mə- 

həmmədi  ―adi  insan‖  kimi  göstərməsi  cəlb  etmişdi. 

Tənqidçi  belə  hesab  edirdi  ki,  Azərbaycan  səhnəsində 

Məhəmmədi  adi  bir  insan  kimi  göstərmək,  onun  guya 

fövqəlbəşər  allah  elçisi  olması  haqqında  təəssübkeş 

ruhanilərin  uydurduqları  mövhumi  təsəvvürləri  alt-üst 

etmək  üçün  çox  əlverişli  bir  təbliğatdır.  O  yazırdı  ki: 

―Peyğəmbəri təsəvvür edilən mənzərəsindən düşürüb, adi 

bir  insan  şəklinə  salmaq  gərək  idi...  Cavid  dəxi  öz 

əsərinin,  öz  mühitinin  gizlin  bir  surətdə  tələb  etdiyi 

cəhəti  meydana  qoyur,  bu  gözlüklə  peyğəmbərə  baxır, 

onu adi bir bəşər halına endirir‖. 

Bu sözlərdə müəyyən bir həqiqət var idi. Doğrudan da, 

Cavidin 


Məhəmməd  haqqında  təsəvvürləri  fanatik 

ruhanilərin 

peyğəmbər 

haqqındakı 

təsəvvürlərinin, 

uydurmalarının  tamamilə  əleyhinə  idi.  Lakin  tənqidçi  bu 

fikri  irəli  sürürkən  bir  neçə  mühüm  məsələni  nəzərdən 

qaçırmışdı.  Əvvələn,  Məhəmmədin  adi  bir  bəşər,  öz 

əsrinin  adi  ərəblərindən  biri  olması  haqqındakı  fikri 

birinci  dəfə  Cavid  irəli  sürməmişdi.  Ondan  çox-çox 

qabaq,  hələ  XI-XV  əsrlərdə  Yaxın  və  Orta  Şərqin,  eləcə 

                                                 



1

 Bax: ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1925, № 9-10 və № 11. 


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə