Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə31/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
98 
Onun  hərb  nəzəriyyəsinin  yarımçılığı  və  təzadlığı  da 
bundan  irəli  gəlir.  Xüsusən,  Sovet  İtifaqında  elə  bir  vəziyyət 
yaranmışdır  ki,  alimlər,  yazarlar,  şairlər,  rəssam  və  bəstəkarlar 
dialektik materializmsiz bir addım atmırlar. Vəziyyətin vahimə-
liliyini aydın göstərmək üçün Sovet İttifaqı Elmlər Akademiya-
sı  üzvlərinin,  30  dekabr  1930-cu  il  tarixli  “Pravda”  qəzetinə 
verdikləri  bəyannaməni  xatırlayaq.  Akademiklərin  bu  məcburi 
bəyannaməsində  deyilirdi:  “Qarşımızda  duran  məsələləri”  bir 
metod  olan  Marks-Engels-Lenin-Stalin  metodu  ilə  həll  edəcə-
yik. Bu o deməkdir ki, Marks-Engels-Lenin-Stalin metodundan 
istifadə edərək: akademik Orbeli, köpəklər üzərində özünün fi-
zioloji  təcrübələrini  yürüdəcək,  Tşuko,  Tşusev,  Vesnin,  Hüse-
ynov binalar lahiyəsi cızacaq və arxitektor fikrini inkişaf etdirə-
cəklər.  Rəssam,  akademik  Qrabar  rəsmlər  çəkəcək,  bəstəkar 
Qara  Qarayev  və  Şestakoviç  simfoniyalar  yazacaq,  akademik-
yazıçı Şoloxov romanlar yazacaq, Tupolev təyyarələr inşa edə-
cək və s. 
Bütün bu işlər dialektik materializm metoduna istinad edi-
lərək  görüləcəkmiş.  İndi  baxaq,  Marks  bu  “elmlər  elmini  necə 
yaratdı”. Leninə görə, Marks dialektikanı Hegeldən, materializ-
mi  də  Feyerbaxdan  aldı  və  onları  birləşdirdi.  Həm  də  sadəcə 
birləşdirmə ilə kifayətlənmədi, o onları “təsis” edərək birləşdir-
di, beləliklə, dialektik materializm meydana çıxdı. Bu elm qısa-
ca “diamat” adı altında məşhurdur: onun metodlarından istifadə 
edərək,  çox  fikirləşmədən  böyük  icadlar  etmək  mümkündür, 
bütün  filosofların  nəzəriyyələrini  bir  saniyədə  kirli  sabunlu 
suya  çevirmək  zor  bir  iş  deyil,  onun  yardımı  ilə  çap  edərsə, 
marksizmdən də qaçılır, sonra təkrar-təkrar geri dönülür. Məsə-
lən,  dövrün  taktikasına  görə,  Şeyx  Şamili  ən  böyük    demokrat 
deyə qəbul etmək, sonra isə onu İngiltərə və Türkiyənin agenti 
və xalq düşməni deyə damğalamaq, filosof Heydər Hüseynova 
Stalin mükafatı verib sonra geri almaq, özünü də həbsə atmaq, 
Aleksandr Nevskinin məzarını qazıb cəsədini çıxarmaq, genera-
lsimus  Suvarovu  qan  içici  çar  yaltağı  göstərmək,  sonra  isə 


Azərbaycan  mühacirət irsi 
 
 
99 
onların  adına  ordenlər  təsis  etmək,  çar  zabitlərinin  rütbələrini 
çiyinlərindən  kəsmək,  sonra  isə  çar  rütbələrini  öz  çiyinlərinə 
taxmaq; və ya kilsə sərvətlərini kimi kilsələri qapadıb bütün din 
xadimlərini  güllələmək,  dini  xalqın  tiryəki  deyə  adlandırmaq, 
25  ildən  sonra  isə  “Allahsızlar  cəmiyyətini”  dağıdaraq  rus 
ortodoks kilsəsinin birinci sitayişkarı kimi panisiavizm, panisl-
amizm, pangermanizm və s. olmağa diamat icazə verir. 
Diamatın  necə  bir  elm  olduğu  yuxarıda  göstərdiklərimiz-
dən bəllidir. Yuxarıda göstərdiyimiz kimi dialektik materializm 
universaldır,  o  insan  yaşayışının  bütün  sahələrini  əhatə  edir, 
başqa bir ideologiyanın sızması üçün heç bir işıq yeri buraxmır. 
Dialektik  materializmdə  əsas  məsələ  təfəkkürün  (fikriyyatın) 
materiya  ilə  qarşılıqlı  münasibətidir.  Diamata  görə  materiya 
primat,  təfəkkür  isə  predikatdır...  Bunu  Lenin  “Materializm  və 
empiriokritisizm”  əsərində  belə  izah  edir:  “Təfəkkür  materiya-
nın bir funksiyasıdır”. Həqiqət  isə  bunun əksini göstərir.  İnsan 
öz düşüncəsinin qüdrəti ilə təbiəti və iqtisadiyyatı dəyişdirir və 
onlardan istifadə edir. İctimai həyat keçmiş nəsillərin elmi, mə-
nəvi və iqtisadi müvəffəqiyyətlərinin üzərində qurulur. 
Yalnız  bu  müvəffəqiyyətlərə  istinadən  insaniyyət  irəliləyə 
bilər. Materiyanın, təfəkkür üzərindəki üstünlüyü haradadır? Bu 
nəzəriyyəyə  görə,  təməl  istehsal  qüvvələri  və  ona  uyğun  ist-
ehsal  münasibətlərindən  ibarətdir.  Bu  təməlin  çökməsi  ilə  üst-
qurum da yəni, təfəkkür də, elm, fəlsəfə, mənəviyyat, ənənə də 
çökməlidir.  Nə  zaman    tarixdə  belə  bir  hadisə  baş  vermişdir? 
Nəhayət,  dialektika  haqqında  bir  neçə  söz:  Məlumdur  ki,  ilk 
olaraq  hər  şey  keçir,  hər  şey  dəyişir”  fikrini  yunan  filosofu 
Heraklit  irəli  sürmüş,  sonralar  bu  fikri  Hegel  inkişaf  etdirmiş-
dir. 
Bolşeviklərin 
inanclarına 
görə 
dialektikanın 
əsas 
qanunlarından  biri:  bir  formanın  başqa  formaya  keçməsidir. 
Hərf-hərf  belə  deyilir:  “Bir  forma  özünə  büsbütün  zidd  olan 
başqa forma yaradır”. 
Əgər cəzalandırıcı Sovet xəncəri komminizmin özünə büs-
bütün zidd olan hansı bir forma yaradardımı, görəsən? Şübhəsiz 


Azərbaycan  mühacirət irsi 
 
 
100 
ki, bu forma bütün insani hürriyyətləri ehtiva edən kommuniz-
mə daban-dabana zidd olan demokratiya olacaqdır. 
«Azərbaycan» jurnalı, Münhen,  
1953-cü il aprel, № 11 
 
 
 
 
KOREYADA SOVET TƏCAVÜZÜNÜN    
MƏĞLUB OLMASI 
 
(Koreya hadisələrinin 2 illiyinə) 
 
Sovet  imperialistlərinin  bəşəriyyətə  qarşı  törətdikləri    son-
suz qanlı cinayətlər içərisində Koreyadakı  təcavüzkarlıq  ən ağı-
rıdır. 
Kreml  Koreyada  müharibəyə  başlayaraq,  çalışırdı  ki,mü-
haribə alovunu bütün dünyaya  yaysın. Siyasi  Büro istəyirdi ki, 
gələcəkdə bütün Asiyaya müharibə  yaymaq məqsədilə Yaponi-
yaya  hücum  etmək  üçün  Koreya  hadisələrindən  istifadə  etsin. 
Eyni  zamanda  sovetlər  öz  süni  peyklərindən  istifadə  edərək, 
Avropada  qızğın  müharibəyə  hazırlıq  görürlər,  Şərqi  Almani-
yada  yüksək  çalışqanlıqla  öz  silahlı  qüvvələrini  bərpa  edirlər, 
azad  dünyaya  hücum  etmək  üçün  bütün  kommunist  qüvvələri  
səfərbər edirlər. 
Sovet  imperialistləri  başladıqları  dağıdıcı  müharibəyə  uzun 
müddət ərzində hazırlaşmışdılar. 1945-ci ildən Siyasi Büro bütün 
enerjisini Koreyanı işğal etməyə və əhalisini əsas qüvvə qismin-
də,  ərazisini  isə  Uzaq  Şərqdə  müharibə  etmək  üçün  istifadəyə 
yönəltmişdir. Bu məqsədlə sovetlər Şimali Koreyada qəddar so-
vet rejimi təsis etdilər. Şimali Koreya qoşununu silahlandırdılar, 
təlim verdilər və 1950-ci ilin 25 iyununda Cənubi Koreyaya qar-
şı  müharibəyə  başladılar.Sovet  təcavüzkarları  Cənubi  Koreyaya 
hücuma  hazırlaşarkən  hesab  edirdilər ki,bu  hadisələr  Şimali  ko-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə