Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə58/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   54   55   56   57   58   59   60   61   ...   97

 

178 


daca  şairanə  və  filosofanə  ilhamın  simvolu  kimi  verilən 

Mələk  Məhəmmədin  imdadına  çatıb,  ona  panteist 

fəlsəfədən  dərs  verir,  filosofanə  idrakın  yolunu  göstərir: 

Mələk Məhəmmədə öyrədir ki, tanrını görmək yox, ancaq 

duymaq  mümkündür  ki,  bu  da  iki  yol  ilə  ola  bilər:  biri 

mənəvi  təkamül,  özünü  dərk  etmək,  öz  içərisindən  gələn 

sədaya  qulaq  vermək,  ikincisi  də  allahı  təbiətin  özündə 

axtarmaq, müşahidə etmək yoludur: 

 

Onu dərk eyləmək qolay... ancaq, 

Ver içindən gələn sədayə qulaq, 

Dinlə həp kainatı, seyr eylə.  

Həp günəĢ ondan iĢtə bir Ģölə...  

Həp ufaq zərrə, həp kiçik yarpaq  

Sana söylər bu rəmzi pək parlaq.

1

 

 

Dramda Mələk qızıl qanadlı, füsunkar bir qız surətində 



verildiyinə  baxmayaraq,  təbliğ  etdiyi  fikirlər  etibarilə 

bizə  ―Şeyx  Sənan‖  faciəsində  olan  sufi,  panteist  qoca 

Şeyx  Kəbiri,  gənc  Sənanın  müəllimini  xatırladır.  Şeyx 

Kəbir kimi, Mələk də ―allah təbiətin bütün hadisələrində, 

eyni  zamanda  insandadır‖  fikrini  təbliğ  edir.  İkinci 

tərəfdən,  Məhəmməd  Cavidin  əsərində,  tarixi  həqiqətə 

zidd olaraq, ictimai ədalətsizliyə qarşı çıxan, əməlpərvər, 

haqq,  ədalət,  hürriyyət  tərəfdarı,  cəhalət,  nadanlıq,  fana- 

tizm əleyhinə çıxan bir mütəfəkkir, xalta, yoxsullara əzab 

verən,  zülm  edən,  fitnəkar  hökmdarlara,  başçılara  qarşı 

duran, demokratik fikirli bir ictimaiyyətçi kimi göstərilir. 

Dramaturq  hətta  Məhəmmədi  öz  əsrini  qamçılayan, 

üsyankar bir şair səviyyəsinə qaldırır: 

 

Oylə bir əsr içindəyəm ki, cahan  



Zülmü vəhĢətlə qavrılıb yanıyor. 

                                                 

1

 ―Peyğəmbər‖, səh. 10. 




 

179 


Yüz çevirmiĢ də tanrıdan insan, 

Küfrü həqq, cəhli mərifət sanıyor. 

Dinləməz kimsə qəlbi, vicdanı, 

Məhv edən haqlı, məhv olan haqsız... 

BaĢçıdır xalqa bir yığın cani,  

Həp münafiq, Ģərəfsiz, əxlaqsız... 

Güliyor nurə daima zülmət, 

Güliyor fəzlə qarĢı fisqü fücur; 

Ah, ədalət, hüquqü hürriyyət 

Ayaq altında çeynənib gediyor...

1

 



 

Tarixi  həqiqətin  əksinə  olaraq  əslində  özü  də  fatalist 

olan  və  M.F.Axundovun  dediyi  kimi,  cinlərin,  Ģeytanların 

varlığına inanan bir Ģəxs Cavidin əsərində öz əsrinin böyük 

alimi, real düĢüncəyə əsaslanan mütəfəkkiri meydana çıxır. 

Dramda  Məhəmməd  haqsızlığa,  ədalətsizliyə  qarĢı  necə 

mübarizə aparacağını bilmir. Burada Mələk həqiqəti təbliğ 

üçün  ona  sözün  qüdrətini,  söz  sənətini  təklif  edir.  Ən 

yüksək  əxlaqi  ideyaları,  ən  nəcib  insani  hissləri,  incə 

hikmətləri,  məhəbbət,  mərhəmət fəlsəfəsini  təbliğ edən söz 

sənətini!.. 

 

Həqqi təbliğ üçün sənin ancaq

Rəhbərin sənəti-kəlam olacaq

2



 

Lakin buradaca Məhəmmədin qarĢısına tarixin fəlsəfəsi, 

tarixin  rəmzi,  ―qədimi‖  bir  filosof  olan  bəĢər  həyatının 

təcrübələrini təmsil edən xəyali surət Skelet çıxıb Mələyin, 

―məhəbbət,  mərhəmət,  incə  hikmətlər‖  fəlsəfəsinə  acı-acı 

gülür, bu təlimi ―Ģairanə dadlı xəyal‖ adlandırır: 

 

Nə qədər Ģairanə dadlı-xəyal, 

                                                 

1

 ―Peyğəmbər‖, səh, 9. 



2

 Yenə orada. səh. 12. 




 

180 


Həp çocuqlar, əvət, xəyali-məhal... 

 

(Ridasının altından sehrli bir qılınc çıxarır) 

 

Ġnqilab istəyirmisən, bana bax! 

ĠĢtə kəskin qılınc, kitabı burax! 

Parlayıb durmadıqca əldə silah

Əzilirsin, qanın olur da mübah. 

Eyləməz yardım incə hikmətlər, 

Həp sönər busələr, məhəbbətlər. 

Əvət, ancaq qılıncdadır qüvvət, 

Bundadır həqq, Ģərəf və hürriyyət

1



 

Məhəmməd əvvəlcə bu təklifi qəbul etmir. O, məhəbbət 

əsiridir, qan tökməyin əleyhinədir: 

 

Mən məhəbbət əsiriyəm... Həp an,  

Həp zaman özlərim bir oylə cahan  

Ki bütün kainatı eĢq olsun, 

Könül uçduqca etila bulsun. 

Rəqs edib orda möhtəĢəm bir hiss, 

Yasa batsın da, ağlasın iblis. 

Qandan əsla görünməsin də əsər, 

Saçsın al qönçələr, Ģəfəqli səhər, 

Orda yüz bulmasın iĢkəncə, kədər.

2

 

 

Bu  məsələdə  ―bir  rübabın  inildəyən  səsi‖  olan  Mə- 

həmmədlə  Mələk  birləşir.  Mələk  də  ümumi  məhəbbət 

ideyasını müdafiə edir. 

 

Yox, qılınc söz qədər deyil kəskin.

3

 

 

                                                 

1

 Yenə orada, səh. 11-12. 



2

 ―Peyğəmbər‖ səh. 14-15. 

3

 Yenə orada, səh. 3. 


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə