Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə49/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   45   46   47   48   49   50   51   52   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
152 
boyu  türklərə  qarşı  vuruşduq,  lakin  gəlib  Türkiyəyə  çıxanda, 
gördük ki, bu, ən yaxşı xalqdır”. 
Bütün  rus  demokratları  Sovetlərin  Türkiyəyə  qarşı  olan 
imperialist siyasətini müzakirə edir. Hətta, Lenin Oktyabr gün-
lərində  belə  bir  şüar  ortalığa  atmışdı:  “Biz  Dardanel  uğrunda 
rus  qanı  axıtmayacağıq!”.  Indiki  sovet  diktatorları  isə  öz  haki-
miyyəti  altında  olan  xalqları  psixoloji  cəhətdən  “Dardanel 
uğrunda”,  sovet  despotunun  bütün  dünyadakı  ağalığı  uğrunda 
müharibəyə hazırlayır. 
Lakin  onların  bu  tamahkar  məqsədləri  nəticəsiz  qalacaq. 
Demokratiya kommunizmə və Sovet imperializminə ölüm hök-
mü oxumuşdur. 
Azad xalqların və əzilən xalqların barışmaz birgə mücadi-
ləsi bu hökmü yerinə yetirəcək və İnşallah Vahid Azad Dünya 
yaradılacaq! 
 


Azərbaycan  mühacirət irsi 
 
 
153 
  
Məhəmməd Kəngərli 
 (1914-2006)
 
 
əhəmməd 
Kəngərli 
1914-cü ildə yanvarın 
10-da  Şuşada  anadan 
olub.  Orta  təhsilini  başa  vurduqdan 
sonra  1933-cü  ildə  Universitetin  tibb 
fakultəsinin rus bölməsinə daxil olub, 
daha  sonra  isə  Leninqrad  Hərbi 
Akademiyasına  qəbul  edilib  və  1939-
cu ildə oranı bitirib. 
1942-ci ildə İkinci Dünya mühari-
bəsində  almanlara  əsir  İkinci  Dünya 
müharibəsindən  sonra  Almaniyada  
yaşayıb. 1952-ci ildə Türkiyəyə gəlib, 
Ankarada 
Azərbaycan 
Milli 
Mərkəzində və Azərbaycan Kültür Dərnəyində çalışıb. 
1952-1979-cu illərdə Türkiyənin Sağlıq və Sosial Yardım Bakan-
lığının  müxtəlif  xəstəxanalarında  baş  həkim,  sağlıq  müdiri,  Qızılay 
Baş müdir yardımçısı, Türkiyənin Bonndakı səfirliyində müşavir və-
zifələrində çalışıb. 
1963-cü ildə Kıprıs hadisələrində Lefortaya gedib, orada Qızılay 
xəstəxanasını  qurub.  Sonradan  Türkiyədə  Anıtlar  Dərnəyi    Genel 
Başqanı olaraq fəaliyyət göstərib. 
Ankarada  nəşr  edilən  “Azərbaycan”  jurnalında  Azərbaycanın 
müstəqilliyi mübarizəsi ilə bağlı çoxlu sayda məqalələrin müəllifidir. 
 2006-cı ildə Ankarada vəfat edib.  



Azərbaycan  mühacirət irsi 
 
 
154 
 
 Məhəmməd Kəngərli 
 
XAİNCƏSİNƏ  
BOĞULAN BİR SƏS 
 
 
Hürriyyət səsi... İstiqlal səsi... Milli hakimiyyət səsi... 
Tarix  boyunca  hürr  və  müstəqil  yaşamağı,  milli  varlığının 
ana prinsipi olaraq vazeədn (elan edən, bildirən) və hər zaman 
kiçik  və  azınlık  (azlıq)  təşkil  edən  millətlərə  deyil,  bilavasitə 
onların  haqq  və  hüququnu  çeynəməyə  yönələn  yırtıcı  ruhlu 
müstəmləkiçələrə  bütün  qüvvəti  ilə  qarşı  qoymuş  olan 
qəhrəman  və  əzmkar  bir  millətin.  Səmalara  qədər  yüksələn 
Hürriyyət  və  İstiqlal  səsinin  qeyri-insani  və  hünharcasına 
boğulduğu bir gün... 
-  Vətən,  Mİllət,  Milli  hegemonluq  eşqi,  arzusu,  qayəsi  və 
həyəcanı  ilə  ritmik  olaraq  çırpınan  və  zəfərinin  bəxtiyarlığı 
içərisində özünü məsud hiss edən gənc bir qəlbə, qana bulaşmış 
sinsi  (xain)  əllərlə  zəhərli  bir  düşmən  xəncərinin  birdən-birə 
kalləşçəsinə (xaincəsinə) saplandığı bir gün... 
-  1918-ci  ilin  uğurlu  bir  May  günündə,  şimal  basqınlarına 
qarşı  bir  əsr  davam  edən  Milli  Bağımsızlıq  mücadilələrinin 
sonunda,  yüz  minlərlə  vətən  fədaisi  qəhrəmanların  qanları  ilə 
hər  qarış  torpağı  sulanmış  olan  bu  ölkəyə,  qan  haqqı  olaraq 
tanınan  səadət  günəşinin,  iki  il  sonra,  yenə  şimaldan  gələrək 
aydınlıq səmalarını qaplayan qara buludların kölgəsində cəbrən 
solmağa məcbur qara bir gün... 
-  Vətənin  hər  yerində,  həm  fərdlərdə  nəşəli  ailə  həyatının, 
ətrafa  şəfəq  saçan  Azəri  kültür  ocaqlarının,  həm  toplu  bir 
cəmiyyət  halında  məmləkətin  qalxması,  qazanılan  İstiqlalın 
əbədiyyən yaşadılması üçün heç bir fədakarlıqdan çəkinməyən 
gənc  Dövlət  həyatının,  həm  də  39  il  əvvəl  Hürr  Millətlər 


Azərbaycan  mühacirət irsi 
 
 
155 
əhalisinə  bu  dövləti  tanıtmaq  üçün  yenicə  yaxılmış  olan 
müqəddəs bir atəşin müvəqqəti söndürüldüyü bir gün... 
-  Harada  və  nə  durumda  olursa-olsun,  hər  bir  münəvvər, 
milliyyətçi və istiqlalçı Azərinin qəlbini kin, kədər, hüsumət və 
nifrətlə  dolduran,  bəşəriyyət  tarixində,  mədəni  insanlıq 
anlayışına  görə,  qara  bir  ləkədən  başqa  bir  şey  olmayan  bu 
günün, qızıl müstəmləkəçiləri lənətlə, əziz şəhidlərini isə dərin 
sayğı və hörmətlə andıran bir gün... 
-  Baharın  ilk  günlərində,  təbiətin  gözəl  yaşıllıqları  ilə 
süslənmiş olan kainatda, hegemonluqlarına sahib millətlər rifah 
və  sevinc  içərisində  yaşayarkən,  kürreyi-ərzin  qoca  bir 
qisminin,  bütün  istəklərin  üstündə  olan  bu  nemətdən  məhrum 
edilərək,  torpağının  sinəsində  bəslədiyi  ayaqları  qandallanmış, 
əlləri zəncirlənmiş öz övladlarının mübarək qanları ilə al rəngə 
boyandığı acı bir gün...  
-  Tarixin    Azəri  Türklərinə  yaxın  olmadığı,  qara  maskalı, 
qızıl  əldivənli  (əlcəkli),  heybətli  bir  vəhşətin,  səadətini  kəndi 
torpaqlarında hürriyyət və sülh içərisində yaşamaqda arayan əsl 
bir Millətə doğru qorxunc bir fırtına halında irəlilədiyi bir gün... 
-  Bəli...  Azəri  Türklərinin  bütün  təbii  zənginliklərinə,  şəxsi 
mülklərinə,  milli  sərvətlərinə,  kültür,  sənət,  tarix  və 
ədəbiyyatına  yabançı  bir  elin  qonduğu,  tarixi  milli  abidələrin, 
mədrəsələrin, camilərin və dini ziyarətgahların yıxıldığı, türkcə 
tədrisatın  ruscaya  çevrildiyi,  Türk  böyükləri,  şairləri  yerinə 
rusların  öyrədildiyi,  Azəri  münəvvərlərinin  çeşidli  bəhanələrlə 
topdan Sibir əsir düşərgələrinə sürüldüyü və kəndlilərin dövlət 
hesabına  səhərdən  axşama  qədər  çalışmağa  məcbur  edildiyi, 
milli,  dini  ənənələrin,  örf  (adət)    və  gələnəklərin  (ənənələrin) 
ruslaşdırıldığı bir gün... 
-Acı  bir  xatirə...  faciəli  bir  təcrübə...  mədəni  insanlar  və 
Atlantik  Bəyannaməsinin  bütün  insanlara  tanımış  olduğu 
haqlara qəbulu təlif (mümkün olmayan) olmayan vəhşiyanə bir 
ilhaq metodu... Qırx ildən bəri polis və terror rejiminə dayanan 
qızıl  cəlladların  totalitar  hakimiyyəti,  Rusiya  məhkumu  qeyri-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə