Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə51/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   47   48   49   50   51   52   53   54   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
159 
bu  hürriyyət  məhvərinin  ətrafında  birləşdirməyə  son  qeyrətini 
sərf edirdi. 
Mədəni  millətlər  səviyyəsinə  yüksəlmiş  və  öz-özünü  idarə 
edəcək  qədər  siyasi  dolğunluğa  çatmış  olan  Azəri  Türkləri, 
siyasi,  iqtisadi  və  ictimai  həyatlarında  milli  ideallarına 
tərcüman  olan  “Müsavat”  Xalq  Partiyasının  ətrafında  toplaşır, 
maddi  və  mənəvi  baxımdan  ona  takviye  (yardım)  edir  və 
çalışmalarını  böyük  bir  əlaqə  ilə  izləməkdə  dəstəkləyirdilər. 
Çox keçmədən həmin bütün münəvvər Azəri gəncliyinin rəğbə-
tini  qazanan  bu  partiya,  məmləkət  mədəniyyətini  öz 
omuzlarında  (çiyinlərində)  daşıyan  tək  Milli-Siyasi  müəssisə 
olaraq xalqın etimadını qazanmış olurdu. 
Bütün  ciddiyyəti  ilə  davanı  ələ  alan  “Müsavat”  Partiyası, 
Azəri Türkləri  və dünya ümumi  fikri  qarşısında çox böyük və 
zamanın  şərəfinə  görə  həlli  güc  tələb  edən  məsuliyyətli 
vəzifələrlə  qarşı-qarşya  gəlmişdi.  Çətin  bir  mücadiləyə 
atılmaqla,  millətin  hüzurunda  öndərlik  ləyaqət  və  mətanətinin 
siyasi tarix səhifələrində mühüm yer alacaq, ağır bir dönəmini 
keçirəcəkdi  ki,  bu  da  yüz  ildən  çox  Rus  tahakkum  (zülmü) və 
işğalı  altında  inildəyən  bir  milləti,  demokratik  əsaslara  dayanan 
Milli-Müstəqil bir hakimiyyətə qovuşdurmaqdan ibarət olacaqdı. 
Nəhayət,  bu  milli  və  ülvi  vəzifə  müvəffəqiyyətlə  yerinə 
yetirilmiş  və  28    May  1918-ci  ildə  Milli  Şura  tərəfindən 
millət  idarəsinin  bir  məhsulu  olaraq  Milli  Azərbaycan 
İstiqlalı  elan  edilmiş  və  Fətəli  Xanın  başqanlığında  birinci 
kabinə Gəncədə qurulmuşdur. 
Fəqət, bununla iş bitməmiş, bu dəfə də gənc Cumhuriyyət, 
rus  bolşevikləri  və  erməni  daşnaklarının  yıxıcı  fəaliyyətləri  ilə 
qarşılaşdığı  kimi,  digər  tərəfdən  də  Orta  Avropa  Dövlətləri 
sırasında  yer  alan  Almaniyanın  Rusiya  ilə  gizli  görüşlər 
keçirərək,  Bakının  ruslara  verilməsi  müvəffəqiyyətini  bəyan 
etməsi ilə son dərəcə çətin durumlar yaranmışdır. 
Səmimi  olaraq    bunu  etiraf  edək  ki,  o  zamankı  şərtlər 
altında  bu  maneələri  Azərbaycanın  təkbaşına  dəf  etməsi 


Azərbaycan  mühacirət irsi 
 
 
160 
imkansızdı.  Binaen-aleyhi  (buna  görə),  duruma  hakim  ola 
bilmək  üçün  ikinci  bir  dövlətin  yardımına  ehtiyac  yaranırdı. 
Təbiidir  ki,  bu  dövlət  ancaq  Azəri  Türklərinin  üzbəüz  qardaşı 
olan Türkiyə olacaqdı və bu ölüm-dirim savaşında yardım əlini 
bizə  uzatmaq  da  yenə  şübhəsiz  ki,  onun  təbii  haqqı  və  Milli 
vəzifəsi idi. 
Durumun  vahiməli  olduğunu  və  ciddiliyini  göz  önünə 
gətirən  Milli  Hökumət,  istiqlal  elanını  müttəfiq  Osmanlı 
Dövləti  ilə  sıx  münasibət  qurulması  və  Azərbaycana  əsgəri 
yardım  təmini  mövzularında  həmin  görüşmələrə  girişilməsini 
qərarlaşdıraraq  Türkiyəyə  bir  heyət  göndərilməsi  vacibliyini 
hiss etmişdir. Bu məqsədlə Azərbaycan Cumhuriyyəti adına 
Milli  Şura  rəisi  mərhum  Məhəmməd  Əmin  Rəsulzadə  ilə 
Xarici  İşlər  naziri  Məhəmməd  Həsən  Hacınski,  Türkiyə 
naminə də Dövlət Şurası rəisi və Ədliyyə naziri Xəlil bəylə 
3-cü 
Ordu 
Komandanıı 
Vəhib 
Paşa 
səlahiyyətli 
sayılmışdılar.  İki  qardaş  dövlət  nümayəndələri  arasında 
keçirilən    görüşlər  çox  səmimi  bir  şərait  içərisində  cərəyan 
etmiş və mühüm sonluqlara gətirib çıxarmışdır. 4 iyun 1918-ci 
ildə  iki  dövlət  arasında  bir  yardım  andlaşması  akt  və  imza 
edilmişdir.  Hər  iki  tərəf  üçün  ən  doğru  və  faydalı  hal  olaraq 
çıxış yolu bu idi. 
Bu  andlaşmanın  4-cü  maddəsinə  görə,  Azərbaycan  Cum-
huriyyətinin  sülh  və  asayişinin  yenidən  iadesini  (qaytarma, 
ödəmə) təmin məqsədi ilə Osmanlı Dövlətindən istənilən əsgəri 
yardım  Türk  heyəti  tərəfindən  qəbul  edilmişdir.  3-cü  Ordu 
tərəfindən  2  iyun  1918-ci  ildə  Azərbaycan  hökumətinin  o 
zamankı  paytaxtı  Gəncədə  olan  Nuru  Paşaya  göndərilən 
məktubda,  Azərbaycan  Hökuməti  İslam  Müstəqilliyinin  tələbi 
üzrə  İslamları bolşevik təcavüzündən qurtarmaq üçün qüvvətli 
bir  əsgəri  birliyin  Qazax  şəhəri  üzərindən  Gəncəyə 
göndəriləcəyi  bildirilir.  7  iyun  1918-ci  ildə  isə  5-ci  Qafqaz 
firqəsinin  yenə  Qazax  tərəfdən  Gəncəyə  hərəkət  etməsi  üçün 
Vəhip Paşa tərəfindən əmr verildiyi bildirilirdi. 


Azərbaycan  mühacirət irsi 
 
 
161 
Düşmənlər  tərəfindən  tez-tez  edilən  basqınlar,  gün 
keçdikcə Azərbaycandakı durumun son dərəcə təhlükəli bir 
şəkil  aldığını  göstərirdi.  Durumun  ciddiliyini  görən  Qafqaz 
İslam  Ordusu  Komandanlığı  göndərilən  qüvvələrin  kifayət 
etmədiyini  və  bu  kutalarla  (hərbi  hissələrlə)  yabançı 
müstevilərin  (işğalçıların)  Azərbaycandan  atılmasının  xeyli 
çətin  olacağını  bildirərək,  yeni  əsgəri  birliklərin  sevkini  (cəlb 
edilməsini) mərkəzdən israrla tələb edirdi. 
Qafqaz İslam Ordusunun öz zamanında etdiyi bu tələb üzrə 
9-cu  Osmanlı  Ordusundan  2475  ər,  65  subay  (zabit),  2092 
tüfəng, 16 makinalı tüfəng, 4 böyük dağ topu və 701 heyvandan 
ibarət  38  inək,  alay  və  bir  də  batereyası  Gümrüdən  yardıma 
göndərilmişdi. 
Göndərilən  bu  qüvvələri    takviyə  qayəsilə  (yardım 
məqsədilə) nəhayət 56 və 106-cı piyada alayları da qərargahları 
ilə  birlikdə  Bakıya  getmək  məqsədilə  Qarakilsədən  hərəkət 
etmişdilər. 
Görünür  ki,  Azərbaycan  hökuməti  ilə  Osmanlı  Dövləti 
arasında  4  iyun  tarixli  andlaşmaya  görə,  Osmanlı  hökuməti, 
gənc Azərbaycan Cumhuriyyətinin əldə etdiyi Milli İstiqlalının 
yaşada  bilməsi  üçün  əlindən  gələn  qeyrəti  sərf  etmiş,  ən 
təcrübəli subaylarını (zabitlərini) və ən qüvvəli kutalarını (hərbi 
hissələrini)  oraya  göndərməkdə  heç  bir  zaman  tərəddüd 
etməmişdir. 
Beləcə,  hadisələr  bu  tarada  (tərzdə)  cərəyan  edərkən,  27 
avqust 1918-ci ildə Azərbaycanın əleyhinə Almaniya ilə Sovet 
Rusiyası  arasında  Brest-Litovsk  müqaviləsi  eki  Berlində 
imzalanırdı.  Bu  ek  andlaşmaya  görə,  Almaniya,  Türk 
Ordusunun  Azərbaycana  girməsinə  mane  olacaq,  Rusiya  da 
buna  qarşılıqlı  Bakı  neftinin  ¼-ni  Almaniyaya  verəcəkdi. 
Almaniya etdiyi xətanın fərqində belə deyildi, çünki 25 eylulda 
(sentyabrda)  Bakıda  bolşevik  Şaumyan  hökumətini  devirərək 
idarəçiliyi  ələ  alan  menşevik  “Sentrokaspi”  hökuməti  İranda 
olan ingilis işğal ordusunu yardıma çağırmış və 4 avqust 1918-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə