Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə30/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   26   27   28   29   30   31   32   33   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
95 
mdur ki, Marks nəzəriyyəsi yüz ildən bəri yaşayır. Bütün məmlə-
kətlərdə  əhalinin  proletarlaşması  və  kapitalistlər  ilə  proletariat 
arasında  ziddiyyətin  hədləri  aşaraq  proletar  inqilabına  çevrilməsi 
üçün yüz illik bir dövr kifayət idi. Xüsusən, bunu son illərdə Sovet 
İttifaqı  yaşamaqdadır.  Stalinin  dediyinə  görə,  Sovet  İttifaqı  öz 
mövcudluğu ilə bütün məmləkətlərin kütlələrini revolyusionlaşdı-
rır  (inqilablaşdırır).  Dünya  proletar  inqilabının  bu  ocağı,  sadə 
mövcudluğu ilə başqa məmləkətlərdə kommunist inqilabını qızış-
dırmaqla kifayətlənməyib, bu iş üçün milyardlar sərf edirdi. 
Buna  rəğmən,  başqa  məmləkətlərdə  proletar  inqilabı  baş 
vermədi.  Orta  təbəqələrə  gəlincə,  onlar  bu  müddət  ərzində 
artdılar,  zənginləşdilər  və  sağlamlaşdılar.  Marks  dövründəki 
proletarlara  artıq  rastlanmır.  Indi  proletar  yox,  getdikcə  evlərə 
və  bağçalara  sahib  olan  işçilər  var.  Beləliklə,  bu  uzun  müddət 
dövründə  proletarlaşma,  Sovet  İttifaqını  çıxmaqla,  heç  bir 
məmləkətdə  görünməmişdi.  Xüsusən,  bizim  zamanımızda, 
müəssisələrin  aksiyalarına  sahib  olan,  demək  ki,  gəlirlərdə 
paydaş  olan  işçilərin  sayı  getdikcə  artmaqdadır.  Görünür  ki, 
kapitalizm  sosializmə  əsla  hamilə  deyil  və  proletar  inqilabını, 
yəni  “qanlı  toxumu”  və  xüsusən  bu  “qanlı  toxumun  qanlı 
meyvəsi”  olan  proletar  diktatorluğunu  gözləmək  faydasızdır. 
İndi dövlət nəzəriyyəsi məsələsinə keçək. Marks nəzəriyyəsinin 
suya düşməsi və dəyişdirilməsi bu məsələdə bütün çılpaqlığı ilə 
meydana  çıxır.  Kapitalizmdən  sosializmə,  sonra  isə  sosializm-
dən kommunizmə keçid  dövründə dövlətin mahiyyəti, onun in-
kişaf yolları probleminin xüsusi əhəmiyyəti vardı. Bütün başqa 
məsələlərdən,  artıq,  həqiqətən  bu  qətedici  məsələdə  qarşılıqlı 
hökm  sürürdü.  Məlumdur  ki,  dövlət  nəzəriyyəsi  məsələsində, 
bolşeviklər Engelsə istinad edirlər. 
Engelsə görə isə: “İtaət altında olması vacib sayılan ictimai 
siniflər olmadığı zaman, bir sinifin o biri sinif üzərində hökm-
ranlığına  ehtiyac  qalmadığı  kimi,  dövləti  hökumətə  də  ehtiyac 
olmayacaq”. 


Azərbaycan  mühacirət irsi 
 
 
96 
Qısası,  Engelsə  görə,  dövlət  bir  sinifin  əlində  o  biri  sinif 
üzərində  hökmranlıq  etmək  üçün  bir  silahdır.  Bu  fikirdən 
aydındır ki, proletar diktatorluğu ictimai sinifləri aradan qaldır-
dıqdan  sonra  əlac  tapmalıdır,  sönüb  getməlidir,  çünki  ona 
ehtiyac  qalmır.  Siniflər  uzlaşdırıla    bilməz,    sinfi  zidiyyət 
olmadığı  təqdirdə,  onların  meyvəsi  olan  dövlət  də  ola  bilməz. 
Məlumdur  ki,  Sovet  İttifaqında  guya  proletariata  antaqonist 
olan  burjua  sinfi  çoxdan  bəri  məhv  edilmişdir.  İntellegentlər, 
qolçamaqlar,  qolçamaq  quyruqları,  milliyətçilər,  “barışçılar”, 
“iki  üzlülər”,  ayrı-ayrı  müxaliflər,  partiyanın  baş  xəttindən 
uzaqlaşanlar    hamısı  məhv  edilmişdir.  Görünür  ki,  məhv, 
ləğv,  öldürmə  məsələləri  “Staxanov  sürəti”  ilə,  həm  də  ar-
tıqlaması  ilə  həll  olunmuşdur.  Bu  haqda,  1936-cı  ildə 
Sovetlərin  VIII  qurultayında  Stalin  özü  dedi  ki:  “Bütün  is-
tismarçı  siniflər  məhv  edilmiş,  işçi  sinifi  qalmış,  kəndli  sinifi 
qalmış”.  Beləliklə, Marksın nəzəriyyəsinə görə, Sovetlər İttifa-
qında  dövlətin  zaval  tapması  üçün  bütün  şərait  yaranmış. 
Zavaltapma məsələsini bir tərəfə qoyaq, Sovet  İttifaqında döv-
lətin  cəzalandırıcı  funksiyalarında  azacıq  bir  zəifləmə  əlaməti 
görünürmü? Əksinə, Sovet  İttifaqında, insaniyyət  tarixində gö-
rünməyən  qəddar  və  vəhşi,  cəzalandırıcı  funksiyaları  getdikcə 
artan,  bir  hökmranlıq  mövcuddur.  Dünya  qarşısında  Sovet  İt-
tifaqında  hökmranlığın  yaşamasına  və  sağlamlaşmasına  nəzəri 
baxımdan haqq qazandırmaq lazım idi. Bu da ki, bu formula ilə 
ifadə  edilirdi:  “Dövlətin  zaval  tapması  onun  zəifləməsi  nəticə-
sində  deyil,  onun  qüvvətlənməsi  və  sağlamlaşması  nəticəsində 
olmalıdır”.  Bu  formula  haqda  Stalin  komsomolçu  İvanovun 
məktubuna verdiyi cavabda uzun-uzun danışır. 
Bu  haqda  Stalin  1939-cu  ilin  mart  ayında  keçirilən  18-ci 
partiya qurultayında danışıb. O, ordunun kəşfiyyat orqanlarının, 
daha  da  sağlamlaşmasını  tələb  etdi.  Bu  qurultayda  çıxış  edən 
“Stalin  filosofu”  Mitin,  Stalinin  bu  sözlərini  yaltaqca  öyərək, 
Marksizm  xəzinəsinə  verilən  ən  böyük  sərvət  deyə  adlandırdı. 


Azərbaycan  mühacirət irsi 
 
 
97 
Bolşeviklərə Marksizmdən yan keçmək, ömürlərini davam etdi-
rib hökmranlıq sürməyə, yenə də diamat yardım etdi. 
 
 
“DİAMAT” 
 
Fəlsəfə, daima ruhu zənginləşməyə xidmət edir. Bolşevik-
lərə  görə,  fəlsəfə,  bütün  elmlərin  əsası,  elmin  birinci  və  son 
sözü olan dialektik materializmdir. Yalnız, dialektik materializ-
min  metoduna  istinad  edərək  kainatı,  bütün  hadisələri  öyrən-
mək olar, yalnız onun metodlarının köməyi ilə bütün elmlər in-
kişaf  edir,  böyük  icadlar  edilir.  Sovet  məktəblərində 
oxuduğumuz zaman hərf-hərf bizə öyrədirdilər ki, bütün böyük 
ixtiraçılar, böyük icadlarını dialektik materializmin  köməyi ilə 
etmişlər.  Demək  ki,  Arximed,  Qalvani,  Volta,  Devi,  Faradey, 
Amper,  Araqqo,  Qaliley,  Küri,  Kopernik,  Edison,  Uaat  Uluq 
bey, Nizami, Şota Rustaveli və başqaları dialektik materializm-
dən  xəbərləri  belə  olmadan,  heç  güman  etmədən  onun 
metodları ilə faydalanırmış. 
Böyük  filosoflara  gəlincə,  onların  fəlsəfələri  dialektik 
materializm  əsaslarına  uymadığı  üçün  elmi,  sinfi  deyil,  buna 
görə  də  amansızca  rədd  edilməlidir.  Misal  üçün,    Feyerbaxın 
materializmindən bəhs etdiyimiz zaman mütləq qeyd etməliyik 
ki, Feyerbax Hegelin idealizmini tənqid edərkən  böyük bir xəta 
buraxmış: o, tasın içindən kirli, sabunlu su ilə birlikdə uşağı da 
bayıra  atıb.  Hegel  nəzəriyyəsindəki  bu  "uşaq"  dialektika  imiş. 
Beləliklə,  dialektik  materializmə  görə,  dialektikadan  başqa, 
Hegelin  bütün  nəzəriyyəsi  kirli  ,  sabunlu  sudur.  Hərb  nəzəriy-
yəçisi və filosofu Karl von Klauzeviçi götürək: Bu şəxsin nəzə-
riyyəsindən  Lenin  çox  faydalanmışdır.  Dialektik  materializmə 
görə, onun məşum xətası odur ki, o, öz nəzəriyyəsində sinifləri 
deyil,  xalqı  görürdü.  Buna  görə  o  elmə  sinfi  nöqteyi  nəzərlə 
baxmaq  səviyyəsinə  yüksəlmədi  və  Hegelin  idealizmində  bo-
ğuldu.   


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə