Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə55/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   51   52   53   54   55   56   57   58   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
171 
millətləri  təkrar  işğalı  altına  almağı  planlaşdırmış,  xaricdən 
gələcək  qüvvələrə  qarşı  bu  ölkələrdən    qalxan  kimi  istifadə 
etmək  istəmişdir.  Bu  etibarla  kommunist  rus  imperialistlərinin 
Türküstan,  Ukrayna,  İdil-Ural,  Krım  –  Şimali  Qafqaz, 
Azərbaycan, Gürcüstan və Ermənistan kimi ölkələri silah gücü 
ilə  ələ  keçirdiyi  zaman,  Tıpkı  (eynilə)  bu  gün  olduğu  kimi,  o 
gün də kapitalist batı ilə birlikdə hürr dünya dilsiz, sağır və kor 
davranış içində qalmışdır. Deyilə bilər ki, kapitalist imperialist-
lər  kommunist  imperialst  rus  dövrünü  özləri  bəsləmiş,  özləri 
yaratmışlar.  
Kommunist  rus  imperialistləri  Çarlıq  boyunduruğundan 
qurtaran ölkələri yenidən işğal etdikdən sonra, ikinci bir hasarı 
daha quraraq özünü həm təhlükəsizlik içində saxlamış, həm də 
dəmir  pərdə  ilə  əhatə  etdiyi  bu  ölkələrdə  yeni  müstəmləkə 
yerləri tapmışdır. 
Kommunist rus imperializmi bu ikinci müstəmləkə qurşağını 
saxladıqdan sonra, Dəli Pyotrun vəsiyyətini yerinə yetirməkdən 
ötrü Okeanlara açılaraq, Afrikada yeni üs (baza qurmaq) ölkələr 
əldə  edərək,  dünya  müstəmləkə  hakimiyyəti  qurmağın  yolları 
üzərində artıq qaçmağa başlamışdır.  
Əsir və ölüm düşərgələri 
Vaxtilə  Məhəmməd  Əmin  Rəsulzadələrin,  Mustafa 
Çokayların,  Ayaz  İshakilərin,  Çələbi  Cahan  və  Cəfər  Seyid-
əhməd Krımlıların, Məhəmməd Əmin Buğraların və digər əsir 
Türk  elləri  fikir  və  elm  adamlarının  uyarlarına  (xəbərdarlıq) 
qulaq  asan  hürr  dünya  ölkələri,  indi  də  Soljenitsınların, 
Saxarovların  Qızıl Rus imperializminin bu dırmanmasının batı 
mədəniyyətinin  yıxılışı  olacağı  əmrlərini  görməməzliyə  vura 
bilməzlər.  Millətləri  əsrlərdən  bəri  vətən  olaraq  yerləşdikləri 
yerdən  qaldıraraq  imha  (məhv)  edən,  genosid  hərəkətinin, 
faşistlərə daş çıxardacaq ən qorxunc biçimdə tətbiqçisi olan, 2 
milyondan  çox  bir  kütləni  əsir  düşərgələrində  çürüdən 
Kommunist Rus faşistlərinə bütün bir dünyanın  “dur” deməsi, 
insanlığı bu kommunist  mikrobundan təmizləməsi şərtdir. 


Azərbaycan  mühacirət irsi 
 
 
172 
Kommunist  rus  imperialistlərin  bu  gün  Orta  Doğuya  hakim 
olmalarına  əngəl  ən  yetkin  qüvvə,  heç  şübhə  yox  ki,  Türkiyə 
Cümhuriyyəti qalasıdır. Əlbəttə Qızıl faşistlər Türklük aləminin 
bu ən son müstəqil qalası Türkiyə Cümhuriyyətini yıxmaq üçün 
minbir  dolap  çevirmənin  (tələ  qurmaq)  izindədirlər.  İlk  Türk 
Cümhuriyyəti  Azərbaycanda  oynadıqları  oyunları  eynilə 
burada da qurmaq arzusundadırlar.  
 
“Azərbaycan” aylıq kültür dərgisi.  
İl: 25, Aprel-May  - İyun 1976, say: 218 
 
 
 


Azərbaycan  mühacirət irsi 
 
 
173 
 
 
Çingiz Göygöl  
 
zərbaycan  mü-
hacirət  mətbua-
tının  tanınmış 
xadimidir. 
1955-ci ildən Ankarada nəşr edi-
lən  “Mücahit”  jurnalının  Baş  re-
daktoru  olub.  Yüksək  ali  təhsilə 
malik  olan  Çingiz  bəyin  əsli 
Gəncədəndir.  Azərbaycan  müha-
cirət  mətbuatında  Azərbaycanın 
müstəqilliyi  və  azadlığı  ilə,  mə-
dəniyyət  tarixi  ilə  bağlı  çoxlu 
sayda məqalələr müəllifidir. 
Türkiyənin  Ankara  şəhərində  yaşamış  və  orada  vəfat 
etmişdir.  



Azərbaycan  mühacirət irsi 
 
 
174 
 
Çingiz Göygöl 
 
MÜHAFİZƏSİ LAZIM GƏLƏN  
MİLLİ RUH 
 
 
  
XX əsrin heç şübhəsiz  ən bədbəxt insanları kommunist 
rejimi və diktaturası altında yaşayanlardır. Bolşevik kommunist 
tələsinə düşən bu zavallılar, bir ovuc kommunist aristokratiya-
sının  rifahı  və  səadəti  və  yenə  bu  güruhun  hiylə  və  əməlləri 
üçün  çalışmaqda  və  yüzdə-yüz  istismar  edilməkdədir.  Dəmir 
Pərdə  içərisində  haqq  və  hüquqdan  məhrum,  atılmış  bir 
əşya  kimi  qalmaqda,  hər  cür  hürriyyətləri  əllərindən 
alınmış,  makinadan  durmadan,  dinlənmədən,  yarı  ac  və 
yarı çılpaq Sovet imperializminin çarxını çevirməkdədirlər. 
Bu  zülm  və  işgəncəyə  qarşı  insan  oğlunun,  hər  fürsətdə 
mücadilə və mübarizəsi, qətliamların, yeraltı ölüm düşərgələrilə 
və  Sibirə  sürgünlərlə  ört-basdır  edilməkdədir.  Fəqət  bütün  bu 
tədbir və imha (məhv) siyasətləri, kommunist rejiminin heç bir 
surətlə  qəbul  edilməyəcəyini  və  Dəmir  Pərdə  içərisindəki 
insanların, hürriyyətləri üçün mücadilə və mübarizədən vəbəstə 
(kənarda)  qalmayacaqlarını  göstərməkdədir.  Mücadilə  və  mü-
barizə  müsəlman  və  türklər  arasında  artıq  gözə  çarpmaqdadır. 
Əsasən Kommunist Bolşevik siyasətinin ana xətləri, Rus şovi-
nizminin sürətinə uyğun gəlməkdədir. Bu etibarla və Türklərin 
sərvət  qaynaqları  özlərinin  rəyləri  alınmadan  zorla  Rusiyaya 
götürülməkdədir.  Müsəlman  və  Türklərin  anayurdları,  yeraltı 
və  yerüstü  sərvətlərinin  ən  bol  olduğu  yerlərdir.  Azərbaycan, 
Şimali Qafqaz, İdil-Ural, Qazaxıstan, Türkmənistan kimi Türk 
məmləkətlərinin  petrolları  bu  gün  Rus  petrolu  olaraq  adlan-
dırılmaqdadır ki, Rusla heç bir əlaqəsi  yoxdur. Yenə Azərbay-
canda  Muğan  və  Milin,  Türküstanın  pambığı,  Rus  pambığı 
adlandırılır  ki,  Rusla  əlaqəsi  qəti  yoxdur.  Beləcə  Krımın  və 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə