Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə39/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   35   36   37   38   39   40   41   42   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
122 
muşdu.  Bu,  ordunun  əsgərlərinin  az  bir  hissəsi  Sovet 
Karelyasından  toplanmışdı,  əksəriyyəti  isə  ruslar,  ukraynalılar 
və beloruslar idi. Bunlara 1939-cu ildə Polşadan oğurlanmış əs-
gər  paltarları  geyindirmişdilər.  Onları  döyüşə  cəlb  etmirdilər. 
Bu  ordu  hissələri  “öz  mərkəzləri”  Helsinkiyə  ilk  səfərlərdə 
mahnılarla daxil olmaq üçün hazırlanırdılar.     
Bu  “Fin  xalq  ordusu”  haqqında  qızıl  əsgərlər  arasında 
ağızdan ağıza belə bir lətifə yayılmışdı: “bir qızıl əsgər zəif bir 
səslə dostundan, Fin minasına heç rast  gəldinmi, deyə soruşur. 
İkinci  cavabında,  mənim  rastıma  çıxan  Minsk  Finlərinin 
qabağında  Fin  minaları  heç  nədir,-  deyir”.  Belorusun  paytaxtı 
Minsk şəhərindən toplanmış “Finlər” məlumdur ki, Finlandiya-
da Petsamodan Vıborqa qədər uzanmış bir cəbhə boyunu müda-
fiə etməyə məcbur idi.  
Finlərin  əsgərlərinin  sayı,  hərbi  güclərinin,  top,  tank  və 
təyyarələrinin  miqdarı  sovetlərinki  ilə  müqayisə  edilməyəcək 
dərəcədə az idi. Kareliyə bölgəsində isə Sovet əsgərlərindən və 
hərbi texnikadan boş bir nöqtə belə tapıla bilməzdi. Buna görə 
də  təyyarədən  atılan  hər  bir  bomba  hədəfə  çatacaqdı.  Finlərin 
hərbi  texnikası  olmadığından  sovetlər  əsgəri  hissələrini  hücum 
xəttinə qədər asanlıqla çəkib gətirə bilirdilər.       
Yalnız bu məsafədən Finlər tüfəng, avtomat və makinalı tü-
fəng atəşi ilə təsir edə bilirdilər. Amma mükəmməl təsir edirdi-
lər. Az bir vaxtda ölülərdən təpələr yüksəlməyə başlamışdı.  
 
     


Azərbaycan  mühacirət irsi 
 
 
123 
ORDENSİZ (MEDALSIZ),  
AMMA TƏZƏ REZİN 
 
Əgər  Finlandiya  Sovet-Fin  müharibəsi  dövründə  Sovetlə-
rin  cəbhəyə  tökdükləri  hərbi  texnikanın  25  faizinə  ma-lik 
olsaydı,  o  halda  ilk  bahara  qədər  Vıborqa  yaxınlaşmaq  belə 
mümkün  olmazdı.  İlk  baharda  isə  bütün  hərəkət  dayanacaqdı. 
Çünki Finlandiyada ilk baharda hücum hərbi yürütmək, demək 
olar  ki,  imkan  xaricindədir.  Hətta  Mart  ayının  əvvəllərində, 
1940-cı  il  6-9  mart  tarixləri  arasında  donun  açılması  üzündən 
nəqliyyatın hərəkəti çox çətinləşdi.   
Bəllidir  ki,  Finlandiyada  hücum  hərbi  üçün  ən  uyğun 
zaman yaz və qışdır. Buna baxmayaraq qızıllar bütün müvəffə-
qiyyətsizliklərinin  günahını  yazıq  qışın  boynuna  atırdılar. 
Halbuki  qoca  qış  bütün  gölləri  dondurmuş  hava  limanını,  çöl-
ləri  isə  yollara  çevirmişdi.  Bütün  müvəffəqiyyətsizliklərin 
günahı  isə  Sovet  sisteminin  özündə,  bolşevik  rəhbərlərinin  ist-
edadsızlığında  və  qabiliyyətsizliyində  idi.  Əsgəri  hissələrinin 
özündə də qarmaqarışıqlıq çox idi.    
Bu  qarmaqarışıqlığı  da  yuxarıdan  Stalin,  Voroşilov  və 
onların müavinləri törədirdilər. Qızıl ordunun siyasi idarəsinin, 
NKVD  və  hərbi  prokurorluğun  törətdiyi  əngəllər  haqqında  isə 
danışmağa belə dəyməz. Əsgər komandirlərı kimi dinləyəcəklə-
rini, kimə  tabe olacaqlarını  bilmirdilər. Onlar vaxtlarını  bu cür 
müfəttişlərə  izahat  verməklə  keçirirdilər.  Öz  hissələri  ilə  məş-
ğul olmağa isə az vaxtları qalırdı.     
7-ci ordunun kapitanı Yakovlevin qərarına görə əsas zərbə 
ordunun sol qanadı ilə endirilməli idi. Hərbin 3-cü günü heç bir 
məna  olmadan  ona  yuxarıdan  əmr  etdilər  ki,  əsas  zərbəni  sağ 
qanada keçirsin. Bu qanadda da Finlər qüvvətli müqavimət gös-
tərdilər. Bundan sonra əsas zərbə yenidən sol qanada keçirildi. 
Bunun  nəticəsində  ordu  hissələrinin  qanaddan–qanada 
mənasız  hərəkətlərində  çox  vaxt  insan  itkisi  olurdu.  Yüksək 


Azərbaycan  mühacirət irsi 
 
 
124 
rəhbərlərin günahları və istedadsızlığı kapitan Yakovlevin üzə-
rinə düşdü. Halbuki Yakovlevin əvvəlki qərarı ən doğru idi. 
Ümumiyyətlə,  Finlandiyaya  qarşı  açılmış  müharibə  bir 
həftə yerinə üç ay yarım sürdü. Finlərin hesabına görə hər şəhid 
Fin əsgərinin əvəzinə on qızıl əsgər şəhid olmalı idi.    
Finlərin bu hesabları doğru çıxmadı. Bir Fin əsgərinin əvə-
zinə  ondan  daha  artıq  qızıl  əsgər  tələf  oldu.  Göründüyü  kimi 
hər  iki  tərəfin  hesabları  doğru  çıxmadı.  Kuusineni  Helsinkidə 
oturtmaq əvəzinə Sovetlər onun hökumətini dağıtmağa məcbur 
oldular.  Hətta  Vıborq  belə  müharibə  ilə  alına  bilmədi.  Yadı-
mızdadır ki, “Leninqradskaya Pravda” hər gün yazırdı: “Vıborq 
mühasirəyə  alınmış  və  bir  neçə  gündən  sonra  qızıl  ordunun 
əlinə keçəcək.”      
Hərbi  təbliğatda  deyilirdi:  “13  mart  saat  12.00-a  qədər 
uzanan  hücum  nəticəsində  Qızıl  Ordu  Vıborqu  zəbt  etdi.” 
Halbuki, Vıborqu Finlər müqaviləyə görə təslim etdilər. Vıborq 
ətrafında kimin kimi mühasirəyə aldığı anlaşılmadı. Amma bu 
aydındır  ki,  üç  ay  yarım  ordu  tərəfindən  alına  bilməyən  Vıbo-
rqu Sovet  təbliğatı mart  ayının 13-də  beş-altı saat  içində  “zəbt 
etdi”. Əsgər və komandirlər ilk dəfə idi ki, Sovet şəraiti xaricin-
də həyat görürdülər.  
Finlər tərəfindən evlərə girərkən insan təmizliyə, evin gör-
kəminin  zənginliyinə  heyran  qalırdı.  Bu  evlərin  sahibləri  sadə 
Fin  zəhmətkeşləri  idi.  Bir  dəfə  Fin  kəndlisinin  evində  istirahət 
edən  qızıl  əsgər  hissələrindən–"taxtabiti  və  birələr  onları 
narahat  etmirlər?–deyə  soruşduq.  Buna  cavab  olaraq  onlardan 
biri  dedi:–“Yoldaş  komandir,  taxtabiti  və  birələri  biz  hüdud 
xaricində  buraxdıq”,  yəni  Finlandiyanın  hüdudu  xaricində  – 
Sovetlər İttifaqında.       
Həqiqətən  də  Finlandiyanın  dövlət  quruluşu,  Finlandiya 
hökuməti  vətəndaşlarının  inkişafı,  azad  və  xoşbəxt  həyat  sür-
məsi  üçün  bütün  şəraitləri  yaratmışdı.  Finlandiya  dövlətinin 
siyasəti  insan  şəxsiyyətinin  azad  inkişafına  şərait  yaradıb  və-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə