Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə38/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   34   35   36   37   38   39   40   41   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
119 
Finlər 7-ci ordunu ağır itkiyə uğradaraq plan üzrə olduqca 
yavaş-yavaş geri çəkilirdilər. Bəzən əks hücuma keçərək cəbhə-
nin  müxtəlif  bölgələrində  qızıl  ordu  hissələrini  darmadağın 
edirdilər. Belə bir zərbə nəticəsində 70-ci  Diviziya alayı böyük 
itki  verərək  8  kilometrliyinə  geri  çəkilmək  məcburiyyətində 
qaldı.  Vəziyyətdən  çıxmaq  üçün  44-cü  Diviziya  sağ  qanaddan 
alınaraq 70-ci  Diviziyaya köməyə göndərildi.  
Hətta  “yüksək  şəxslərin”  də  orduya  rəhbərliyi  ruslara 
yardım etmədi. Uzanan müharibədə gündə minlərlə insan həya-
tı məhv olurdu.  
Ordunun yeni qərargah rəisi İsserson da öz vəzifəsində çox 
qala bilmədi. Fevral ayında onu vəzifəsindən ataraq Kalinin şə-
hərinə ehtiyat alaya komandir təyin etdilər.  
Diqqəti  cəlb  edən  budur  ki,  bu  adam  qərargah  rəisiliyinə 
gəlməzdən əvvəl diviziya generalı idi, on gündən sonra isə ordu 
generalı  rütbəsinə  yüksəltdilər.  Qərargah  rəisliyindən  çıxarıl-
dıqdan  sonra  isə  albay  rütbəsinə  endirildi.  Petsamodan  Vıborqa 
qədər  uzanan  bu  cəbhənin  Şimal  bölgəsində  işlər  daha  bərbad 
halda idi. Sovet  İttifaqı qəhrəmanı Şternin komandanlığı altında 
olan 8-ci ordunun  diviziyaları mühasirədə qırılırdı.       
Voroşilovun əmrində  Diviziya komandanı Vinoqradov əs-
gərlərin qarşısında güllələndi. Finlər Vinoqradovun donmuş cə-
sədinin  tapıldığını  xəbər  verdilər.  Bunun  əksi  olaraq  Sovetlər 
Vinoqradovun  sağ-salamat  Diviziyain  başında  olduğunu  elan 
etdilər.  Göründüyü  kimi  finlərin  xəbəri  həqiqətə  uyğun  deyil-
miş.  Sovetlərin  xəbərləri  isə  başdan-başa  yalan  idi.  Nə 
komandanların  dəyişdirilməsi,  nə  güllələnmə  üsulu,  nə  də 
başqa zalımlıqlar Sovetlərə  vəziyyəti  öz xeyirlərinə dəyişməyə 
kömək etmirdi. Mannerheim xətti yarılmadan sarsılmaz qalırdı.  
Cəbhəyə Sibirdən yeni  diviziyalar gətirildi. Ümumiyyətlə, 
üç  ay  içində  7-ci  ordunun  hissələri  üç  dəfə  qüvvələrlə  doldu. 
Mərhəmətsiz  və  mənasız  tələfatlar  bütün  cəbhələrdə  verilirdi. 
Bu  yerlərdə  Qızıl  əsgər  qanı  ilə  boyanmamış  bir  kvadrat  metr 
torpaq  belə  tapılmazdı.  Belə  qısa  bir  zamanda  bu  qədər  insan 


Azərbaycan  mühacirət irsi 
 
 
120 
tələfatı  hələ  görünməmişdi.  Donma  təsiri  altında  ölmək  insana 
qorxu verən bir hal almışdı.  
Əsgərləri xüsusən, minalar və “gu quşları” qorxudurdu. Bu 
minaların dəhşətindən əsgərlər torpağa addım basmağa çəkinir-
dilər.  Torpağa  etibar  etmirdilər.Həqiqətən  də  bundan  daha 
qorxunc heç nə ola bilməzdi. Hər hansı başqa bir silah bu qədər 
ruhsarsıdıcı  qorxu  verməzdi.  Mina  kəşfiyyatçılarının  isə  dəli 
olmasına tez-tez rast gəlinirdi. 
Həm əsgərlər, həm də nəqliyyat yalnız açılmış izlər üzərin-
dən  hərəkət  etməyə  çalışırdı.  Bu  səbəbdən  yollar  hər  cürə 
maneələrlə  dolu  idi.  Hərəkət  büsbütün  pozulmuşdu.  Leninq-
raddan başlayaraq cəbhəyə qədər bütün yollar əsgər və nəqliyy-
atla dolu idi. 
 
“GU  QUŞLARI”  VƏ 
 “MİNSK  FİNLƏRİ” 
 
Gu quşu? Onları məğrur qartal adlandırırdılar. 
Bu adı onlar özləri qazanmışdılar. 
Bu ağ geyimli, “Suomi” avtomatı ilə silahlanmış, 40 dərəcə 
soyuqda  düşmən  əsgərlərini  ağacın  başında  oturub  güllə  ilə  kə-
sən  Fin  oğulları  idi.  İrəliləyən  Qızıl  əsgərlər  hara  baxacaqlarını 
bilmirdilər.  Minaların  üzərinə  addım  qoymamaq  üçün  yerə, 
yoxsa  düşmən  gülləsinə  tuş  gəlməmək  üçün  yuxarı  baxsınlar. 
Lakin  bütün  bunlar  hamısı  boşuna  idi.  Çünki  nə  minalar,  nə  də 
“guggug quşları” görünmürdülər.  
“Guggug  quşları”  nəqliyyatın  hərəkətinə  əngəl  törətmək 
üçün yol üzərində minalar quraşdırırdılar. Bu minaları təmizlə-
mək üçün maşınlardan düşənlər ağaclardan avtomat güllələri ilə 
vurulurdular.  “Guggug  quşları”  yollarda  “müstetiller” 
qururdular,  yəni  dörd  Fin  əsgəri  yolun  üstündə,  ağacların 
başında otururdu. Onların silahları yolun bu hissəsini tamamilə 
öz  nəzarəti  altında  saxlayırdı.  Onlar  ancaq  hərəkət  edən  dinc 


Azərbaycan  mühacirət irsi 
 
 
121 
əhaliyə  atəş  açmırdılar.  Amma  əsgərləri,  hərbçiləri  bu  “müst-
etile” buraxdıqdan sonra dörd tərəfdən onları atəşə tuturdular.  
Qızıl ordunun əsgərləri arasında itkilər çox olurdu. Gözləmə-
dikləri  halda  atəşə  məruz  qalmış  insanlar  yolun  kənarlarına  atıl-
dıqları  zaman  tez-tez  “müstetilin”  ətrafında  basdırılmış  minalara 
dəyirdilər.  Sovetlər  Finlandiya  əleyhinə  Minsk  “finləri”  şıddetli 
siyasi  hərbi  də  açmışdılar.  Kuusineni  kominternin  bəzəkli 
sarayından çıxarıb əldəqayırma “Fin xalq hökumətinin” rəisi təyin 
etdilər. Bu marionet Fin hökuməti ilə müqavilə də imzalandı.  
Bu  müqavilə  Helsinkidə  təsdiq  olunmalı  idi.  Kuusinenin 
Fin xalqına müraciətləri, kitabları, deklarasiyaları gündən-günə 
Sovet  qəzetlərinin  sütunlarını  doldurur,  radio  ilə  yayılırdı.  Bu 
çıxışlarda  Kuusinen  Finlərə,  silahları  öz  hökumətləri  əleyhinə 
çevirməyə dəvət edirdi.     
Buna  cavab  olaraq  Finlər  milli  şərəf,  heysiyyət  və  qüru-
rlarını  müdafiə  edərək  daha  şiddətlə  vuruşurdular.  Kuusinen 
hökumətinin  bir  xalq  hökuməti  olduğunu  isbat  etmək  üçün 
Sovet qəzetləri tez-tez Kuusineni “Fin xalqı” ilə görüşdürür və 
bu  görüşlər  münasibəti  ilə  xalqın  “çılğın  sevinclərini”  təsvir 
edirdilər.  Bir  dəfə  “Leninqradskaya  Pravda”  qəzetində  yazıl-
mışdı ki, guya Terioki şəhərində 40 min adamın iştirakı ilə mi-
tinq  olmuş  və  bu  mitinqdə  bütün  əhali  Kuusinen  “Xalq  höku-
mətini alqışlamışdı”. 
Belə  xəbərə  heyrət  etdik.  Çünki  bütün  Finlər  evlərini 
yandıraraq  geri  çəkilirdilər.  Teriodakı  şəhərdə  yalnız  bir  qoca 
qadın və yaşlı kişi gördük. Onlar da Fin deyil, estoniyalı idi. Bu 
qocalara  geri  çəkilmədiklərinə  görə  əldə  olunmuş  qənimətlər-
dən hədiyyələr verildi. Sovet qəzetinin bu uydurmasına təəccüb 
edib  dostumdan  “Teriokidə  hər  hansı  bir  Fin  gördünmü?”  – 
deyə, soruşdum. O, dedi: "Mən də sənin kimi nə Teriokidə, nə 
də başqa yerlərdə bir Fin belə görmədim".   
“Leninqradskaya Pravda” qəzeti daha böyük rəqəm göstərə 
bilirdi,məsələn,  “təvazökarlıq”  edərək  40  min    göstərmişdi. 
Moskva tərəfindən bir “Finlandiya xalq ordusu” da təşkil olun-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə