Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə50/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   46   47   48   49   50   51   52   53   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
156 
rus  millətlərin  təbii  sərvətlərindən  əldə  etdikləri  gəliri,  dünya 
kommunizminin  və  proletar  diktaturasının  qurulmasına  sərf 
edərək, hürr insanlığa gətirmək istədikləri “haqq, ədalət, kültür, 
yaradıcı  zehniyyət,  milliyyət  və  fərd  hürriyyəti  ilə  üsuli 
idarəsinin”  canlı  bir  örnəyi...  Əlbəttə,  dünya  mədəniyyətinə 
əsrlərcə  hizmət  etmiş,  hürr  yaşamaqda  ikən  silah  zoru  və  sinsi 
taktiklər  ilə  kölələşdirilən  mədəni  bir  millətin  bolşevik 
idarəsindəki halı... 
-  27  Aprel  1920-ci  il...  Ölkəmizin  gözəl  üfüqlərində 
dalğalanan  Milli  Azərbaycan  Bayrağının  endirilərək, 
İstiqlalının rus-bolşevikləri tərəfindən çalındığı bir gün... 
Qızıl Rus – bolşevik orduları orduları tərəfindən istila edilən 
Azərbaycan,  qanı  bahasına  28  May  1918-ci  ildə  qazanmış 
olduğu  Milli  İstiqlalını  itirdiyi  kimi,  ən  seçkin  övladlarının  da 
həm  vətən  daxilində,  həm  də  xaricində  işğal  dövrü 
mücadilələrində qurban vermişdir. Nə öz torpağımız, nə də bu 
torpağın  yetişdirmiş  olduğu  Milli  Azərbaycan  gəncliyi,  bu 
qəhrəman  Mücahitləri  bir  an  da  özlərindən  ayrı  görməyəcək, 
onların  əziz  ruhlarını  istiqlal  eşqi  ilə  dolu  isti  və  səmimim 
bağırlarına  basacaq,  Azəri  Milliyyətçiliyinin  bir  həqiqi  örnəyi 
olaraq, abidələşmiş Milli İstiqlal mücadiləsinin təməl daşı kimi 
daima  mənəvi  hüzurlarında  əyiləcək  və  beləcə  şan  və  şərəflə 
dolu xatirələrini yaşadacaqlar. 
İkinci bir 28 May günü mütləq yaxınlaşmaqdadır; yaxınlaşan 
bu  May  günü  heç  şübhəsiz  ki,  27  Aprel  1920-ci  ildə  fələyin 
qara  qələmi  ilə  əleyhimizə  yazmış  olduğu  tarixin  qaranlıq 
seyrini  lehimizə  dəyişdirəcək.  Əlbəttə,  o  xoş  günün  parlaq 
zəfərindən  doğacaq  olan  şimşəklər  37  ildən  bəri  ana  yurdun 
üzərini  sarmış  olan  zəhərli  qara  buludları  dağıdacaq,  əsarət 
zəncirini  qıracaq,  təhəqqüqü  (gerçəkləşdirilməsi)  üçün 
qəhrəmanlarımızın  uğrunda  sevə-sevə  şəhid  olduqları  İstiqlal 
günəşi  doğacaq,  sis  və  dumanla  qapadılmış  ölkəmizi  təkrar 
aydınladacaqdır. 


Azərbaycan  mühacirət irsi 
 
 
157 
Əlbəttə,  o  zaman,  o  gözəl  gündə  bu  əziz  və  müqəddəs 
qurbanlarımızın,  hürriyyət  meydanlarının  şərəfli  mövkilərinə 
(mövqelərinə)  dikiləcək    abidələri,  İstiqlal  günəşinin  parlaq 
şüaları ilə aydınlanacaq, istisi ilə isinəcəkdir. 
Sarsılmaz  bir  iman,  dərin  bir  güvənlə  gözləməkdə  oldu-
ğumuz  Milli  İstiqlal  ülgüsünün    çox  yaxın  bir  gələcəkdə 
təhəqqüq  (gerçəkləşmə)  etməsi  ilə,  qara  torpaqların  altında 
əbədi  istirahətgahlarında  yatan  İstiqlal  şəhidlərinin  mübarək 
cəsədləri,  bu  mənəvi  milli  varlıq  məfhumunun  işığı  altında 
ruhən,  gənc  nəsil  isə  bu  xoşbəxt  günü  mənən  və  maddətən 
yaşayacaqdır;  biri  ruhani,  digəri  isə  maddi  aləmdə  dadmış 
olacaqdır. 
Vəziyyətin  böyle  olacağına  qəti  bir  inancla  güvəndiyimizə 
görə, bu  günün  gəns nəslinə düşən tək, fəqət  çox məsuliyyətli 
ideal  Milli  bir  vəzifə  vardır:  o  da  davamıza  bütün  varlığı  ilə 
sarılmaqdır.  Davanı  mənimsəmək,  ondan  uzaqda  qalmamaq, 
təklif  və  dəvət  gözləməmək,  ona  ciddiyyət  və  səmimiyyətlə 
bağlanmaq,  heç  bir  maddi  mənfəət  gözləmədən  mücadiləyə 
qatılmaq, onun ana prinsiplərinə sadiq qalmaq – qeydsiz-şərtsiz 
Milli  İstiqlal  hədəfini  güdmək,  bu  ülvi,  milli  qayəni  ziyanlı 
mahiyyətdə  olan  pozğun  fəaliyyətlərə  qarşı  əli  silahlı,  növbə 
gözləyən bir əsgər kimi durmaq deməkdir. 
Mədəni cəsarətimizlə şüurlu olaraq məntiqimizə uyğun bunu 
edərkən,  bu  gün  cahanşümul  bir  önəm  qazanmış  olan 
davamızın  səlaməti  üçün  bu  yolda  bütün  ömür  və  əməklərini 
sərf etmiş Milli Mücahitlərimizin tutduqları xətti hərəkəti təqib 
etmiş  olduğumuzdan  əmin  və  müstərih  (şad  olma,  sevinmə) 
olacağıq. Zira çevik iradəli milliyyətpərvər Azəri gənclərindən 
ki,  yaxşı  ilə  pisi,  səlamətlə  fəlakəti  təqdirə  qadirdir,  bunun 
xaricində  bir  şey  gözlənə  bilməz;  binaənaləyh  (ona  görə  də), 
milli səlamət doğru yolda, doğru yol isə davanı İstiqlalçı Azəri 
ilə gələnlərinin qavradıqları kimi iştirak etməkdədir. 
Əlbəttə,  ana  yurdumuzun  rus-bolşevik  istilasına,  düşmən 
boyunduruğu  altına  cəbrən  girdiyi  gündən  bəri  həyatın  ən 


Azərbaycan  mühacirət irsi 
 
 
158 
təhlükəli  və  acı  günlərini  əzablarla  yaşamış  və  hələ  də 
yaşamaqda  olan  Azəri  gəncliyi,  bu  qorxunc  hadisələrdən  ibrət 
alaraq,  Milli  hədəflərini,  bütün  enerjilərini  bu  inkişaf 
etdirməkdədir;  27  Apreldə  hamı  bir  ağızdan  əzəli  düşmənə 
qarşı:  İstiqlal,  Hürriyyət,  Milli  Hegemonluq  şüarımızdır 
deyə  hayqıraraq,  mənəviyyatımızın  sapsağlam  olduğunu, 
davamızda səbatlı olduğumuzu bir kərə daha dünya əfkarı 
ümumiyyətinə hazırlamalıyıq.  
 
“Azərbaycan” aylıq kültür dərgisi.  
İl: 6, Aprel 1957, say: 13(61) 
 
 
 
QARDAŞ YARDIMI 
 
(Qəhrəman Türk Ordusunun Azərbaycana 
girişinin  39-cu ildönümü münasibətilə) 
 
Birinci  Dünya  müharibəsinin  patlak  verməsi  ilə,  o  zamana 
qədər  sömürgeci  dövlətlərin  basqı  və  işğalında  qalan  bir  çox 
millətlərin  müqəddəratında  önəmli  rolu  haiz  bəzi  siyasi  və 
kültürəl  təşəkküllər  özünü  göstərir,  zaman  keçdikcə  bu  nüvə 
halında olan təşəkküllər milli müəssisə halını alır və bunlardan 
da tam təşkilatlı siyasi partiyalar doğmağa başlayırdı. 
O cümlədən, digər millətlərdə olduğu kimi, Azəri Türkləri 
də  müxtəlif  dövrlərdə  qarşılaşdıqları  qüvvələri  bitərəf  edərək, 
milli  mücadilənin  qayəsinə  çatmaq  üçün,  sağlam  təməllərə 
istinad  edən  proqramlı  siyasi  bir  partiyaya  zərurət  yarandığını 
dərk  etmiş  və  1911-ci  ildə  “Müsavat”  Xalq  Partiyasını 
qurmaqla savaşa daha şumullü bir şəkildə girişmişdilər. 
Millətin sinəsində doğmuş  olan bu partiya məmləkətin hər 
tərəfində hummalı (enerjili) fəaliyyətə keçərək, yeni təşkilatlar 
qurmaqla milli qurtuluş məfkurəsini yayır və münəvvər kütləni 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə