Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə48/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   44   45   46   47   48   49   50   51   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
149 
xışdırıb  bütün  əsas  mövqeləri  ələ  keçirdilər.  Almaniya  Vahid 
Sosialist  Partiyası  tanınmış  kommunistlərdən  olan  Pikin  və 
Ulbrixtin – Şərqi  Almaniyanın prezidentinin və partiyanın Baş 
katibinin əlində qaldı. 
Kommunistləri  belə  bir  bloku  yaratmağa  hansı  səbəblər 
məcbur  etdi?  Kommunistlərin  Almaniyada  məşhur  olmamaları 
o  zaman  aydın  idi  və  kommunist  liderlər  məğlubiyyətdən 
qaçmaq  üçün  belə  bir  gediş  etdilər.  1949-cu  ilin  avqustunda 
Qərbi Almaniyada keçirilən parlament seçkilərində kommunist-
lər cəmisi 5,7 faiz səs topladılar. Sovet bölgəsində zəhmətkeşlə-
rin  əhvalını  təhlil  edərək,  Bonndakı  ümumalman  məsələləri 
üzrə  nazirlik  belə  bir  nəticəyə  gəldi  ki,  Şərqi  Almaniya 
Kommunist  Partiyası  sosial-demokratlarsız  seçkilərdə  ən  çoxu 
1,8 faiz səs toplaya bilər. Bu, bir daha  çoxdan məlum  olan bir 
faktı  təsdiqləyir:  Kommunizm  o  yerdə  azacıq  məşhurdur  ki, 
orada  güc  və  zülmkarlıq  vardır.  Sovet  bölgəsindəki  fəhlələrin 
üsyanı sübut  edir ki, Almaniya Vahid Sosialist Partiyası, daha 
doğrusu, Şərqi Almaniyanın Kommunist Partiyası xalq arasında 
öz nüfuzunu həmişəlik itirmişdir. 
Vahid Sosialist Partiyasından kütləvi çıxış buna canlı süb-
utdur. 
 
 
ALİ KOMİSSARLARIN  ŞƏBƏKƏ  
TOPLANTISI 
 
29 iyun 1953-cü il 
 
Berlində  şənbə  günü  Amerikanın,  Böyük  Britaniyanın  və 
Fransanın  ali  komissarlarının  şəbəkə  toplantısı  olmuşdur. 
Toplantıda  Şərqi  Berlində  və  Almaniya-nın  sovet  zonasındakı 
son  hadisələr  müzakirə  edilmişdir.  Bu  müzakirənin  yekunu 
olaraq  Qərb  komissarları  eyni  məzmunlu  məktubla  sovet  ali 
komissarı  Semyonova  müraciət  etmişlər.  Məktubda  normal 


Azərbaycan  mühacirət irsi 
 
 
150 
həyat şəraitinin bərpasının vacibliyi və bölmələr arasında azad, 
maneəsiz məlumata imkan verilməsi göstərilir. Məktubda qeyd 
edil-mişdir  ki,  bu  məsələ  ilə  bağlı  keçən  müraciətlər  nəticəsiz 
qalmışdır. 
Ali komissarların müraciətindən sonra bildiriş çap edilmiş-
dir.  Sənəddə  qeyd  edilir  ki,  Avropanın  təhlükəsizli-yinin  tə-
minatı  üçün  Almaniyanın  birləşdirilməsi  və  ümumi  seçkilər 
əsasında Ümumalman hökumətinin  yaradılması zəruridir. Belə 
demokratik  hökumətin  formalaşmasından  sonra  Almaniya  ilə 
sülh  müqaviləsi  bağlanmalıdır.  Sənəddə  Berlinin  üç  Qərb 
komendantına  xeyirxah  davranışlarına  görə  razılıq  bildirilərək 
qeyd edilir ki, Berlinin əhalisi Şərqi Berlin fəhlələrinin antiko-
mmunist çıxışları zamanındakı ağır günlərdə özünü yüksək təri-
fəlayiq apardı. 
 
 
 
DANIŞIR  “AZADLIQ”  RADİOSTANSİYASI! 
 
B-2931 
 
Əziz  həmvətənlər,  Siz  öz  azad  həmvətənlərinizin  Azad 
dünyadan  səsini  eşidirsiniz.  Sovet  imperializmi  seriyasından 
“Türkiyə  haqqında  həqiqətlər”  mövzusundakı  verilişimizi  din-
ləyin. 
İkinci dünya müharibəsindən sonra Sovet İttifaqının Türki-
yəni  “sakit  işğalı”  işindəki  bütün  cəhdləri  uğursuzluğa  düçar 
oldu.  Türkiyə  Kremlin  bütün  haqsız  tələblərini  rədd  etdi  və 
SSRİ-nin  basqısına  qarşı  tək  dayanaraq  bununla  da,  azadlığın 
və  demokratiyanın  qorunması  işində  azad  dünyaya  böyük  xid-
mət  göstərdi.  Bundan  sonra  Kreml  davamsız  olaraq  anti-Tür-
kiyə  kampaniyasına  başladı.  Son  vaxtlar  SSRİ-dəki  anti-Tür-
kiyə  kampaniyası  adi  sovet  vicdansızlı-ğından  kənara  çıxmış-
dır. 


Azərbaycan  mühacirət irsi 
 
 
151 
Qəzetlərdə  və  jurnallarda,  romanlarda,  uşaq  kitablarında, 
elmi işlərdə Türkiyəyə qarşı hücum vacib sayılır. 
İndi bizim tarixçilərə göstəriş verilmişdir ki, Yaxın və Orta 
Şərq  ölkələrinin,  xüsusənTürkiyə  və  İranın  tarixinin  hazırl-
anması  ilə  məşğul  olub,  Türkiyənin  və  Şah  İranının  Azərb-
aycana  və  bütün  Qafqaza  olan  işğalçı  siyasətini  ifşa  etsinlər. 
Hətta,  göstəriş  verilmişdir  ki,  Azəbaycan  xalqının  Türkiyə  və 
İran  işğalçılarına  qarşı  guya  olmuş  qəhrəmanlıq  mücadiləsini 
də işıqlandırsınlar. 
Zəhərləndirilmiş  erməni  və  gürcü  dostlarımızla,  eləcə  də 
başqaları ilə  yanaşı, sovetlər türk xalqlarını da Türkiyəyə qarşı 
təxribata çəkirlər. Türk xalqlarının müharibəyə psixoloji hazırl-
anması  belə  sübutlarla  aparılır  ki,  onlar  türk  deyillər,  onların 
əsas düşmənləri Türkiyə və İrandır. 1949-cu ildən isə ABŞ bü-
tün Qafqazı, Türküstan, Krım  və  İdil-Uralı guya  öz müstəmlə-
kəsinə çevirmək istəyir. 
Hətta,  Stalin  özünün  “Dilşünaslıq  kəşfləri”ndə  Türkiyəni 
rahat  buraxmadı.  Stalin  yazır:  “Yüz  illərlə  türk  qəsbkarları 
Balkan  xalqlarının  dillərini  sıxışdırıb  məhv  etmək  istədilər”. 
Bu, artıq eşidilməmiş yalandır. Tarixi faktlar bi-zə başqa həqi-
qətləri  sübut  edir.  Türklər  onların  imperiyasına  daxil  olan 
xalqlardan  çoxlu  sözlər  qəbul  ediblər  ki,  bunun  da  nəticəsində 
türklərin az başa düşdüyü osmanlı dili formalaşıb. Artıq otuz il-
dir  ki,  Türkiyə  Respublikası  türk  dilinin  yaradılması  uğrunda 
vuruşur. Türklər heç zaman başqa dilləri belə sıxışdırmamışdı-
lar, nəinki indi sovetlər türk dilinə qarşı bunu edirlər. 
Sovet  İttifaqında  hakimiyyət  daxilindəki  xalqlarda  Türki-
yəyə görünməmiş ölçüdə nifrət yaradıldığı bir zamanda, Türki-
yədə  əksinə  edilir.  Bütün  türklərə  uşaq  yaşların-dan  qonşu  və 
bütün xalqlara hörmət etməyi öyrədirlər. Orada heç bir xalqa, o 
cümlədən ruslara qarşı heç bir türk-də nifrət yaratmırlar. 
Vrangelçilər  Türkiyəyə  gəlib  buradakı  həddindən  artıq 
qonaqpərvərliyi görəndə deyirdilər: “Biz ruslar bütün ömrümüz 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə