Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə55/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   51   52   53   54   55   56   57   58   ...   97

 

168 


uyğun  təsirli  bir  tablo  yaradır:  ―Aydın  və  yaldızlı  bir 

gecə, 


Məkkə  yaxınlığında  Hirra  dağı...  Ətrafda 

mağaralar,  yalçın  qayalar,  sarp  enişlər,  qorxunc 

uçurumlar.  Peyğəmbər  əli  alnında  dərin  düşüncələrə 

dalmışdır...  Bir  ud  zümzüməsini  dinləyərək  uyuyur  kimi 

kəndindən  keçmiş...  Bu  sırada  pənbə,  mavi  mənəkşə 

nurlar  içində  altun  qanadlı  füsunkar  bir  mələk  göydən 

enər  və  ilahi  bir  ahənglə  Peyğəmbərə  xitab  etməyə 

başlar‖.


1

 

―Peyğəmbər‖in  hansı  ildə  yazıldığını,  dramaturqun 



onu  nə  zaman  planlaşdırdığını,  nə  zaman  başlayıb  nə 

zaman  bitirdiyini  dəqiq  müəyyən  etmək  hələ  çətin  olsa 

da,  çox  güman  ki,  bu  əsər  1920-1922-ci  illər  arasında 

yazılmışdır.  Bu  ehtimalın  həqiqətə  yaxınlığını  təsdiq 

edən  faktlardan  biri  budur  ki,  ―Peyğəmbər‖  ilk  dəfə 

Azərbaycan  Xalq  Maarif  Komissarlığı  nəşriyyatı 

tərəfindən buraxıldığı zaman əsərin titul vərəqində ―Bakı, 

1922-23-cü  il‖  sözləri  yazılmışdır.  Bu,  əvvələn  o 

deməkdir  ki,  dram  müəyyən  səbəblərə  görə  iki  ilə  nəşr 

olunmuşdur,  ikincisi,  bu  əsər  hər  halda  nəşriyyata  1922-

ci  ildə,  ya  da  ondan  bir  az  əvvəl  verilmişdir.  Odur  ki, 

―Peyğəmbər‖in  indiyə  qədər  dərsliklərdə  göstərildiyi 

kimi  23-cü  ildə  deyil,  ondan  əvvəl  yazıldığını  təsdiq 

etmək  lazımdır.  Ola  bilər  ki,  şair  əsər  üzərində  sonrakı 

illərdə  də  işləmişdir.  Hər  halda  ―Peyğəmbər‖  ilk  dəfə 

1923-cü ildə düşünülmüş mövzu sayıla bilməz. 

Məhəmməd  haqqında  Caviddən  qabaq  da  bədii  əsər 

yazanlar  olmuşdur.  Demək  olar  ki,  bu  əsərlərin  heç  bi- 

rində  tarixin  xəbər  verdiyi  əsil  ərəbistanlı  Məhəmməd  və 

onun  təbliğ  etdiyi  dini  görüşlər,  bu  dinin  mahiyyəti  əsas 

alınmamışdır. 

İslam 


peyğəmbərinin 

surətini 

və 

şəxsiyyətini hərə öz zövqünə, təbliğ etmək istədiyi fəlsəfi 



fikirlərə  bir  növ  uyğunlaşdırmağa  çalışmışdır.  Məsələn, 

                                                 



1

 H. C a v i d ―Peyğəmbər‖, 1926, AzərnəĢr, səh. 5-6. 


 

169 


məşhur  fransız  yazıçısı  —  filosofu  Volter  səhnədə  dini 

görüşləri,  xüsusən  xristianlığı  açıq  tənqid  etməkdən 

çəkindiyinə  görə  özünün  ―Peyğəmbər  Məhəmməd  və  ya 

fanatizm‖  (1740)  faciəsində  Məhəmməd  surətindən  elə 

məharətlə  istifadə  etmişdi  ki,  əsər  zahirdə  Məhəmmədə 

və müsəlman dininin əleyhinə olduğundan Roma papasını 

da müəyyən dərəcədə razı sala bilmişdi. Halbuki Volterin 

―Məhəmməd‖i  mahiyyət  etibarı  ilə  yalnız  islam  dininin 

deyil,  bütün  dinlərin  və  birinci  növbədə  xristianlığın 

əleyhinə  yazılmışdı.  Volter  çox  sərbəst  hərəkət  edərək 

Məhəmmədə  və  islam  dininə,  habelə  təkallahlılıq 

əqidəsinə  qarşı  qoyduğu  bütpərəst  surətlərini  öz  ateist 

ideyalarının  qüvvətli  ruporuna  çevirmişdi.  Volterin  faci- 

əsində  Məhəmməd  yalançı,  hiyləgər,  vəhşi  qatil  bir  şəxs 

kimi,  öz  mənfəəti  xatirinə,  hakimiyyət  xatirinə  şüurlu 

surətdə  vətəndaşlarını  aldadan,  yoldan  çıxaran,  insanları 

açıqdan-açığa  cinayətə sövq edən, ifrat xudbin,  zalım bir 

despot kimi göstərilmişdir. 

Bunun  əksinə  alman  şairi  Gete  gəncliyində  Mə- 

həmməd  haqqında  dram  yazmaq  istərkən  düşündüyü 

planda Məhəmməd surətini tamamilə başqa şəkildə təsəv- 

vür  etmişdir.  Gete  bu  əsəri  yazıb  başa  çatdıra 

bilməmişdir.  Lakin  mühafizə  olunan  ―Məhəmməd‖  və 

―Məhəmmədin  mahnısı‖  parçaları  və  dramın  irəlicədən 

düşünülmüş  və  yazılmış  planı  göstərir  ki,  Gete 

Məhəmməd  surətində  gəncliyində  çox  bağlı  olduğu  idea- 

list  fəlsəfi  görüşlərini  təbliğ  etmək  istəmişdir.  Getenin 

düşündüyü  planda  Məhəmməd  dünyaya  gəlir,  müəyyən 

ideya  gətirir,  sonra  qılınc  gücünə  bu  ideyanı  həyata 

keçirib  ölür.  Onun  gətirdiyi  mütləq  ideya  həqiqətə 

çevrilir,  bəşəriyyətin  bir  hissəsi  bu  ideyanın,  mü- 

səlmançılığın yolçusu olur. Gete Məhəmmədi Volter kimi 

yalançı,  xain  deyil,  yeni  bir  ideya,  etiqad  axtarıcısı,  bir 

mütəfəkkir kimi göstərir. Məsələn, ―Məhəmməd‖ adlanan 




 

170 


birinci  parçada  Məhəmməd  ulduzlu  bir  gecədə  ucsuz-

bucaqsız  bir  səhrada  oturmuş,  dərin  düşüncələrə 

dalmışdır.  O,  aya,  ulduzlara  müraciət  edir,  onlardan  öz 

qövmü  üçün  işıq,  qüvvət,  idrak,  doğru  yol  istəyir.  Bu 

zaman  Məhəmmədin  süd  anası  Həlimə  gəlib  onu  tapır, 

belə  bir  qorxulu  yerdə  nə  üçün  tək-tənha  oturduğunu 

soruşur.  Məhəmməd  tək  olmadığını,  öz  allahı  ilə  bərabər 

olduğunu,  allahının  şəfqət  və  mərhəməti  ilə  bəxtiyar 

olduğunu  söyləyir.  Həlimənin  maraqla  ―sən  allahı 

görmüsənmi?‖  sualına  Məhəmməd  təəccüblə  cavab  verir 

ki, bəs  sən onu  görmürsən?  Sonra  süd  anasına  anladır  ki, 

onun  allahını  təbiətin  bütün  hadisələrində,  hər  bir  güldə, 

çiçəkdə belə görmək mümkündür. Məhəmməd öz allahına 

yalvarır ki, onun süd anasına, Həliməyə də elə bir istedad 

versin ki, o da allahı təbiətdə görüb dərk edə bilsin. 

Qoca  Həlimə  bütpərəstlikdə  inad  göstərir.  Məhəmməd 

isə bildirir ki, daşdan, palçıqdan qayrılmış bütlərə sitayiş 

edən  qövm  çox  bədbəxtdir.  Məgər  daşın,  saxsının  qulağı 

var  ki,  insanın  dərdini  dinləsin?  Məgər  onların  əlləri  var 

ki,  insanlara  kömək  etsin?  Cansız  bütlərə  sitayiş  edənlər 

qonşunu qonşuya, qardaşı qardaşa salışdırmaq istəyən, öz 

malikanələrini  genişləndirmək  arzusu  ilə  yaşayan 

adamlardır.  Onun,  Məhəmmədin  allahının  nəzərində  isə 

hamı  insanlar  birdir.  Onun  allahı  hamının  bir-birini 

sevməsini  istəyir.  Həlimənin:  ―sənin  allahının  yaşadığı 

yer  haradır?‖  sualına  Məhəmməd  cavab  verir  ki,  hər  yer. 

Sonra  Məhəmməd  göylərdən  təmənna  edir  ki,  ―insan 

nəslini zəncirdən, mənəvi əsarətdən xilas etsin‖

1



Bu  müqayisədən  aydın  olur  ki,  hər  iki  mütəfəkkir 



yazıçı  Məhəmməd  surətini  eyni  şəkildə  təsəvvür  et- 

məmişdir;  müəyyən  məqsədə,  təbliğ  etmək  istədikləri 

ideyaların  xatirinə,  hərə  öz  fantaziyasının  gücünə  görə 

                                                 



1

 Bax: G e t e .  Əsərləri, Dövlət Bədii Ədəbiyyat NəĢriyyatı, Moskva-Leninqrad, 1932, II 

cild, səh. 73-76. 

  




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə