Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə33/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   29   30   31   32   33   34   35   36   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
104 
sessiyasında söylənilmiş nitqlər. Son) 
 
Eyni ilə elə bir vəziyyət  yaranmışdır ki,  alimlər,  rəssamlar, 
yazıçılar dialektik materializimsiz  bir  addım belə ata  bilmirdi-
lər. Bu vəziyyəti daha aydın  SSRİ-nin Milli Akademiyası üzvlə-
rinin «Pravda» qəzetinin 30.12.1936-il tarixli sayındakı ərizələri 
xarakterizə  edir.  Akademiklərin  bu  məcburi  ərizələri  bundan 
bəhs edirdi: «Biz qarşımızda duran məsələni birgə üsulla-Marks-
Enqels-Lenin–Stalin üsulu ilə həll edəcəyik». Bu o deməkdir ki, 
Marks-Enqels-Lenin–Stalin üsulundan istifadə edərək akademik-
lərdən: Orbeli-itlər üzərində fizioloji təcrübə aparacaq, Şuko, Şu-
sev və Vesnin–binaları lahiyələşdirəcəklər və arxitektura fikirlə-
rini irəli sürəcəklər, akademik-rəssam Qrabar-öz şəkillərini çəkə-
cək, bəstəkar Şostakoviç–öz simfoniyalarını yazacaq, yazıçı Şo-
loxov-romanlar  yazacaq,  Tupolev-  təyyarələr  düzəldəcək  və.s. 
Və  onların  hamısı  bunları  vahid  üsulla-  dialektik  materializm 
üsulu ilə yaradacaqlar. 
Bolşeviklərin  SSRİ-nin  dahi  dostu  hesab  etdiyi  və  Mosk-
vada teatral görüş təşkil etdikləri fransız yazıçısı Andre Jid Sovet 
İttifaqındakı həyatla tanış olduqdan sonra mövcud vəziyyəti belə 
xarakterizə  etdi:  «SSRİ-də  ən  yaxşı  əsər  əgər  ana  xəttə  uyğun 
gəlmirsə təqibə məruz qalır... Rəssamdan, yazıçıdan bu xəttə uy-
ğunlaşmaları tələb olunur».  «Biz SSRİ-dəki maariflənməyə, mə-
dəniyyətə olan həvəsə heyranıq. Lakin bu gün maariflənmə yal-
nız əşyaların mövcud qaydası razı salan şeyləri öyrədir... Bu mə-
dəniyyət  tamamilə  bir  tərəfə  yönəlib.  O  yalnız  təcrübəvi  ruhlu-
dur... Orada tənqidi fikirlər  yoxdur... Ana xətti tənqid etmirlər... 
Yalnız bu və ya digər başlanğıcın, bu və ya digər davranışın, bu 
və ya digər nəzəriyyənin müqəddəs xəttə uyğun olub-olmamasını 
müzakirə  edirlər.  Vay  o  kəsin  halına  ki,  irəli  getməyə  risk  elə-
sin». 
Dahi  insanlar-haqqın  daşıyıcıları  Sovetlərin  onları  təmtə-
raqlı  qəbul  etməsinə  baxmayaraq  Sovet  İttifaqındakı  mövcud 
vəziyyəti başqa cür xarakterizə edə bilməzdi. Təəssüflər olsun 


Azərbaycan  mühacirət irsi 
 
 
105 
ki, bir çox başqa siyasi xadimlər, publisistlər və yazıçılar sovet 
təriflərinə və təmtəraqlı görüşlərə uyaraq  xalqlarımızın əzabları 
haqqında həqiqəti yazmırdılar. 
Dialektik  materializm  haqqında  təsəvvür  yaratmaq  üçün 
çox şey deyilib. 
Bəs Marks «bütün elmlərin elmi» ni necə yaratdı?  
Stalinə  görə  Marks  dialektikanı    Hegeldən,  materializmi 
isə Feyerbaxdan götürüb, onları birləşdirdi, sadəcə birləşdirmə-
di,  yenidən  tənqidi  işlədi  və  dialektik  materializm  alındı.  Bu 
«elm»  əsasən  «diamat»  adı  ilə  məşhurdur.  Onun  üsullarından 
istifadə  edərək  çox  fikirləşmədən  böyük  kəşflər  etmək,  bütün 
filosofların  mülahizəsini  çirkli  sabunlu  suya  çevirmək,  lazımı 
anda marksizmin özündən imtina etmək, sonra yenidən ona qa-
yıtmaq  olar  və  hər  dəfə  diamat  kömək  edəcək  ki,  buna  bəraət 
qazandırasan.  Məsələn,  lazım  gəldikdə  Aleksandr  Nevskinin  
qəbri qazılır, onun nəşi məsxərəyə qoyulur, Suvorovun general-
simusu  qaniçən  çarın  yaltaqlığı  kimi,  Böyük  Pyotr  isə  ticarət 
kapitalının  xidmətçisi  kimi  təqdim  edilir.  Sonra  isə  onların 
adına ordenlər təsis  olunur. 
Yaxud,  necə  olur  ki,  çar  zabitlərinin  çılpaq  çiyinlərindən  
rütbəni  bıçaqla  kəsib  atırsan,  sonra  da  özün  həmin  rütbəni  öz 
çiyininə taxırsan? 
Yaxud,  kilsə  dəyərlərini  məsxərəyə  qoyursan,  kilsəni  bağla-
yırsan, bütün keşişləri güllələyirsən, dinin xalq üçün tiryək oldu-
ğunu deyirsən, 25 ildən sonra isə döyüşən Allahsızlar İttifaqını da-
ğıdırsan  və rus provaslav dininin ilk sitayiş edəni olursan. Diamat 
bütün bunlara imkan verir. Onun «elmliliyi»  məhz bundadır. 
Yuxarıda  deyiləndən  göründüyü  kimi,  dialektik  materia-
lizm universaldır, o insan həyatının bütün sahələrini əhatə  edir 
və başqa ideologiyanın yaranması üçün işıq  yolu qoymur.  La-
kin  dialektik  materializmdə  əsas  məsələ  ruhun,  şüurun  və  dü-
şüncənin materiya ilə əlaqəsidir. Bu zaman materiya–bazis, ruh, 
düşüncə isə-üstqurumdur. «Düşüncə təşkil olunmuş materiyanın 
funksiyasıdır». Məsələn, «varlıq şüuru təyin edir», bazis və üst-


Azərbaycan  mühacirət irsi 
 
 
106 
qurum  nəzəriyyəsi kimi  digər nəticələr  buradan  yaranır.  Burada 
bazis  iqtisadiyyatdır,  qalanları  isə  düşüncə,  siyasət,  elm,  əxlaq, 
fəlsəfə üstqurumlardır; bünövrə dağılırsa üstqurum da dağılır. 
Dialektik  materializm  nöqteyi-nəzərindən  iqtisadiyyat  in-
san  cəmiyyətinin  inkişafını  hərəkətə  gətirir,  düşüncə  və  digər 
üstqurumlar isə tabeçilik rolu oynayır. Söz yox ki, iqtisadiyyat 
ictimai inkişafda mühüm rol oynayır, təbiətin gücü kimi onunla 
hesablaşmamaq  olmaz.  Lakin  insan  öz  düşüncəsinin,  ruhunun 
gücü ilə məqsədə uyğun olaraq təbiətdən və iqtisadiyyatdan is-
tifadə  edir  və  şəklini  dəyişir.  İctimai  həyat  əvvəlki  nəsillərin  
elmi, əxlaqi və iqtisadi nailiyyətləri əsasında təşkil olunur. Yal-
nız  bu  nailiyyətlərə  əsaslanaraq  insan  cəmiyyəti  inkişaf  edə 
bilər.  İqtisadiyyatı  və  bütün  həyatı  insan  yaradır,  qeyd  edirəm 
yaradır, təbiətə, iqtisadiyyata uyğunlaşmırlar. Əks halda insan-
lar  təbiətə  uyğunlaşan  heyvanlardan  az  fərqlənərdilər.  Materi-
yanın, iqtisadiyyatın  ruh,  düşüncə  üzərində  üstünlüyü nədədir?  
Bazisi iqtisadiyyat olan və onun dəyişilməsi və ya dağılması ilə 
üstqurumu dəyişən  və ya dağılan bazis və üstqurum nəzəriyyə-
sinin  doğruluğu  nədədir? Nə  vaxt,  harada  tarixdə  belə  hal  mü-
şahidə olunub?  
İqtisadiyyatın  bazis  kimi    qəbul  olunması  yalnız  dünyəvi 
proletar inqilabının  qanlı sinfi mübarizə məhsulu kimi qaçılmaz-
lığını təsdiq etmək  istəyindən irəli gəlir.  Bolşeviklər bütün hadi-
sələrə iqtisadiyyat və sinfi mübarizə nöqteyi- nəzərindən  baxa-
raq vahid siyasi və mədəni orqanizm olan, birliklə: adətlər, ənə-
nələr  və  vətənə  ümumi  məhəbbətləri  ilə  möhkəm  əlaqədə  olan 
xalqı qəsdən aldadırlar. Dialektik materializm üsulundan istifadə 
edərək İslamın tarixini necə izah etmək olar?  Ola bilərmi ki, İs-
lamın  yaranması,  onun  inkişafı  və  çiçəklənməsi  iqtisadi  və  ya 
sinfi  amillərdən  asılı  olsun?  Axı  Peyğəmbərin  bu  dahi  ideyası 
bütün tayfa ayrılıqlarına son qoydu, onları birləşdirdi və onu bö-
yük  qəhramanlığa  sövq  etdi.  İslam  yayılarkən  onunla  bərabər 
müsəlmanların siyasi vəziyyəti də dəyişirdi. Belə halda nə bazis 
ola bilər? İdeya, ruh və ya iqtisadiyyat? İdeya iqtisadiyyatı dəyiş-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə