113
Əgər fövqəlbəşər olmaq dilərsən,
Kənar ol daima cinsi-bəşərdən!
Bu şaşqın xalqa əsla vermə zəhmət!
Fəqət yalnız bulun, ey tifli-hikmət?!
1
Dərviş Şeyx Sənanı da birinci görüşdə ona görə rədd edir,
bəyənmir ki, onda da həyata, varlığa müəyyən bağlılıq görür.
Bununla bərabər, Dərviş hələlik şöhrət, ehtişam, cəlal sahibi
olan Sənanın da öz görüşlərində möhkəm bərqərar olmadığını,
nəyi isə axtardığını, müəyyən hissləri, fikirləri ilə ―dərvişlərə‖
yaxınlaşdığını, lakin hələ tərəddüd etdiyini hiss edir:
Tərəddüd ruhüma həp gözlərində,
Çəkil get! Yox sədaqət sözlərində.
2
Doğrudan da, Şeyx Sənan bu halında hələ dinsiz, etiqadsız
deyildir. O, pərəstiş etmək üçün bir həqiqət, həm də ideal bir
həqiqət axtarır; elə bir həqiqət ki, ağlın dəlillərinə əsaslansın.
Bununla belə Sənanın qəlbində iki hiss, iki fikir çarpışır; onlar-
dan biri həyat eşqi, ikincisi son nəticədə yenə dini etiqadla
birləşən ruhani, ilahi, mütləq eşqdir.
Bu halında Şeyx Sənanda onu əhatə edən fanatiklərə görə
müəyyən mütərəqqi fikir əmələ gəldiyinə baxmayaraq, hələ
varlıq, onun mənası haqqında aydın və qəti bir təsəvvür, bir
qənaət yoxdur. Onun ikinci pərdənin birinci səhnəsindəki
monoloqunda Kür nəhrinin təsviri ilə əlaqələndirərək təbliğ
etdiyi şübhəçilik fəlsəfəsi bu fikri aydın təsdiq edir:
Hələ Kür nəhri başqa bir aləm!
Gecə məhtabə qarşı pək həmdəm.
Gah olur bir dərin sükutə varır,
Gah çağlar da bir fəğan qoparır.
1
H.Cavid. Əsərləri, səh. 190.
2
Yenə orada.
114
Çırpınır Kür boyunca pək dilbər
Quyu kül rəngli göy göyərçinlər.
İştə onlar: həp oynaşan, qoşuşan
Dalğacıqlardır oylə xəndəfişan.
O da bir karivan, axıb gediyor,
Bir ədəmgahə doğru əzm ediyor...
Bir səfərdir bu adəta məchul...
Qayə məchul, ibtida məchul...
İştə, insanların da halı budur,
Anlaşılmaz neçin gəlib gediyor?!
1
Deməli, Sənanın fikrincə hələ təbiət və insanların həyatı
anlaşılmaz, dərkedilməz, əvvəli-axırı məchul olan sirrlər
yuvasıdır.
Dərvişin fikirləri Şeyx Sənana çox dərin təsir göstərir. Qoca
səyyah onun nəzərində ―nadir, pək böyük zəkaya malik‖ olan
bir insana çevrilir. Sənan onu ―piri-mürşid‖ adlandırır. Dərvişin
sözləri, Sənanın köhnə yaralarını təzələyir, sanki özünü, öz
mənəviyyatını, mənliyini daha aydın dərk etməkdə ona kömək
edir, ona dini fanatizmdən qəti surətdə ayrılmağa yeni cəsarət
verir. Bu təsirlərin nəticəsi olaraq Sənan ətrafındakı
şeyxlərdən, müridlərdən ayrılır. Tək-tənha gəzib düşünmək
üçün o da dərviş kimi dalğın, düşüncəli halda Kür boyunca
irəliləyir. Bu ayrılıq həmişəlik bir ayrılıq olur.
Artıq indi istər-istəməz din təbliğatçısı vəzifəsini öhdəsinə
götürmüş əvvəlki Şeyx Sənan yoxdur. Onun yerində sadəcə
―pəjmürdə bir səyyahi-zar‖ vardır.
Gürcüstan səfərində əvvəlcə Dərvişlə, sonra da Xumarla
görüşən Sənan artıq ―başqa bir aləmə‖ daxil olur. Onun ikinci
pərdənin ikinci səhnəsindəki şeyxlərə dediyi aşağıdakı sözlər
də bunu təsdiq sdir:
Şeyxiniz hər nə varsa tərk etdi,
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 185-186.
115
Getdi, həp əski bənliyim getdi.
Yuxuda Xumar Sənanı ―yüksəl!‖ deyə behiştə, ―altun
qanadlı mələklərin gülüb-oynaşdığı şənliyə‖ çağırırdı. Real
həqiqətdə isə Sənan Xumarı təəssübkeş, dindar papaslar,
sərxoşluğa alışıb qadınını vərəmləndirən və yeganə qızını,
həyatdan küsdürən platonlar, qısqanc Anton və simonlar, ərə
getməyi ölüm hesab edən, monastıra qaçmaq arzusu ilə
yaşayan qızlar, ―yar-yar deyib gecə-gündüz ağlayan, gülər üz-
lə heç bir ömür sürməyən‖ gənclər arasında görür. Burada nə
―altun qanadlı mələklər‖ var, nə də onların şən, qayğısız
gülüşləri... Bunların əksinə, ―insaf, mərhəmət yox namərd
fələkdə‖ deyib sızlayanlar vardır. Burada ―həm hüsn, həm
elmi-kamal sahibi‖ olan Sənanın da mövqeyi alçalır. O ―düdük
çalıb masal söyləyən donuz çobanı‖ olur. Lakin o, mənəvi
cəhətdən yüksəlir, Sənanda dini şübhəçilik daha da qüv-
vətlənir, qətiləşir.
Bu səhnədə Cavid öz qəhrəmanını hər cür dini
təəssübkeşliyə, mövhumata qarşı yönəldilən oda-alova çevirir...
Sənan burada bütün dini müqəddəsatı ayaqlayır, ―hökmi-
quranı, dini, imanı‖ atır, İsanın göylərə çəkildiyini zənn
edənlərə acı-acı gülür, quranı yandırmağa hazırlaşır, şərab içir,
xaç asır. Şeyxin bütün bunlardan məqsədi isə özünün əsas bir
fikrini təbliğ etməkdir: bütün dinlər və dini ayrılıqlar əfsanədir,
xalqları bir-birindən ayrı salmağa çalışan azğınların
uydurmasıdır:
Birsə haqq, cümlə din də bir... naçar,
Xalqı yalnız ayırmış azğınlar.
1
Faciənin kulminasiya nöqtəsi və təbliğ etdiyi əsas ideya da
buradadır. Dördüncü pərdənin ikinci səhnəsində Dərvişlə
Sənan arasındakı aşağıdakı mükalimə də bu dini təəssübkeşliyə
1
H.Cavid. Seçilmiş əsərləri, səh, 204.
Dostları ilə paylaş: |