Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə35/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   31   32   33   34   35   36   37   38   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
110 
digər ölkələrin qardaş-proletariatlarına silahlı kömək göstərəcə-
yik».Və  Stalin  Leninin   məzarına bu  vəsiyyəti  yerinə  yetirəcə-
yinə, yəni rus hücumları, rus qanı, rus vasitələri ilə kommuniz-
mi digər ölkələrdə həyata keçirəcəyinə and içmişdir.  
7. Necə ki, «esperanto» beynəlmiləl dil ola bilməz,  eləcə 
də  kommunizm  dünyanın  dövlət  sistemi  ola  bilməz.  Lakin 
kommunizm insanlarda dəyişilməz, dağıdıcı və soyğunçu ins-
tinktlər yaradaraq, hər vaxt və hər yerdə sinfi mübarizəni və 
vətəndaş  müharibəsini  həyata  keçirərək,  bəşəriyyətə  çoxlu 
əzablar, çoxlu acılar gətirib və gətirəcək. 
 
«Azərbaycan» jurnalı, Münhen,  
1952-ci il avqust, № 4 
 
 
 
SSRİ-YƏ QARŞI PSİXOLOJİ MÜHARİBƏ 
 
(Fraqmentlər) 
 
SİYASƏTİN TƏYİNİ VƏ İDEYANIN QƏBULU 
 
Məsələnin tədqiqi zamanı SSRİ-dəki müasir vəziyyət öyrə-
nilmişdir,  rusların  və  qeyri-rusların  bir-birinə  əks  olan,  həmçi-
nin  Qərb  xadimlərinin  ziddiyətli  görüşləri  göstərilmişdir.    Bu 
SSRİ-yə qarşı psixoloji müharibənin istiqamətini və vəzifəsini 
təyin  etmək  üçün  çox  vacibdir.  Yuxarıda  deyilən  hər  bir  şeyi 
nəzərə alaraq biz SSRİ-i xalqlarına olan siyasətimizi aydın şə-
kildə  müəyyən etməliyik və bununla əlaqədar psixoloji müha-
ribənin istiqamətini seçməliyik. Çox çətin və mürəkkəb məsələ-
dir. 
Əgər rusların mövqeyində dayansaq, onda qeyri-rus xalq-
larının hissləri təhqir edilmiş olacaq və bu onları Qərbdən uzaq-


Azərbaycan  mühacirət irsi 
 
 
111 
laşdırar,  yox  əgər  qeyri-rusların  mövqeyində  dursaq,  onda  gə-
rək ruslara məhəl qoymayaq. 
Əsas bacarıq həm rusların, həm də qeyri-rusların hamısını 
Siyasi bürodan ayırmaq və bizim tərəfə çəkməkdir. 
Bu prinsipi qəbul edərək biz çətin və mürəkkəb yola addım 
atırıq, buna görə də bizim siyasət SSRİ- də olan millətçilərin tam 
bərabərliyini və onların kommunist totalitarizminə qarşı mübari-
zədəki maraqlarının ümumiliyini əks etdirməlidir.  
Biz  burada  bilavasitə  ideya  məsələsinə  yaxınlaşırıq.  Ruh-
landıran  və  yalnız  rus  və  qeri-ruslar  üçün  yox,  həmçinin  azad 
ölkələr üçün məqbul olan ideyaya.  
Biz  yuxarıda  Vahid  Azad  Dünya  ideyasının  kommunist 
internasionalizminin  əsasını  necə  titrətdiyini  gördük.  Stalin  bu 
ideyanın özündə gizlətdiyi Siyasi büronun öldürücü təhlükəsini 
qiymətləndirdi. Çünki, Stalin bilirdi ki, Vahid Azad Dünya ide-
yasına dünyəvi kommunist inqilabının donmuş və sınmış ideya-
sını  qarşı  qoymaq  çətindir.  Beləliklə,  Vahid  Azad  Dünya  ide-
yası bizim dövrün hökmüdür. 
   Bu  ideyanı    Siyasi  büro  kosmopolitizm  adlandırdı  və  ona  
müharibə elan etdi. 
Sovet jurnalı «Voprosı istoriya»dan (№3, 1949)  olan aşa-
ğıdakı sitatlar Siyasi büronun Vahid Azad Dünya ideyası qarşı-
sındakı qorxusunu aydın göstərir: 
 «Burjuaziyalı  kosmopolitizm  dünyavi  hökmranlığa  iddia 
edən ingilis-amerikan imperializminin ideoloji silahıdır... Kos-
mopolitizm  xalqın  milli  özünüdərkini  sarsıdan  vasitədir...Kos-
mopolitizm  sovet  xalqını  sovet patriotizmi ruhunda tərbiyələn-
dirmə işində maneçilik törədir.» 
Beləliklə, biz Kremlin bünövrəsi olan sovet patriatizminin 
Vahid Azad Dünya ideyası qarşısında necə titrədiyini görürük.  
Beləliklə,  biz  Vahid  Azad  Dünya  ideyasını  qəbul  edirik.   
İndi isə biz bu Vahid Azad Dünyanı hansı prinsip üzərində qur-
mağa hazırlaşdığımıza baxacağıq. 


Azərbaycan  mühacirət irsi 
 
 
112 
Birinci  Dünya  müharibəsinin  sonlarından  biz  aşağıdakı 
dünya  əhəmiyyətli  sənədlərə  malikik:  prezident  Vilsonun  14 
maddəsi,  Atlantik  Xartiyası  və  BMT-nin  Xartiyası.  Prinsipin 
müəyyən  edilməsi  və  qəbulu  üçün  Atlantik  Xartiyasında  qısa 
dayanmaq kifayətdir.Burada deyilir: 
«Onlar(ABŞ-ın prezidenti və baş nazir Çörçil) bütün xalq-
ların yaşamaq istədikləri idarə formasını seçmək hüququnu qə-
bul  edirlər;  suveren  hüquqlarını  və  özunüidarəni    zorla  itirmiş 
xalqlarda bunları bərpa etmək istəyirlər.» 
Çörçilin  layihəsindəki  ikinci  hissə  bundan  bəhs  edirdi: 
«Onlar fikir və söz azadlığına kömək etməyi düşünürlər, bunla-
rın belə seçimi (idarə forması) aldadıcı olmalıdır». O vaxt Stali-
nin  xeyrinə  ikinci   hissə  qəbul  olunmamışdı.  Ona  görə  də, At-
lantik  Xartiyası  xalqların  müstəqillik  hüququnu  tanıyaraq,  on-
ları şəxsən totalitarizmdən qorumurdu. 
Ona görə də, Vahid Azad Dünya sözsüz ki, prezident Ab-
ram  Linkolnun  prinsipi  üzərində  qurulmalıdır.  Onun  üzərində  
ki,orada  prezident  Vilsonun  14  maddəsi,  Atlantik  Xartiyası  və 
BMT-nin  Xartiyası  qurulub.  Bu  cür  dunya  uğrunda  eyni  mə-
həbbətlə  bütün  xalqlar  mübarizə  aparacaq.  Abram  Linkolnun 
bütün kiçik və böyük xalqların azadlığını, müstəqilliyini, namu-
sunu təmin edən «The government of the people, by the people, 
for  the people»  prinsipindən ali, ədalətli, humanist   heç  nə ola 
bilməz. 
Abram Linkolnun prinsipinin  dərinliyi azad olmuş xalqla-
rın    azad  demokratik  quruluşa  malik  olacaqlarından  ibarətdir, 
yəni xalq hakimiyyətidir, hakimiyyət xalq üçündür və xalq tərə-
findədir,diktatura tərəfində deyil.  Bu prinsip eyni zamanda bü-
tün xalqları öz mümkün olan diktatorlarından da qoruyur. 
Əmin  olmaq  olar  ki,  prezident  Abram  Linkolnun  prinsipi 
üzərində qurulmuş yalnız Vahid Azad Dünya ideyası həm rus-
ları,  həm  də  qeyri-rusları  qane  etmək  və  onları  Sovetlərdən 
ayırmaq  iqtidarındadır.  Biz  həm  ruslara,  həm  də  qeyri-ruslara 
dünyanın  azad  xalqları  ailəsində  bərabər  hüquqlu  və  nüfuzlu 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə