Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə59/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   55   56   57   58   59   60   61   62   ...   97

 

181 


Məhəmməd  ―qədimi  filosof‖  olan  tarixin  rəmzini, 

məsləhətini,  onun  təqdim  etdiyi  qılıncı  qəbul  etmir, 

yalnız  sözün  qüvvəsinə  bel  bağlayır.  Göylərdən  enən 

ümumi  məhəbbət,  mərhəmət  ideyası,  ümumiyyətlə  gözəl 

ideyalar  burada  tarixin  hikməti  ilə  barışa  bilmir.  Bu 

halında  Cavid  Peyğəmbəri  yenə  də  sadəlövh  bir  moralist 

kimi  göstərir.  Məhəmməd  şübhə  etmir  ki,  inanmaq, 

inandırmaq  və  ən  yüksək  əxlaqi  ideyaları  təbliğ  etməklə 

insanları  haqq,  ədalət  yoluna  cəlb  etmək  olar,  haqsızlığı, 

zülmü,  vəhşiliyi  aradan  qaldırmaq  olar;  lakin  təcrübə 

bunun  əksini  göstərir.  Məhəmməd  bu  əxlaqi  ideyalar 

təlimi  yolunda  ciddi  müqavimətlərə  rast  gəlir,  təhqir 

olunur,  döyülür,  söyülür.  Bütpərəstlər  onun  dişlərini 

qırıb,  ağzını  qanadırlar,  çox  nadir  hallarda  onun  tərəfinə 

keçənlər olur. Məhəmməd məyus olur: 

 

Sözlərimin təsiri yox,  



Həp rast gələn tən ediyor.

1

 

 

Bu  yerdə  tarixin  rəmzi  Skelet  yenə  də  Məhəmmədin 



qarşısına  çıxır.  Bu  ―qədimi  filosof‖  yenə  də  Məhəm- 

mədə anlatmaq istəyir ki, məhəbbət ideyası sadəcə şeir və 

xəyaldır.  İnsanlar  arasında  qan  içən,  qaplanlar, 

canavarlar,  ilan  təbiətli  adamlar  durduqca  ümumi 

məhəbbət  ideyası,  quru  əxlaqi  təlim  heç  bir  fayda 

verməz: 


 

Busə pək dadlıdır... mələklər üçün, 

Sevgi xoĢdur duyan ürəklər üçün, 

Busədən həzz edərmi bir kaplan? 

Sevgi anlarmı heç zəhərli ilan? 

Qan içən, kinli, möhtəris qartal  

Kirli dırnaqlariylə bulsa macal, 

                                                 



1

 Yenə orada, səh. 42. 


 

182 


Qoparıb parçalar, didər əsəbi  

ġu məhəbbətlə çırpınan qəlbi. 

Busədən xoĢlanırmı heç canavar? 

VəhĢi insan da oylə, həp qəddar. 

 

(Əlindəki siyrilmiş qılıncı oynadaraq) 

 

BoĢ xəyal... Əldə parlamazsa silah, 

Tanımaz həqqi sayğısız gümrah...

1

 

 

Yenə  başqa  bir  yerdə  Skelet  qılıncı  Peyğəmbərə 



uzadıb deyir: 

 

Xəstə bir üzvə bənzər amili-Ģər, 



Kəs də, bulsun Ģəfa vücudi-bəĢər. 

 

Nəhayət, Məhəmməd onunla razılaşır: 



 

Əvət ən doğru, ən gözəl ayin, 

Əhli-vicdanə busə, xainə kin!..— 

 

 deyə  qılıncı  Skeletdən  alır.  Məhəmmədin  qələbəsi  də, 

Cavidə  görə,  haqq  sözlə  qılıncı  birləşdirdiyi  andan 

başlayır. 

Beləliklə,  dramda  Məhəmmədi,  onun  həyatını  xa- 

tırladan yalnız zahiri hadisələrdir, əsərin fabulasıdır, bəzi 

zahiri  konfliktlərdir.  Əsas  surətin  daşıdığı  qayə,  onu 

düşündürən,  həyəcanlandıran  fikirlər,  onun  ideya 

tərəddüdləri, 

mənəvi 

iztirabları, 



sarsıntıları, 

ziddiyyətləri,  fəlsəfəçilik  meyli,  utopistcəsinə  ictimai 

arzuları  isə,  demək  olar,  tamamilə  müəllifə,  H.Cavidə 

aiddir.  Cavidi  bütün  yaradıcılığı  boyu  düşündürən 

fikirləri,  onu  narahat  edən  obyektiv  və  subyektiv 

                                                 

1

 ―Peyğəmbər‖, səh. 98-99. 




 

183 


səbəbləri  toplu  bir  halda  nəzərə  aldıqda  biz  buna  şübhə 

etmərik.  Məsələn,  bu  dramda  müəllifin  fikrincə  əsli 

olmayan  allahlar  haqqında  təsəvvürlər  insan  xəyalının, 

bəşər  fantaziyasının  məhsuludur.  Müəllif  bu  fikri  irəli 

sürüb,  özündən  də  çox-çox  qabaq  deyilmiş  bu  məlum 

mülahizəni özünəməxsus bir mühakimə ilə əsaslandırma- 

ğa çalışır: 

 

Hər mühit onu bir çeĢid yaratmıĢ,  



Hər kəs qaranlıq dama bir daĢ atmıĢ.

1

 

 

Biz bu  mülahizəyə  Cavidin həm  ―Peyğəmbər‖dən çox-

çox qabaq, həm də sonra yazılmış bir çox əsərlərində rast 

gəlirik.  Hələ  1910-cu  illərin  əvvəllərində  bu  fikir  onun 

əsərlərində  çox  aydın  ifadə  edilmişdir.  Misal  olaraq 

1912-ci  ildə  yazılmış  ―Bir  xatirə‖  şeirindəki  bu  sətirləri 

göstərmək mümkündür: 

 

Hər kəsin ruhində bir xaliq gülər, 



Öylə bir xaliq ki, xəlq etmiĢ bəĢər.

2

 

 

―Peyğəmbər‖dən  on  dörd  il  sonra  yazılmış  ―Xəy- 



yam‖da da Xərabatinin dili ilə Cavid bu fikri daha kəskin 

ifadə edərək eyni dini mülahizəni əfsanə adlandırmışdır: 

 

Hər gələn bir yeni əfsanə satar, 

Bu qaranlıq dama hər kəs daĢ atar. 

(―Xəyyam‖, birinci pərdə). 

 

Bu  fikir  həmin  əsərdə  dinsiz  Xəyyamın  dili  ilə  də 

verilmişdir: 

 

                                                 



1

 ―Peyğəmbər‖, səh. 45-46. 

2

 ―Bahar Ģəbnəmləri‖. 1917, səh. 45. 


 

184 


Fəzlü ürfani tanınmıĢ neçə dahi baĢlar, 

Ürəfa bəzminə fanus olaraq parladılar. 

Birər əfsanə deyib getdilər, əfsus, əfsus! 

Bu qaranlıq gecədən çıxmağa yol bulmadılar... 

(Dördüncü pərdə) 

 

Cavid  Şərqin  panteist  mütəfəkkirləri  tərəfindən  irəli 



sürülmüş  ―peyğəmbərlər  də  adi  bəşərdir‖  fikrini  hələ 

―Şeyx Sənan‖ faciəsində: 

 

Bir bəĢərdir deyirdi peyğəmbər, 

Heç görülmüĢmü çıxsın ərĢə bəĢər? — 

 

—  sözləri  ilə  təbliğ  etmiş,  hər  peyğəmbərin  bir  əfsanə 

deyib getdiyini də söyləmişdi. 

1922-ci  ildə  yazılmış  ―Afət‖  faciəsində  Cavid 

Ərtoğrulun  dili  ilə  bu  mühakimələrdən  çıxardığı  nəticəni 

daha  da  cilalandırmış,  aydınlaşdırmış,  təbiətdən  kənar, 

təbiətin  fövqündə  heç  bir  qüvvə  yoxdur  —  fikrinə  gəlib 

çıxmışdır. 

―Dünyada  yalnız  bir  şeir,  bir  musiqi,  bir  din  mənbəyi 

var  ki,  o  da  təbiətdir...  Təbiət  hər  şeydir...‖  (―Afət‖, 

üçüncü pərdə). 

Bu  misallar  təsdiq  edir  ki,  10-cu  illərin  əvvəlindən 

başlamış, son əsərlərinə qədər Cavid bu fikirdə olmuşdur 

ki,  müxtəlif  din,  təriqətlər  və  allahlar  haqqında 

təsəvvürlər  insan  xəyalının  uydurmasıdır.  Hər  mühit  onu 

bir  cür  yaratmış,  hər  kəs  ona  bir  ad  vermişdir.  Hər  kəs 

özünü aldadaraq inanmış, inanaraq aldanmışdır: 

 

Çırpınmaq istərsən aldan, inan, 



Yazıq sana! Yazıq, zavallı insan.

 



                                                 

1

 ―Peyğəmbər‖, səh. 45. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə