Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə62/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   58   59   60   61   62   63   64   65   ...   97

 

191 


Ağır  illər  bir-birinin  ardınca  ötüb  keçir.  Afət  33 

yaşında,  Alagöz  isə  18  yaşında  ikən  Özdəmir  ailəsi  ilə 

başqa  bir  şəhərə  köçür.  Əsil  faciə,  ailənin  dağılması  da 

buradan başlanır. Qərib ailə  burada  çirkin bir mühitə rast 

gəlir.  Ziyalılar  arasında  ―Müsyö  fırıldaq‖  adlanan,  “az 

maaşla  çox  zəngin  olan‖  rüşvətxor,  savadsız  Xandəmir 

adlı  başqa  bir  əyyaşla  Özdəmir  dostlaşır.  Xandəmirin 

vasitəsi  ilə  bir  neçə  alçaq,  şərəfsiz  adam  —  ―sayğısız 

odun  parçaları‖  olan  zabit  Qorxmaz  və  Kaplan,  zahirdə 

özünü  çox  təmiz,  ağıllı,  ziyalı  göstərən,  əslində  isə 

―mədəni  bir  canavar‖  və  ―mahir  qadın  düşkünü‖  olan  35 

yaşlı  doktor  Qaratay  Özdəmirin  bədbəxt  ailəsinə  yol 

tapırlar. Doktor Qaratay gözəl, füsunkar Afəti ələ almağa 

çalışır,  özünü  ona  mərhəmətli,  xeyirxah,  alicənab,  fəda- 

kar  bir  aşiq  kimi  göstərib,  gənc  qadını  cəhənnəm 

əzabından,  Özdəmirin  təhqirlərindən  qurtaracağına  söz 

verir.  Qaratayın  kim olduğunu  bilməyən  Afət ona inanıb, 

könül verir və ömründə birinci dəfə sevir.  İndi bu ailənin 

dağılması  üçün  lazım  olan  səbəblərin  hamısı  hazırdır. 

Lakin 


bu 

faciədə 


Afətin 

özünəməxsus 

təbiəti, 

mənəviyyatı,  ailə-əxlaq  məsələlərinə  olan  baxışı  daha 

təxribatçı  rol  oynayır.  Daha  doğrusu,  qadın  düşkünü 

Qaratayın həqiqi aşiq maskası ilə araya çıxması, onsuz da 

binövrəsi çürük olan bu ailənin dağılması üçün  ancaq ilk 

qüvvətli təkan olur. Afət 33 yaşına qədər sevgi, məhəbbət 

hissindən  və  ailə  səadətindən  məhrum  olduğundan, 

sevmək,  sevilmək  həsrəti  onun  varlığında  ən  qüvvətli, 

yeganə  ehtirasa  çevrilir.  Afət:  ―Dünyadakı  otları, 

çiçəkləri, quşları, kələbəkləri, insanları və heyvanları həp 

birər-birər  gözdən  keçirsən,  sevgidən  məhrum  heç  bir 

məxluqat,  heç  bir  zihəyata  rast  gəlməzsən.  Hətta 

günəşlər,  aylar,  ulduzlar  arasında  belə  sıxı  bir  rabitə, 

sarsılmaz  bir  cazibə  qanunu  var‖

1

 —deyə  düşünür.  Odur 



                                                 

1

 ―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 2-3 (üçüncü pərdə). 




 

192 


ki,  geniş  dünyada  özünün  sevgidən  məhrum  bir  məxluq 

olduğunu  görməsi  Afətə  çox  ağır  gəlir.  Onda  dünyadan 

narazı,  insandan  küskün  bir  hal  yaranır.  Xüsusilə  son 

dərəcə  gözəl,  sevimli,  füsunkar  olduğu  halda,  bədbəxt 

olması,  təmiz,  səmimi  bir  eşq  ilə  qarşılanmaması  Afəti 

son dərəcə kinli, qəzəbli və xudbin edir. Qızlığında kübar 

ailədə  tərbiyə  alması,  sonradan  da  və  müşahidələri 

artdıqca  içərisində  yaşadığı  mühitin  saxtalığını,  buradakı 

kişilərin 

yalançılığını, 

vəfasızlığını, 

eşqdən 


və 

gözəllikdən  dəm  vuran  aristokrat  ―ərlərin‖  mənəvi 

boşluğunu,  rəzil  əxlaqını  görüb  dərk  etməsi  Afətdəki 

kini,  xudbinliyi  daha  da  qüvvətləndirir,  hətta  onu  bir 

qədər də vəhşiləşdirir, intiqam hissi ilə çırpınan demonik 

bir  varlığa  çevirir.  Odur  ki,  Afət  sövqi-təbii  ilə  ömrün- 

də  ilk  dəfə  ürəkdən  sevdiyi,  könül  verdiyi  Qarataya  da 

inanmır.  Afət  ona  eşq  elan  edən  Qarataya  deyir:  ―Mən 

bütün  mənliyimi,  bütün  həyatımı,  səadətimi  sənin  yo- 

lunda  fəda  etməyə  hazıram.  Hətta  sənin  uğrunda  cina- 

yətdən belə çəkinməm. Ancaq aldanmaq istəməm. Aldan- 

dığımı  duyarkən  məhv  oluram.  Həm  də  pək  kinliyəm, 

anlayırmısan? Məni aldatmaq istəyənləri əsla əfv etməm! 

İki  gözüm  olsa,  intiqam  alarım,  intiqam!  Əvət,  mən  pək 

kinliyəm.  Məni  təhqir  edənlər  əzrailin  qucağına  atılmış 

olur‖


1

Bununla  belə  Afət  əyyaş  ərinin  ağır  təhqirlərindən 



xilas olmaq üçün, ürəyi qızmaya-qızmaya Qarataya pənah 

gətirməli,  ona  sığınmalı  olur.  Afətin  Qaratayı  sevdiyini 

hiss  edən  Özdəmir  öz  arvadına  qarşı  daha  amansız  olur. 

O,  Afəti  başqalarının  yanında  ―çamurluqda  gəzən  bir 

ördək‖,  ―azğın  və  hərcayi  bir  ördək‖  adlandırır.  Öz 

izzəti-nəfsinin tapdalandığını, camaat arasında ağır təhqir 

edildiyini  görən  Afət  üçün  yaşamaq  çox  çətin  olur.  O, 

özünü zəhərləmək üçün Qarataydan zəhər istəyir: ―Aman, 

                                                 

1

 ―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1925, № 3 (birinci pərdə). 



 

193 


mənə mərhəmət... Mərhəmət eylə də, məni qurtar. Of, bir 

çarə,  bir  əlac,  bir  zəhər,  bir  atəş  bul  ki,  kəndimi  məhv 

edəyim də, bu qaba, çirkin səsi bir daha eşitməyəyim!‖

1

 



İblis  təbiətli,  hiyləgər  Qaratay  gənc  qadının  bu 

çıxılmaz  vəziyyətindən  və  ona  olan  məhəbbətindən  isti- 

fadə edərək onu cinayətə sövq edir. Afəti məcbur edir ki, 

onunla  birləşmək  istəyirsə,  ərini  zəhərləyib  öldürsün. 

Afət  müti  bir  qul  kimi  bu  əmri  yerinə  yetirir.  Eşidənlər 

sərxoş  mühərririn  ürək  xəstəliyindən  öldüyünü  zənn 

edirlər.  Çox  çəkmir  ki,  Qaratay  da  Afətdən  soyuyur, 

Xandəmirin  gənc  qızı  22  yaşlı  Altunsaçı  tora  salır.  Bu 

xəyanət  Afət  üçün  əyyaş  ərinin  vəhşi  münasibətlərindən 

sonra  ikinci  ağır  zərbə  olur.  Bir  tərəfdən  Afət  işlədiyi 

cinayətdən  peşman  olub  ruhi  əzablar  çəkir,  ikinci 

tərəfdən  Qaratay  tərəfindən  aldadılması,  qısqanclıq  hissi 

onu  tamamilə  haldan  çıxarır.  Afət  nəinki  onu  əhatə  edən 

mühitə,  insanlara,  hətta  özünə  də  nifrət  edir:  ―Ah,  mən 

neçin  bu  xain  mühitə  atıldım,  neçin  yaradıldım?..  Neçin 

qatil oldum, neçin aldandım?‖

2

 — deyə inləyir. 



Afətdəki  xudbinlik,  kinlilik,  intiqam  hissi  getdikcə 

qüvvətlənir.  Sevgi  ehtirası  bu  dəfə  insana  nifrət,  intiqam 

ehtirasına  çevrilir.  İndi  Afət  həm  özünü  məhv  etmək, 

həm də Qarataydan intiqam almaq arzusu ilə yaşayır. İndi 

Afət  ona  eşq  elan  edən,  süni  nəvaziş  göstərən,  onun 

qarşısında  diz  çöküb  dil  tökən,  bütün  yalançı  kişilərin 

―başını  bir  qılıncla  vurmağa  hazır  olan‖  iblis  təbiətli, 

ürəyində yalnız kin, nifrət hissini daşıyan və hər kəs üçün 

qorxulu  olan  bir  afətə  çevrilir:  ―Mən  hər  qanunun 

xilafına yaradılmış bir məxluqum. Mənim hər sevincimdə 

bir  fəlakət,  hər  fəlakətimdə  bir  bəxtiyarlıq  var.  Mən... 

sevgimi  cəllad  kimi  boğazlarım.  Əvət,  mən  ağlarkən  gü- 

lərim, gülərkən ağlarım‖

3



                                                 

1

 Yenə orada, 1925; № 3 (birinci pərdə). 

2

 ―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 2-3 (üçuncü pərdə). 

3

 Yenə orada , 1926, № 2-3 (üçüncü pərdə).

 


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə