Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə47/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   43   44   45   46   47   48   49   50   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
146 
rindəki  zülmünü  qeyd  edirik.  Böyük  Azərbaycan  ədəbiyyatı, 
musiqisi, salnaməsi, elmi – xalqın bütün  yaradıcılıq qabiliyyəti-
nin formaları  Stalin tiranlığı  ilə  məhv  edilmişdir. Bizim  mədəni 
irsimiz və onun Avropa və dünya mədəniyyəti ilə bütün əlaqələri 
mənasız və amansızcasına məhv edilir. Mədəniyyətin canlı daşı-
yıcıları isə daha amansızcasına güllələnirlər. Tapdanmış mənəvi 
dəyərlərin  qorunması  və  xalqımızın  varlığının  qorunması  üçün 
biz öz səsimizi qaldırırıq. 
Biz  kommunizmin  tamahkar  və  təcavüskar  xarici  siyasəti 
nəticəsində insanlıq üzərinə hərəkət edən qorxulu təhlükəni gö-
rürük.  Bütün  xaricdə  yaşayan  və  Sovet  İttifaqını  tərk  etmiş 
azərbaycanlılar azad dünyanı inandırırlar ki, kommunizm fəhlə 
hərəkatının  siyasi  hərəkatı  deyil,  yalnız  quldarlıq  təsərrüfatı 
sisteminə əsaslanan, hərbi bürokratiya və polis  terroru  üzəində 
yaranmış  imperialist  dövlətlərin  silahıdır.  Sovet  İttifaqının  bü-
tün  xalqları  kommunizmə  gizlində  düşməndirlər  və  öz  istism-
arçılarına nifrət edirlər. Bu cəhdlər isə “bəhrələrini” vermişdir. 
Milyonlarla insanımızın həbs düşərgələrində əzab çəkməsi faktı 
sübut  edir  ki,  kommunist  təcavüzü  xalq  işi  deyildir,  yalnız 
Kreml cəlladının əlidir. Bizim xalqlar Stalinin cinayətkar siya-
sətinin  yanındakı  yaltaqların  “dahi”  adlandırdıqları  daha  hansı 
eksperimentlərin  əzablarını  çəkməlidilər  və  nələrə  düçar 
olmalıdılar? 
Həmvətənlərimiz! 
Əgər siz onların başı üzərindən azad dünya xalqlarına əli-
nizi  uzatmasanız,  Sovet  diktatorlarının  sizin  arxanızda  və  sülh 
uğrunda hərəkat adı altında hazırladıqları üçüncü dünya müha-
ribəsinin başlanması olsun ki, qaçılmaz olacaq. 
Bizim  ölkənin  xalqları  ilə  azad  xalqların  möhkəm  birliyi 
demokratiyanın  gücünün  və    sarsılmazlığının  girovu  sayıla 
bilər. 
Biz  bilirik  ki,  mücahdilə  üçün  buradan  hazır  siyahılar 
vermək  mümkün  deyil.  Vaxtı  çatanda  xalq  özü  necə  hərəkət 
etməyi  başa  düşəcək.  Bizim  radiostansiyanın  vəzifəsi  –  Sovet 


Azərbaycan  mühacirət irsi 
 
 
147 
İttifaqında  baş  verənlər  haqqında  heç  zaman  eşitmədikləriniz-
dən danışmaq, dinləyicilərimizi obyektiv informasiya ilə təchiz 
etmək  və  onlara  Sovet  təbliğatının  neçə  illərdir  yayıb  təlqin 
etdiyi yalanlardan azad olmaqda kömək etməkdir. 
Bizim radiostansiyanı dinləyin! 
Antibolşevik  Mücadilə  Koordinasiya  Mərkəzinin  səsini 
eşidin! 
 
«Azərbaycan» jurnalı, Münhen,  
1953-cü il,mart, № 10 
 
 
 
KREMLƏ  MÜNASİBƏTDƏ  SƏRT SİYASƏT 
 
Bülleten № 109, 
29 iyun 1953-cü il 
 
Çörçilin  xəstəliyinə  görə  bir  ay  təxirə  salınmış  Bermud 
konfransının  imkanlarını  təhlil  edən  liberal  ingilis  qəzeti 
“Mançester  Qardian”  yazır:  “Avropada  və  Amerikada  çoxlu 
nüfuzlu siyasətçilər Kreml hakimiyyətinin sülh kampaniyasının 
tələ olduğunu güman edirlər. 
Təsadüfi  deyil  ki,  üç  tanınmış  siyasi  xadim  bir-birindən 
asılı olmadan Kremlə münasibətdə sərt münasibət mövqeyində-
dirlər. 
Berlin  burqomistri  Reyter  Bonda  keçirilən  mətbuat 
konfransında  bildirmişdir:  “Qərb  dünyası  indi  güclü  psixoloji 
hücuma  keçməlidir.  Almaniyanın  covet  bölgəsində  yaşayan 
əhalinin  doxsan  faizi  Qərbin  azad  dünyasının  mövqeyində 
dayanırlar”. 
Makedoniya  paytaxtı  Skopledə  Demokrat  partiyasından 
Amerika  prezidenti  postuna  namizəd  Stivenson  Balkanlardakı 
hazırkı  vəziyyəti  öyrənərək  demişdi:  “Qərb  dünyası  Kreml 


Azərbaycan  mühacirət irsi 
 
 
148 
hakimiyyətini  öz  siyasi  kursunu  dəyişməyə  məcbur  edib.  Biz 
kommunistlərin əvvəlki siyasətlərindən əl çəkib, yoxsa taktika-
nı dəyişmələrini aydınlaşdırmayana qədər öz müdafiəmizi daha 
da gücləndirməliyik”. 
Vaşinqtonda Amerika senatının xarici işlər komissiyasının 
sədri  Aleksandr  Uayl  Amerika  xalqına  və  onun  müttəfiqlərinə 
çağırışla  müraciət  etdi.  “Sakitləşmə  siyasəti  –Uayl  bildirirdi–
dayandırılmalıdır.  Sovetin  Berlin  bölməsində  baş  verən  üsyan, 
Çexoslovakiyada,  Polşada  və  Şərq  blokunun  digər  ölkələrin-
dəki  qarışıqlıq  Kreml  hakimiyyətinin  nüfuzlu  olmadığını  açıq 
sübut etdi. Qərbin azad dünyası sovet hökumətindən təcavüzkar 
siyasətindən uzaqlaşmasını qətiyyətlə tələb etməlidir” 
 
 
 
FƏHLƏLƏRİN  ŞƏRQİ ALMANİYA  KOMMUNİST  
PARTİYASINDAN  KÜTLƏVİ  ÇIXMASI 
 
29 iyun 1953-cü il 
 
Şərq  bölgəsindən  alınan  məlumatlara  görə,  zəhmətkeşlər 
hazırda Almaniya Vahid Sosialist Partiyasından kütləvi şəkildə 
çıxmaq üçün ərizə verirlər. Bu partiyanın Mərkəzi Komitəsi bu 
ərizələrə  baxılmaması  üçün  yerli  təşkilatlara  sənəd  göndərir. 
Bunun  əvəzinə  yerli  partiya  təşkilatı  rəhbərləri  ərizə  verənləri 
şəxsi söhbətə çağırmalı və onları qərarlarından döndərməlidir. 
Bu fakt çox ciddi diqqət tələb edir. Almaniya Vahid Sosia-
list Partiyası adlanan bu təşkilat Şərq bölgəsində mas-kalanmış 
bir  partiyadır.  Bu  partiya  1946-cı  ilin  aprelində  sosual-
demokrat partiyası ilə birləşmədən yaranıb. 
İlk  vaxtlar  bu  blok  partitet  əsaslarla  yaradılmışdı:  hər  iki 
partiyanın  birləşmiş  plenumunda  sosial-demokratlar  nümayən-
dələrin əlli üç faizini, kommunistlər isə qırx yeddi faizini təşkil 
edirdilər.  Lakin  sonralar  kommunistlər  sosial-demokratları  sı-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə