Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə52/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   48   49   50   51   52   53   54   55   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
162 
ci  ildə  bu  ordu  Bakıya  girmişdi.  Bakı  vilayətini  Kür  çayına 
qədər  Rusiyanın  işğal  etməsinə  qərar  verən  Almaniya,  İkinci 
Teşrinin  (noyabrın)  11-də  müttəfiqlərlə  imzaladığı  bir  mütareke 
mucibince  (sənəd  əsnasında)  məğlubiyyətini  qəbul  edərək 
xülyalarına nail olmamışdı. 
İyulun  15-nə  qədər  Azərbaycanın  hökumət  mərkəzi 
Bakıdan  sonra  məmləkəıtin  ən  böyük  şəhəri  və  tarixində 
yüzlərlə  milli  qəhrəman  yetişdirmiş  olan  hürriyyət  qalası 
Gəncədə idi. Gənc Cumhuriyyətin birinci və ikinci kabinəsi də bu 
tarixi şəhərdə qurulur, milli müqəddəratın təyinini sağlayan mühüm 
toplantılar  burada  keçirilir  və  mühüm  qərarlar  burada  verilirdi.  O 
meyanda  (o  zamanda)  Orta  Avropa  dövlətlərinin  İstanbulda 
toplanacaq  olan  Konfransına  Azərbaycan  Cumhuriyyətini  təmsil 
edən  bir  heyət  göndərilməsinə  qərar  verilir,  Milli  Şura  rəisi  və 
“Müsavat”  partiyası  lideri  mərhum  Məhəmməd  Əmin 
Rəsulzadənin rəyasətindəki bu heyət İstanbula gedir. 
Rəsulzadə  Məhəmməd  Əmin  bəy  İstanbuldakı  Alman  Böyük 
Elçiliyinə,  Müttəfiqlərə  və  bitərəf  dövlətlər  təmsilçilərinə  birərə 
nota tevdi etməklə (nota verməklə) Bakı ilə ilgili Alman – Rus ek 
andlaşmasını şiddətli etiraz etmişdir (12 sentyabr 1918). 
Fəqət, hadisələr nə Rusiyanın sinsi əməllərini tahakkuk (zülm) 
etdirmə yolundakı siyasətinə, nə Almaniyanın xülyalarına və nə də 
in-gilislərin  ümidlərinə  yardım  edə  biləcək  bir  tarada  (tərzdə) 
cərəyan etmişdir. 
Alman-Rus  andlaşmasından  sonra,  39  il  bundan  əvvəl,  15 
sentyabr  1918-ci  ildə  dünya  sülhü  üçün  strateji  və  geopolitik 
əhəmiyyəti  haiz  olan  Bakı  şəhərinə  mərhum  general  Mürsəl 
Bakının  komutasındakı  (komandirliyindəki)  Türk-Azərbaycan 
müttəfiq  orduları  girmişdir.  Düşmən  orduları  bu  qəhrəman 
Məhmətciklərin  cəsarət,  mətanət  və  savaş  qüdrətləri  qarşısında 
davam  gətirməyərək,  yedikləri  darbelerin  (zərbələrin)  acısı  ilə 
pərişan  bir  halda  Bakını  tərk  etməyə  məcbur  olmuşdular.  Beləcə, 
Türk  irqi,  öz  torpaqlarına  göz  dikənlərə,  dünya  ümumdünya 
təfəkkürü  önündə  bir  kərə  daha  qüdrət  və  əzəməti  ilə  bunu  isbat 


Azərbaycan  mühacirət irsi 
 
 
163 
etmişdir  ki,  bu  vətəndə  yaşama  və  söz  sahibi  olma  haqqı  yalnız 
Türklərə aid ola bilər. Bu torpaqların xəmiri onların qanları ilə yoğ-
rulmuş və onların yapıcı qeyrətləri ilə ihya edilmişdir. Hər qarışında 
şəhidlərin və qazilərin yatdığı bu müqəddəs torpaqlarda yabançıla-
rın hökm sürməsinə əlbəttə ki, müsaade (icazə) edilə bilməzdi. Bi-
naenalyh  (buna  görə  də)  gərək  Azərbaycan  hökuməti,  Osmanlı 
Dövləti  qəti  qərarlarını  vermiş  və  bunu  bütün  dünyaya  elan 
etmişdilər.  Azərbaycan  hürr  və  müstəqil  bir  Cumhuriyyət 
olaraq yaşayacaqdı.  
Müttəfiqlər tərəfindən Osmanlı Ordusunun Qafqazı tərk etməsi 
israrla tələb edilərkən, 23 sentyabr 1918-ci ildə Berlində Almaniya 
ilə gizli bir protokol imzalayan Osmanlı Sədr-Əzəmi mərhum Tələt 
Paşa,  Türk  silahlı  qüvvələrinin  tahliyə  (boşaltmaq)    edəcəklərinə, 
buna  müqabil  Almaniya  da  Azərbaycan  istiqlalının  Rusiya 
tərəfindən tanınmasını təminə çalışacağına söz verirdi. 
Beləcə, Türkiyə hökuməti öz mənfəətlərindən belə ferağat (vaz 
keçərək) edərək, Azərbaycan istiqlalının tanıdılması və yaşadılması 
üçün qardaşlıq vəzifəsinin əzəmətini qurmuş olurdu. 
Vətən  torpaqları  üzərində  yenidən  tapışaraq  qucaqlaşan  və  bu 
əcdad diyarını müştərək olaraq düşməndən qurtaran iki öz (doğma) 
qardaşın bu məsud başarıdan (uğurdan) dolayı duyduqları sevinc və 
həyəcan sonsuzdu. 
Bu tarixi Qurtuluş günü münasibəti ilə, şanlı Türk Ordusu-
na və onu yetişdirən qəhrəman və əsil Türk millətinə bir kərə 
daha sonsuz şükran (minnətdarlıqla) və  minnətdarlığımızı  ərz 
edərkən, bu yolda şəhid olan ünlü qazilərə Cənabi Haqdan ən-
gin rəhmətlər diləyirik (37, s. 5-8). 
 
“Azərbaycan” aylıq Kültür Dərnəyi. 
Sentyabr 1957, yıl 6, sayı 6(66).  
 


Azərbaycan  mühacirət irsi 
 
 
164 
 
Əbdülvahab Yurdsevər  
(1898-1976)
 
 
bdülvahab  Yurdse-
vər 1898-ci ildə Ba-
kıda doğuıub.  
1905-ci 
ildə 
yeddinci “Rus-tatar” məktəbinə daxil 
olub. 1911-ci ildə rus litseyinə qəbul 
olunub.  1918-ci  il  Mayın  28-də 
Azərbaycan  Xalq  Cümhuriyyəti 
yaradıldıqda  o,  Nazirlər  Şurasının 
dəftərxanasında  tərcüməçi-dilmanc 
vəzifəsində çalışıb. 1920-ci il aprelin 
27-də  Azərbaycan  XI  ordu  tərə-
findən  işğal  edildikdə  M.  Ə.  Rə-
sulzadənin  göstərişi  ilə  işğalçılara 
qarşı  Müqavimət  Komitəsi  yaradır 
və  o,    Komitənin  sədri  olur.  Həmin  ildə  o,    Bakı  Dövlət 
Universitetinin  Fəlsəfə  fakultəsində  mədəniyyət  tarixi  və 
coğrafiyadan,  N.  Nərimanov  adına  texnikumda  isə  ana  dilindən    və 
mədəniyyət tarixindən dərs deyir.  
1923-cü  ildə  o,  həbs  edilir  sürgündən sonra  1926-cı  ildə  Bakıya 
qayıdır. Lakin az bir müddətdən sonra yenidən həbs olunur. On bir il 
həbs  cəzasına  məhkum  olunaraq    yenidən  Yaroslavl  düşərgəsinə 
göndərilir.  Sonra  məxfi  yolla  oradan  Aşqabada,  İrana,  sonra  isə 
Türkiyəyə,  sonra  Polşaya gedir.  1939-cu  ildə  Polşa işğal  edildikdən 
sonra   Türkiyəyə  köçməli olur. Türkiyədə  Baş  Nəşriyyat  İdarəsində 
işləyir.  Eyni  zamanda  Türk  radiosunun  fars  dilində  verilişlərinə  də 
rəhbərlik  edir  və  ali  təhsilini  başa  vurmaq  üçün  Ankara 
Universitetinin hüquq fakultəsinə daxil olur.  
O, “Azərbaycan” jurnalının baş redaktoru vəzifəsini də icra edib. 
1976-cı il oktyabrın 7-də Ankarada vəfat edib. 
Ə 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə