Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə32/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   28   29   30   31   32   33   34   35   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
101 
reyalıların əli ilə asanlıqla həyata keçəcək və onlar üçün cəzasız 
olacaq. 
Lakin  sovet  imperialistləri  Koreyada  planlarını    həyata  ke-
çirə bilmədilər.Kreml  xalqa qarşı qardaş müharibəsinə başlaya-
raq,  çalışırdı  və  çalışır  ki,  maxinasiya  vasitəsilə  öz  imperialist 
üzünü gizlətsin. O, bildirirdi ki, bu hadisələrdə  guya Şimali Ko-
reyaya hücum edən Cənubi Koreya günahkardı. Bu faktların ko-
bud  və  həyasızcasına  saxtalaşdırılması,  dünyəvi  ictimai  fikri 
çaşqınlığa  salmaq  və  Koreyadakı  müharibəni  xəstə  başdan 
sağlam başın üstünə atmaq məqsədi daşıyırdı. BMT-də ABŞ-
ın nümayəndəsi Vorren Ostin sovetlərin siyasətini belə xarak-
terizə  edirdi:  «Sxem  çox  sadədir:  Hər  hansı  bir  ölkədə  kom-
munist üsyanı təşkil etmək, sonra öz diviziyasını  təcavüzkar-
lara  köməyə  göndərmək  və  onları  «könüllü»  adlandırmaq, 
sonra isə hücumun qurbanlarına yönəlmiş beynəlxalq köməyə 
qarşı  çıxmaq».  Burada  Stalinin  «Hərbi  doktrinası»nın  qısa  və 
dəqiq  xarakteristikası  verilib:  Onun  mahiyyəti  əsas  düşmənə 
qarşı zərbə əvəzinə, əsas zərbəni bir sıra dağınıq, guya bir-biri 
ilə əlaqəsi olmayan hərəkatlara qarşı zərbələrlə əvəz etdirmək-
dir: Koreya, Tibet, Hindistan-Çin. Bu zaman bütün bu aksiya-
lar yerli əllər tərəfindən aparılır, Siyasi büro isə kölgədə qalır 
və  «alçaldırılmışların»  və  «təhqir  olunmuşların»himayədarı 
rolunda çıxış edir. Qələbə zamanı şan-şöhrət Stalinin idi,məğ-
lub  olanda  isə  eybi  yoxdur!  Onsuz  da    sovet  qoşunu  döyüş-
mürdü ki, koreyalıların, tibetlilərin və s. qanı tökülürdü, evləri 
məhv olurdu. 
Sovet  imperialistləri  Koreyadakı  bu  təcavüzkar  mühari-
bəyə  uzun  müddət  və  səylə  hazırlaşırdılar.  Onlara  elə  gəlirdi 
ki,  hər  şey  kiçik  detallarına  qədər    nəzərə  alınıb,    hesablanıb 
və öz uğurlarına az da olsa şübhə etmirdilər. Lakin Kreml ən 
əsasını nəzərə almamışdı ki, qanlı düşüncələri onları əvvəlcə-
dən  qaçılmaz  məğlubiyyətə  aparır.  O,  nəzərə  almamışdı  ki, 
yalnız  Cənubi  Koreyanın  qoşunları  ilə  yox,  həmçinin  bütün 
demokratik  dünyanın  əsgərləri  ilə  vuruşmalıdır.  O,nəzərə  al-


Azərbaycan  mühacirət irsi 
 
 
102 
mamışdı  ki,  sovet    təcavüzkarlığı  bütün  xalqların  ciddi  etira-
zına gətirib  çıxardacaq. Məhz buna görə də, Koreyadakı mü-
haribə ilk günlərindən sovetlərin gözləmədiyi tamamilə başqa 
bir şəkil aldı. Sovetlərin hesab etdikləri qələbə əvəzinə, bir-bi-
rinin  ardınca  məğlubiyyətə  uğradılar.  Sovetlərin  Koreyadakı  
macərası  azad xalqların qəzəbini son həddə çatdırdı və sovet 
imperialis    təcavüzkarlarına    qarşı  nifrət  yaratdı.  Çünki  bütün 
xalqlar  kimi  Koreya  xalqının  da  hüququ  var  ki,  öz  həyatını 
sərbəst qursun və sovetlərin müdaxiləsi olmadan azadlığın hər 
hansı bir xeyirindən istifadə etsin. 
Sovetlərin  Koreyadakı  təcavüzkarlığının  ilk    günündən 
etibarən ABŞ-ın və Şimali Atlantikanın müdafiə paktına  daxil 
olan  bütün  ölkələrin  hərbi  gücü  sürətlə  yüksəldi.  Sovet  im-
perialistlərinin  yeni  dünya  müharibəsinə  açıq-aşkar  hazırlığı 
azad  ölkələri  daha  da  bir-birinə  bağlayır,  yaxınlaşdırır,  digər 
tərəfdən isə bütün əzab-əziyyətlər bizim xalqın üzərinə düşür, 
onların  yoxsulluğunu  və  əzabını  artırır,  çünki  sovet  hərbi  is-
tehsalının  artması onsuz  da  sənayenin  az  sayda  olan sahələri-
nin  hesabına  baş  verir.  Siyasi  büro  Leninin  «zəncirdəki  əsas 
nöqtə»  nəzəriyyəsindən  çıxış  edərək  əsas  hərbi  meydan  qis-
mində  Asiyada  Çini, Avropada  isə  Almaniyanı  təyin  edir.  Bu 
məqsədlə sovetlər səylə Şərqi Almaniyanın silahlı qüvvələrini 
bərpa edirlər, Çinin hərbi sənayesini inkişaf etdirirlər ki, 3-cü 
yeni  müharibə  azad  dünyanı  məhv  etməli  və  Siyasi  Büronun 
hökmranlığını təsis etməlidir.     
Lakin bu avantürist fikirlər sovetləri uçuruma apardı. So-
vet  imperializminin  rəhbərləri  öz  düşərgələri  ilə  demokratik 
düşərgə  arasında real gücün fərqini nəzərə almadan ІІІ dünya 
müharibəsini  başlamağı  və  dünyəvi  hökmranlığı  əldə  etməyi 
planlaşdırırdılar.  Stalinin  dünyadakı  hökmranlıq  planları  Hit-
lerin planlarına nisbətən daha köksüz, zəif idi. Dünya tarixin-
də ilk dəfə olaraq, vahid azad dünya uğrunda hərəkətin tam da 
olmasa təşkili müasir dövrün ən möhtəşəm hadisələrindən sa-
yılır. Bu ondan xəbər verir ki, azad dünya iki sistemin eyni za-


Azərbaycan  mühacirət irsi 
 
 
103 
manda  olmasına  inanmır  və  Kreml  tərəfindən  əsarətə  alınmış 
xalqların azad etməsini özünün əsas işi  hesab edir. Azad xalq-
ların  müasir  mücadiləsinin  əsas  xüsusiyyəti  ondan  ibarət  idi 
ki, o bütün ölkələrdə yalnız bu ölkələrin daxilində kommuniz-
mə  qarşı  yox,  həmçinin  yeni  müharibənin  və  beynəlxalq  Çe-
kistin  təşkilatçısı  olan  dünyanın  bütün  xalqlarının  azadlığına 
və milli müstəqilliyinə qarşı çıxan  Sovet imperializminə qarşı 
yönəlmişdir. 
Vahid  azad  dünya  uğrundakı  hərəkatın  artması  nəinki, 
Sovet imperialist düşərgəsinin qəzəbinə gətirib çıxarırdı, həm-
çinin bu onları qorxudurdu.ABŞ-ın rəhbərlik etdiyi vahid azad 
dünya  uğrundakı  hərəkat  və  Alan  Kerkin  rəhbərlik  etdiyi 
Amerika Komitəsi bu hərəkatın özəyi kimi öz müstəqilliyi və 
azadlığı  uğrunda    mübarizə  aparan  sovetlərin  təsiri  altında 
olan xalqların qələbəyə inamını gücləndirirdi. 
Demokratik  gücün  möhkəmliyinin  zəmanətçisi  azad 
xalqların Kreml diktatorluğunun tabeliyində olan xalqlar-
la sıx əlaqədə olması idi. Hər hansısa bir şübhə ola bilərmi 
ki, əgər sovet imperialistləri  ІІІ Dünya müharibəsinə baş-
lasalar,  onda  bu  ittifaq  axırıncı  imperializmə–sovet  im-
perializminə  son  qoyacaq!  Qanlı  Sovet  imperializmi  tari-
xin dəhşətlərini unudaraq,öz təcavüzkarlıqları və amansız-
lıqları  ilə  Hitler  imperializmini  üstələdilər  və  Hitler  im-
perializminin getdiyi və sona çatdığı abırsız yol ilə sonluğa 
doğru addımlayır.   
 
«Azərbaycan» jurnalı, Münhen,  
1952-ci il iyul, № 3 
 
 
KOMMUNİZM XALQLARIN  HƏYATINI TƏMİN 
ETMƏK İQTİDARINDADIRMI? 
 
(Azərbaycan Milli Birlik Məclisinin ilk 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə