Azərbaycan mühacirət irsi
178
dələrə istiqbal bağlanaraq artıq insanlığa rifah təmin edilməyə-
cəyi həqiqət olaraq görünməkdədir. Milli ruhun, üstün əxlaqın
isə insanlara rifah və səadət təmin etdiyi hürr dünyaca qəbul
edilməkdədir. Bolşevik Kommunist istilası altındakı millətlərdə
Milli Ruhun korladılmadığı da bizə göstərməkdədir ki, milli
ruh insanlara istiqbal termini üçün mütəmadi bir çırpınma
halındadır. Bu gün istila altından qaçaraq xaricə mühacirət
edənlərin, milli ruhun təzahürü halında, bütün həyat qayğısına
rəğmə, kommunizm fikir və ideolojisi ilə mücadilı etdiklərini
görməkdəyik. Macarıstanda son axıdılan qanlar da yenə
Milli
Ruhun şahlanan bir galəyanından (həyəcanından) başqa bir şey
deyildi. Bütün təfərrüatı ilə görməkdəyik ki, bu gün qurtuluş
üçün üzərində həssaslıqla durulması lazım gələn ünsürün milli
ruh olduğu bütün çılpaqlığı ilə çözülməkdədir. Milli ruhun
tənəzzülü və ortadan itməsi yalnız millətlərə deyil, ümumən
insanlığa köləlik, hürriyyətsizlik, haqq və hüquqdan məhrumiy-
yət gətirir. Bu etibarla millətlərdə mövcud milli ruhun mühafi-
zəsi insanlığın üzərində ciddiyyətlə durması lazım gələn bir m-
əsələdir. Milli ruhun mövcudiyyəti ilə “Millətlərə istiqlal, in-
sanlığa hürriyyət” təmin edilə bilir. Milli ruhun mühafizəsi
üçün bütün millətlərin müştərək qüvvə sərf etmələri zərurəti, bu
gün dünənədən daha çox ehtiyac halındadır.
Kommunistlər bu
ruhun imhası (məhvi) üçün hər gün bir az daha hiylə və də-
sisə (aldatma) yolları kəşf edərək insanlığı köləliyə sürüklə-
məkdədir.
“Mücahit”, İl: 3,
İyun 1957 sayı: 9.
Azərbaycan mühacirət irsi
180
(Böyük
Ermənistan)
ordusuna
verilmişdi.
Anadolu
Türklüyünün hərbdəki durumu da çox parlaq deyildi. Bir çox
cəbhədə çarpışır və belə hərb durumu ilə böyük güclüklərlə
qarşı-qarşıya qalmış olurdu. İranın durumu isə Azərbaycanla
məşğul olacaq vəziyyətdən çox özünün də istiqlalının
mühafizəsini təmin etməyəcək durumda idi.
Şimali Qafqaz və türküstan Türk və Müsəlmanlarının
durumları, Azərbaycanı düşünənlər də fayda qazanmaqdan
uzaqdı. Onlar da qırmızı və ağ rus qüvvələri ilə mücadilə
halında idilər. Bu əhval və şəraitdə Azərbaycan Türklərinin nə
qədər çətin zorakılıqlara qarşı olmaları öz-özlüyündə
anlaşılmaqdadır. Bütün bu şərtlərə rəğmən Azərbaycan
Türklərinin, bütün şəhər, qəsəbə və kəndlərdə Türklüklərinə
uyğun bir şəkildə, milli qüvvələrini bir araya toplayaraq ordu
qurmağa
başladıqları
şayanı
diqqət
(diqqətə
layiq)
görülmüşdür. Bilindiyi kimi, Azərbaycanın işğalı zamanı çarlıq
Türk və Müsəlmanlardan əsgər toplamırdı. Bu etibarla rus
istilası altındakı Türk və Müsəlmanlar, əsgərlik təliminə
yiyələnmədikləri kimi, hərbi alətlərlə də tanışlıqları yox idi.
Üstəlik də silah daşıma qadağasına görə də heç bir silaha sahib
deyildilər. Nəzərə çatdırdığım fikirlər Azərbaycanlıların böyük
bir təhlükə ilə qarşı-qarşıya qaldıqlarını göstərməkdədir.
Əslində bu ağır şərtlər altında hummalı (enerjili) fəaliyyət
göstərən Azərbaycanlıların imdadına Türk ordusunun çatdığı
duyulur. İstila
içində olan Azərbaycan şəhər,
qəsəbə və kəndləri
yeganə yardımçı qüvvə Türk ordusunu böyük həyəcanla
qarşılayır. Gəncədə qərargahını quran Ənvər Paşanın qardaşı
rəhmətlik Nuru Paşa istila altındakı Azərbaycan qüvvələri ilə
təmas yaratdı. Gəncədə həmin vaxt ordu təlim hazırlıqları
başladı. Azərbaycan gəncləri böyük inamla bu təlim verən
hərbi məktəblərə keçdilər. Bu hazırlıqla birlikdə istilada olan
Azərbaycan şəhərlərinin daxilindəki milli qüvvələrlə gizli
əlaqələr yaradıldı. Artıq qol-qanad açan Türklük yeganə bir
varlıq olaraq düşmənə qarşı dura bildi. Türk ordusu rəhbərləri