Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə36/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   32   33   34   35   36   37   38   39   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
113 
yer söz verəcəyik, onlara sülh vəd edəcəyik (unutmaq lazım de-
yil ki, SSRİ-də hər bir kolxozçu və hər bir fəhlə psixoloji cəhət-
dən elə hazırlanıb ki, həmişə dünya miqyasında fikirləşir).      
Ona  görə  də,  Qərbə  özünü  ixtiralarla  yormağa  gərək  yox-
dur,  bu  yüksək  ideyaya  və  bu  müqəddəs  prinsipə  riayət  etmək 
lazımdır.  
Əgər bu ideya və prinsip bütün azad xalqları qane edirsə, 
onda  nəyə  görə  onlar  ruslar,  ukraynalılar,  azərbaycanlılar  və.s 
üçün  qəbul edilməzdir?  
Axı  aydındır  ki,  xalqların  azad  olması  uğrunda  mücadilə 
Vahid Azad Dünya uğrunda mübarizədən başqa bir şey deyil. 
Ona görə də bu müharibəni vahid bölünməz və ya federa-
tiv  Rusiya  uğrunda  mübarizə    ilə  birləşdirmək  və  eləcə  də  rus 
xalqına qarşı yönəltmək olmaz.Hər ikisi böyük səhv və Stalinə 
kömək olardı. 
Beləliklə,  bizim  qanlı  «MSSRİ»  ideyasına  qarşı  Vahid 
Azad Dünya ideyası,   millətin  ayrılıb    özünütəyinetmə  məşhur 
bolşevik  prinsipinə  qarşı  isə  Abram  Linkolnun  «The  govern-
ment of the people, by the people, for the people» prinsipi varı-
mızdır.  Bu  ideyalar  ideologiya  müharibəsində  üstünlüyümüzü 
təmin edəcək və birdəfəlik qələbəyə gətirəcək. 
 
 
 
VAHİD AZAD DÜNYA UĞRUNDA 
 
1.  Biz  qarşımıza  rus  və  qeyri-rusları  Kremldən  almaq 
kimi  çətin  məsələ  qoyaraq  bilməliyik  ki,  beş  rus  təşkilatının 
Ştutqart qətnaməsi kimi vədlərlə rus xalqını Qərb tərəfə çək-
mək olmaz,  əksinə daha çox uzaqlaşdırar.Rus  xalqını seçim 
qarşısında qoymaq lazımdır: ya bütün xalqlarla birgə Vahid 
Azad  Dünya  uğrunda,  yəni  insan  həyatı,  ya  da  bütün  xalq-
lara  qarşı,  yəni  şərəfsiz  ölüm.  Əgər  rus  demokratlarının 
buna ixtiyarı çatsa, rus xalqı bizi başa düşəcək.  


Azərbaycan  mühacirət irsi 
 
 
114 
2. SSRİ-yə müvəfəqqiyətli psixoloji hücum etmək üçün, bi-
zim kommunizmə qarşı bütün müşahidələrimizin uğurla keçməsi 
üçün  biz  gərək  Stalinin  iki  sistemin  mövcud  olması  haqqındakı 
dağıdıcı  tezisini  ifşa  və  məhv  etməliyik.  Vahid  Azad  Dünya  uğ-
runda  hərəkatın  fəaliyyəti  nəticəsində  azad  ölkələr  bilməlidirlər 
ki,  öz xoşbəxtliyini  bolşevizmi  lokallaşdırma  yolu  ilə sovet öl-
kələrinin bədbəxtliyi üzərində qurmaq olmaz. SSRİ-nin daim hü-
cum  etmə  qorxusu  hər  bir  insanın  sabahkı  günə  inamını  itirərək 
həyatını zəhər etdi və edəcək, bundan  dəhşətli isə heç nə  yox-
dur. Bəli, demokratiyanın qeyri qanuni şəkildə despotizmlə birgə 
mövcud  olduğu  vaxtda  yaxşı  həyatı  heç  gözləməyə  dəyməz, 
çünki, bu birgə yaşayışdan qeyri-qanuni dünya doğulmuşdur ki, 
burada insanın istehsal etdiyinin 90% hər iki tərəfdən həyatı yox, 
«dünyanı  saxlamaq»  üçün  istifadə  olunur.  Deməli,  iki  sistemin 
«asudə mövcud olması»  bəşəriyyətə əzablar verir və verəcək. 
İki dünyanın birgə mövcud olması iqtisadi cəhətdən müm-
kün deyil. Axı bütün dünya yer kürəsinin 1/6 hissəsinin dünyəvi 
icmadan çıxarıldığına görə iqtisadi böhranın  məngənəsində bo-
ğulurdu, bəs indi ¼ hissənin Dəmir pərdə arxasında qaldığı  bir 
vaxda  nə  olacaq?  İqtisadi  qəzanın  qaçılmazlığını  bilmək  üçün 
heç iqtisadçı olmaq lazım deyil! 
Doğrudur, indi hələ böhran yoxdur və Amerika hələlik nə-
fəs  alır;  Avropanın  vəziyyəti  isə  yaxşılaşıb.Lakin  bu  Marşalın 
planı  ilə  hazırlanmış  müvəqqəti  və  süni  firavanlıqdır.Amerika 
böhrandan yalnız ona görə azaddır ki, o Krem ilə silahlanmalı 
və  Avropanı  silahlandırmalıdır.  Bəs  sonra  necə  olacaq,  əgər 
Avropanın  indi  öz  sənaye  mallarını  satmaq  üçün  bazara  ehti-
yacı varsa? Bunların hamısını hara aparmaq olar ki, sənaye is-
tehsalını davam etdirəsən və insanlara iş verəsən? 
Qərbdə  xeyli  insan  ümüd  edir  ki,  əgər  Kreml  müharibəyə 
başlamassa, onda o xarici ticarət üçün qapı açacaq və iki dünya-
nın mövcudluğu iqtisadi cəhətdən mümkün olacaq. Lakin Siyasi 
büro yaxşı bilir ki, bütün geniş əlaqələr, xüsusilə də azad dünya 
ilə iqtisadi əlaqə sovet quruluşunun dağılmasına gətirib çıxarda-


Azərbaycan  mühacirət irsi 
 
 
115 
caq  və  beləliklə  də  Siyasi  büro  ÜKP(b)  ilə  birgə  məhv  olacaq. 
Başa düşmək lazımdır ki, Siyasi büro heç vaxt  intihar etməyə-
cək. 
Əgər Kreml həqiqətən müvəqqəti fasiləyə qərar versə, o qa-
pını yalnız Çin də daxil olmaqla SSRİ-nin hərbi gücünü artırmaq 
məqsədi ilə vəsaitlər gətirmək üçün açacaq. 
Bu  halda  Qərb  sevincdən  özünü  itirəcək  və  bunu  böyük 
qələbə hesab edəcək.  
Bütün Qərb ölkələri öz aralarında rəqabət apararaq SSRİ-yə 
daha çox fabrik-zavod təchizatlarını daşımağa tələsəcəklər. Çün-
ki  asan  qazancın  nə  namusu,  nə  əxlaqı,  nə  vətəni,  nə  patriot  və 
humanitar hissləri, nə də gələcək nəslin həyatına qayğısı olar, bir 
sözlə onun  gəliri qamarlamaq hərisliyindən, Qərbin gözünü du-
manlamaqdan başqa müqəddəs heç nəyi  yoxdur.  Lakin vaxt gə-
lib çatanda hətta azacıq açılmış qapılar bağlanacaq və Qərbin bü-
tün kapitalı əvəzsiz orda qalacaq, bir az sonra isə azad dünyanı 
dağıtmağa başlayacaqlar.  
Heç  bir  iqtisadi  tədbirlər  kömək  edə  bilməyəcək  və  azad 
dünya  SSRİ-nin  hücumu    təhlükəsi  qarşısında  lərzəyə  gələrək 
işsizlik, iqtisadi böhran və bitməyən etirazlar məngənəsində bo-
ğulacaq ki, bu da qaçılmaz bədbəxtliyə aparacaq. 
Əgər  Adam Smiti və David Rikardonu  diriltsən  onlar de-
yəcəklər: dünyanı iqtisadi böhrandan qurtarmaq üçün , azad və 
sovet xalqlarının ümumi səyi ilə Dəmir pərdəni qaldırmaq la-
zımdır.  
1.
 
Biz  bütün azad dünyanı inandırmaq istəyirik ki, neçə 
ki, o bizim xalqların taleyinə laqeyd yanaşacaq, SSRİ-nin da-
xildən dağılmasını gözləmək ümüdsizdir, çünki SSRİ-də heç 
bir  partiya,  gizli  təşkilat  yoxdur  və  ola  bilməz,  çünki  orada 
iki  insan,  hətta  iki  qardaş  fikir  mübadiləsi  apara  bilməzlər. 
SSRİ-nin  daxildən  dağılmasının  qeyri-mümkünlüyü  1941-
1942-ci  il  hadisələri  ilə  təsdiq  olunub,  o  vaxt  Almaniyanın 
zərbələri  hakimiyyətin  yalan  üzərində  dayandığını  ifşa  etdi. 
Bolşevizmin    gücü  haqqındakı  bütün  yalanlar  partladı;  cəb-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə