Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə54/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   50   51   52   53   54   55   56   57   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
168 
Şeyx  Şamillərini,  Azərbaycanlılar  Cavad  Xanlarını,  Türküs-
tanlılar Axsaq Teymurlarını və digər milli  qəhrəmanlarını dilə 
belə  gətirə  bilməzlər.  Buna  qarşı  hərəkət  edənlər  partiyadan 
işdən  atılmaqda  və  ağır  cəzalarla  üzləşməkdədirlər.  Məhkum 
ölkələrdə  milli  tarix  və  ədəbiyyata  dair  bütün  əsərlər 
kitabxanalardan  yığışdırıldığı  kimi,  bu  cür  əsərlər  evlərdə  ələ 
keçirildiyi vaxtda da bir günah dəlili olaraq ev sahibi əleyhinə 
qoyulmaqdadır.  Bir  Sovet  müstəmləkəsi  olan  məhkum 
ölkələrdə  bütün  təbii  sərvətlər  Rusiya  üçün  istismar  edildiyi 
kimi,  xüsusi  hər  növ  təşəbbüsün  ortadan  qalrdırılması 
nəticəsində  sənaye  və  ticarət  sahələrində  xalqın  istehsal 
qabiliyyəti daha böyük ölçüdə istismar edilməkdədir. 
Sovet rejimi din və vicdan azadlığı tanımadığı üçün came və 
məscidlərin  yüzdə  doxsanını  dağıtmış,  dini  etiqadlarını  açıq 
bildirən patiyalı və partiyasızları şiddətlə təqib etmişdir. 
Bütün  bunların  fövqündə  sovet  idarəsi  məhkum  ölkələrin 
ətrafında  qalın  bir  dəmir  pərdə  çəkərək  azad  dünya  ilə  və  öz 
yaxın irqdaşları ilə hər cür milli, dini, ədəbi, mədəni, siyasi və 
iqtisadi bağlarını kəsmişdir. 
Sovet rejimi kiçik Azərbaycanı bir neçə, sözdə, muxtariyyatlı 
cumhuriyyətlərə,  Türküstanı  bir  neçə  parçaya  ayıraraq,  siyasi 
və  iqtisadi  baxımdan  zəif  salmaq  üçün  əlindən  gələn  hər  şeyi 
etmişdir. 
Afrikanın  ən  geri  müstəmləkələri  ilə  sərbəstcə  yazışabiləcə-
yiniz  halda,  sovet  müstəmləkələrindən  heç  bir  məktub  ala  bil-
məzsiniz. 
Əlbəttə,  Sovet  istismarçılığının  həqiqi  mahiyyəti  budur. 
İstismarçılıqla həqiqətən mücadilə etmək istəyən azad millətlər, 
bu həqiqəti haqqı ilə təqdir edə biləcəklərsə, insanlığa və dünya 
sülhünə çox böyük hörmət edəcəklər. 
 
“Azərbaycan” aylıq kültür dərgisi.  
İl: 5, Yanvar-Fevral 1956, say: 10-11(46-47) 
 


Azərbaycan  mühacirət irsi 
 
 
169 
 
 
 Əhməd Qaraca  
(1929-2005)
 
 
hməd  Qaraca  1929-cu 
ilin 22 iyulunda  İğdırda 
Azərbaycandan  Türki-
yəyə köçmüş bir ailədə doğulub. 
İlk və orta təhsilini İğdırda alıb. 
Sonra  Ankaraya  gedib,  Atatürk 
litseyinə qəbul olunub. Sonradan isə 
Ankara  Universitetinin  filologiya 
fakultəsini bitirmişdir. 
Universiteti  bitirdikdən  sonra 
“Anadolu”  agentliyində  fəaliyyətə 
başlayıb. 
1970-ci 
ildən  “Azərbaycan” 
jurnalının  məsul  müdirliyini,  1976-
cı  ilin  7  oktyabrından  isə  jurnalın 
Baş  redaktoru  vəzifəsini  icra  edib. 
O məqalələrini Əhməd Qaraca, Əhməd Muxtar Qaraca, Azərbaycan 
və Kamoğlu imzaları ilə çap etdirib. O, “Türk Dünyası Ensiklo-pedi-
yası” üçün Azərbaycan bölməsini  qələmə alıb. 
1978-ci ildə “Anadolu” agentliyinin “İç xəbərlər” müdiri vəzifə-
sindən uzaqlaşıb, MHP Başqanı Alp Arslan Türkeş tərəfindən MHP-
nin mətbuat müşaviri təyin edilib. 
1980-ci illərdə Türkiyədə baş verən əsgəri hərəkatla  bağlı həmin 
ilin sentyabrın 15-də həbs edilmiş, 5 aya qədər həbsxanada qalıb. 
Sonrakı illərdə o, Qazi Universitetində müəllim olaraq çalışıb. 
2005-cü ildə Ankara şəhərində vəfat edib. 
Ə 


Azərbaycan  mühacirət irsi 
 
 
170 
 
Əhməd Qaraca 
 
KOMMUNİST-RUS İMPERİALİZMİNİN 
YENİ TAKTİKALARI

 
(İslam Konfransının  hörmətli təmsilçilərinə ithaf) 
 
 27  Aprel  1920-ci  il  Azərbaycanın  ən  qaranlıq  günlərindən 
biridir. Bundan 56 il əvvəl ilk Türk Cümhuriyyəti Azərbaycan, 
bu qaranlıq 27 Aprel günündə Kommunist Rus imperializminin 
silah  gücü  ilə  istilasına  uğramışdı.  Fəqət  tarixlə  yaşıd  olan 
böyük  Türk  milləti    bu  qaranlıq  günləri  aydınlıqla  boğmasını 
bilmişdir.  Tariximizdə  belə  qaranlıq  günləri  aydınlığa 
çevirdiyimiz,  qaranlıqları  altun  işıqlarla  boğduğumuz  günlər 
sayılmayacaq qədər çoxdur. 
Çarlıq  Rusiyası  kimi  kommunist  Rusiya  da  müstəmləkə 
halına  saldığı  ölkələrdən  bir  çevik  qalxan  meydana 
gətirmişdir.  Çarlıq  Rusiya  müstəmləkə  imperatorluğunu  qura 
bilmək  üçün  dünən  xristianlığı  –  slavyanlığı  necə  silah 
etmişdisə,  Qızıl  Rusiya  çarları  da  bu  gün  kommunizmi  eyni 
şəkildə  yıxıcı,  bölücü  bir  silah  olaraq  millətlərin  başına  bəla 
etmişdir.  
Kommunist imperializmini kapitalizm bəslədi 
Kommunistlər  Rusiyada  ağları  məğlub  edərək,  iqtidarı  ələ 
keçirdikdən  sonra,  Çarlıq  müstəmləkəsi  olmaqdan  qurtulmuş 
                                            

  Dərnəyimiz  Baş  Katibi  Əhməd  Qaracanın  bu  yazısı  Azərbaycanın 
Sovet  Ordusu  tərəfindən  istila  edilməsinin  56-cı  ilində  Hürriyyət  və 
İstiqlal şəhidlərimizi anma toplantısında etdiyi çıxışı ihtiva (əhatə edən) 
etməkdədir. Qaracanın bu çıxışı ayrıca mətbuatda da geniş ölçüdə eyni 
yer almışdır. Əhməd Qaraca və Azərbaycan Dərgimiz bu çıxışı ən yaxşı 
şəkildə  dəyərləndirən  “Orta  Doğu”,  “Hər  gün”,  “Bizim  Anadolu”, 
“İstanbul”,  “Sabah”,  “Qəzet”,  “Ədalət”,  “Zəfər”,  “Axşam”,  “Milli 
qəzet”,  “Millət”, “Türkiyə”,  “Təsvir”    Türkiyə  qəzetləri  Dövlət  dərgisi 
mənsublarına təşəkkür bildirir. 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə