Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə64/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   60   61   62   63   64   65   66   67   ...   97

 

197 


surətlər  yaradır.  Bunlar  öz  əlinin  əməyi  ilə  yaşayan, 

təmiz  əxlaqlı,  namuslu,  xeyirxah  gənclərdir.  Ərtoğrul  — 

mühərrir,  Yavuz  —  müəllim,  Oqtay  isə  gənc  həkimdir. 

Bunlardan  Ərtoğrul  romantik  bir  gənc  olaraq  daha 

səciyyəvidir.  O  qüvvətli,  mətin  iradəli,  cəsur,  qorxmaz, 

həqiqətin  üzünə  dik  baxan,  heç  kəsdən  çəkinməyən, 

müstəqil  fikirli  bir  gəncdir.  Təmizlik,  sadəlik,  təbiilik, 

xeyirxahlıq,  dostluq,  məhəbbət,  səadət,  səmimiyyət, 

insana  kömək,  hamı  insanları  yüksək  əxlaqlı,  ağıllı, 

təmkinli  görmək  arzusu  onun  romantikası,  gözəl 

arzularıdır.  Ərtoğrul  öz  şəxsi  həyatında  da  təbliğ  etdiyi 

gözəl  insani  keyfiyyətlərə  bir  nümunə  olmağa  çalışır. 

Buna görə də o bütün varlığı ilə kübar mühitə, bu mühitin 

pozulmuş adamlarına qarşı durur. O bu mühiti ―zəncirsiz 

divanələr  mühiti‖,  burada  rast  gəldiyi  əxlaqsız 

qaratayları,  qorxmaz  və  kaplanları  ―sayğısız  odun 

parçaları,  nə  özlərini,  nə  də  ətrafdakıları  anlamayan 

idraksız,  duyğusuz  tülkülər,  çaqqallar,  ağlı  topuğunda 

olan  qazlar,  duyğusuz  sallaqxana  makinaçıları,  azğın, 

satqın, 


cani, 

qatil‖ 


adlandırır. 

Lakin 


Ərtoğrul 

xarakterində 

olan 

müəyyən 


zəif 

cəhətləri, 

mərdümgirizliyi,  xəyalpərvərliyi  ilə  Şeyda  surətini 

xatırladır.  O  da,  Şeyda  kimi,  həm  qüdrətli,  həm  də 

zəifdir.  Gənc  yoxsul  mühərrir  bir  tərəfdən  ―insanları 

qurtaracaq  bir  qüvvət  varsa,  o  da  cəsarət,  yalnız 

cəsarətdir.  Mən  yaşamaq  için  titrəyənləri  daim  əzrail 

qucağında  gördüm;  ufaq  bir  qığılcımdan  ürkənləri  daim 

yanğın  ocağında  buldum‖—deyir;  ikinci  tərəfdən  isə, 

eyni  ilə  Şeyda  kimi,  inildəyib  sızlayır:  ―Mən  də  bu 

düşkün mühitdə çırpınan zavallı, sönük varlıqları yıxmaq 

istəyən  bir  qığılcım...  Pəncədırnaqlarla  qəlbi  gəmirilən 

bir  bədbəxt...  bir  biçarə...  Mənasız  saylar  ətrafında 

dolaşan bir sıfır, bir heçəm‖

1

—deyir. 


                                                 

1

 ―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 1 (ikinci pərdə). 

 


 

198 


Ərtoğrul  kübar  mühitdə  uçuruma  sürüklənən  bəd- 

bəxtlərə,  xüsusən  qadınlara  çox  həssas,  insani  münasi- 

bət  bəsləyir.  O,  Afəti  əslində  ləkəli  qadın  hesab  etmir; 

təqsiri  Afətdə  yox,  onun  axmaq,  əyyaş  əri  Özdəmirdə  və 

qadın  düşkünü  Qaratayda,  Kaplan  və  Qorxmaz  kimi 

hərcayi  zabitlərdə  görür.  Ərtoğrul  eyni  dərəcədə  Alagöz 

və  Altunsaça  da  qayğıkeşlik  edir;  çalışır  ki,  bu  gözəl 

əxlaqlı  qızların,  xüsusilə  Alagözün  ürəyinə  toxunan  bir 

şey  deyilməsin.  O  bu  gənc  qızlara  köməyə  ehtiyacı  olan 

bədbəxt  insanlar  kimi  baxır.  Bütün  gənclər  Alagözdən 

uzaq  gəzməyə  çalışdıqları  halda,  Ərtoğrul  cəsarətlə  ona 

yaxınlaşıb  son  nəticədə  onun  xilaskarı  olur;  qızın  özünü 

zəhərləməsinə  mane  olur.  Ərtoğrul  Afətə  də  kömək  əlini 

uzatmağa  çalışır:  ―Alagöz!  Ananın  qəlbini  qırma!  Dünən 

bir  səfil  isə,  bu  gün  məzlum  ola  bilər‖—deyə  insanın 

yenidən tərbiyə edilə bilməsinə inanır. 

Bədbəxt  insanlara  Ərtoğrulun  yaxın  dostu  müəllim 

Yavuz, gənc həkim Oqtay da kömək etmək istəyir. Lakin, 

Ərtoğruldan  fərqli  olaraq,  onlar  tərəddüd  göstərirlər, 

bədbəxt  adamlara  yaxınlaşmaqla  öz  adlarının  da 

ləkələnəcəyindən  qorxaraq  uzaq  qaçırlar.  Ərtoğrul  isə, 

kübar  mühit  tərəfindən  düşməncəsinə  qarşılansa  da,  öz 

xeyirxah  əməllərini  axıra  qədər  davam  etdirir,  cəsarətlə 

kübar  mühitinə  və  bu  mühitin  pozğun  münasibətlərinə 

qarşı  çıxır.  Bu  mühitin  adamları  Ərtoğrulu  ―dəli‖ 

adlandırır.  Hətta  Ərtoğrulu  ürəkdən  sevən  dayısı  qızı 

Altunsaç  da  onun  cəsur  hərəkətlərindən,  açıq  və  amansız 

tənqidindən ürkərək istər-istəməz ondan uzaqlaşıb, şöhrət 

və sərvət düşkünü Qarataya yaxınlaşır. Axırda aydın olur 

ki,  Ərtoğrul  yox,  onun  nifrət  etdiyi  kübar  mühit 

―zəncirsiz dəlilər mühitindən‖ ibarətdir. 

―Uçurum‖dan  sonra  Cavidin  ailə,  məişət  mövzusunda 

―Afət‖i  yazması,  hər  iki  əsərdə  Türkiyə  aristokrat 

mühitini,  kübar  ailələrin  əxlaq  və  məi ş ətini ,  ―ala-




 

199 


franqa‖  mühitini  kəskin  tənqid  etməsi  göstərir  ki,  Cavid 

Türkiyədə  tələbə  ikən  türk  aristokrat  mühitindən  çox 

narazı  olmuş,  bu  mühitdə  yenilik  adına  hökm  sürən 

eybəcərliyə  dözə  bilməmişdir.  Şairin  şəxsi  anlayışına 

görə  bütün  bunlar  hamısı  Qərbi  Avropa  burjua  əxlaqı 

təsirlərinin  nəticəsidir.  Təmiz  ailə,  yüksək  əxlaqi 

ideyaların təbliği,  ―Uçurum‖da olduğu kimi,  ―Afət‖də də 

əsas  yer  tutur  və  demək  olar  ki,  bu  ideya  ―Afət‖də  daha 

kəskin bir şəkildə müdafiə edilmişdir. 

Başqa  dramlarında  olduğu  kimi,  ―Afət‖də  də  Cavid 

xüsusən  müsbət  planda  yaratdığı  surətlərin  dili  ilə  öz 

görüşlərini,  münasibətlərini  vermişdir.  Heç  şübhəsiz  ki, 

Ərtoğrulun pozğun mühitə qarşı ciddi etirazları ilə Cavid 

özünün  türk  zadəgan  mühitinə  qarşı  köhnə  fəlsəfələrə, 

sxolastikaya  münasibəti  də  müəyyən  nöqteyi-nəzərdən 

diqqəti  cəlb  edir.  Belə  ki,  inqilabdan  əvvəl  əgər,  ―Şeyx 

Sənan‖ əsərində olduğu kimi, Cavid: 

 

Din bir olsaydı yer üzündə əgər, 



Daha məsud olurdu cinsi-bəşər –  

 

–  deyirdisə,  ―Peyğəmbər‖də  Məhəmmədi  idealizə 



edirdisə,  ―Afət‖də  artıq  heç  bir  din  tanımaq  istəmir,  ―ən 

böyük din təbiət və onun qanunlarıdır‖ fikrini irəli sürür. 

Bu  cəhətdən  ―Afət‖in  müsbət  surətlərindən  olan 

Ərtoğrul,  Alagöz  və  Oqtay  arasında  olan  mükalimə  çox 

səciyyəvidir: 

Alagöz  (əlindəki  kitabları  birər-birər  açır)  –  Bu  şeir 

divanı,  şu  musiqi  parçaları,  bu  da  din  fəlsəfələri!.. 

Həpsinin  də  ruhu,  mənası,  qayəsi  yalnız  məhəbbətdən 

ibarətdir... 

Ərtoğrul  (kitabları  alıb  baxır,  etinasız  və  laübalı  bir 



tövrlə  sıra  üzərinə  buraxır,  şiddətli  və  müstəhzi 

qəhqəhələrlə)  –  Şeir...  Musiqi...  Din!  (Təbdili-tövrlə)


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə