Azərbaycan mühacirət irsi
113
yer söz verəcəyik, onlara sülh vəd edəcəyik (unutmaq lazım de-
yil ki, SSRİ-də hər bir kolxozçu və hər bir fəhlə psixoloji cəhət-
dən elə hazırlanıb ki, həmişə dünya miqyasında fikirləşir).
Ona görə də, Qərbə özünü ixtiralarla yormağa gərək yox-
dur, bu yüksək ideyaya və bu müqəddəs prinsipə riayət etmək
lazımdır.
Əgər bu ideya və prinsip bütün azad xalqları qane edirsə,
onda nəyə görə onlar ruslar, ukraynalılar, azərbaycanlılar və.s
üçün qəbul edilməzdir?
Axı aydındır ki, xalqların azad olması uğrunda mücadilə
Vahid Azad Dünya uğrunda mübarizədən başqa bir şey deyil.
Ona görə də bu müharibəni vahid bölünməz və ya federa-
tiv Rusiya uğrunda mübarizə ilə birləşdirmək və eləcə də rus
xalqına qarşı yönəltmək olmaz.Hər ikisi böyük səhv və Stalinə
kömək olardı.
Beləliklə, bizim qanlı «MSSRİ» ideyasına qarşı Vahid
Azad Dünya ideyası, millətin ayrılıb özünütəyinetmə məşhur
bolşevik prinsipinə qarşı isə Abram Linkolnun «The govern-
ment of the people, by the people, for the people» prinsipi varı-
mızdır. Bu ideyalar ideologiya müharibəsində üstünlüyümüzü
təmin edəcək və birdəfəlik qələbəyə gətirəcək.
VAHİD AZAD DÜNYA UĞRUNDA
1. Biz qarşımıza rus və qeyri-rusları Kremldən almaq
kimi çətin məsələ qoyaraq bilməliyik ki, beş rus təşkilatının
Ştutqart qətnaməsi kimi vədlərlə rus xalqını Qərb tərəfə çək-
mək olmaz, əksinə daha çox uzaqlaşdırar.Rus xalqını seçim
qarşısında qoymaq lazımdır: ya bütün xalqlarla birgə Vahid
Azad Dünya uğrunda, yəni insan həyatı, ya da bütün xalq-
lara qarşı, yəni şərəfsiz ölüm. Əgər rus demokratlarının
buna ixtiyarı çatsa, rus xalqı bizi başa düşəcək.