Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə53/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
165 
 
Əbdülvahab Yurdsevər 
 
SOVET İSTİSMARÇILIĞI 
 
 
ovet  istismarçılığı  ilə  Batı  istismarçılığı  arasında 
şübhəsiz çox bariz fərqlər vardır.  Hal-hazırda Batı 
müstəmləkələri  sadəcə  Afrika  qitəsində  mühafizə 
edilmişdir.  Asiyada  və  Amerikada  Batlılara  aid  mühüm  bir 
müstəmləkə  qalmamış  olduğu  kimi,  Avstraliyada  da  belələri 
mövcud deyil, deyilə bilər. Hindistan, Birma,  İndoneziya kimi 
əski  Asiya    müstəmləkələri  dövlət  halına  gəlmişlər.  Ərəb 
məmləkətləri də bilavasitə İkinci Dünya müharibəsindən sonra 
kamilən  öz  hürriyyət  və  istiqlallarına  qovuşmuşdular.  Ufaq 
(kiçik)  təfək  (xırda-xuruş)  istisnalar  bu  ümumi  qaydanı  ixlal 
edə  bilməz.  Afrikadakı  ingilis  müstəmləkələrinə  də  tədricən 
muxtariyyat  statusu  verilməkdədir.  Bunu  qətiyyətlə  söyləyə 
bilərik  ki,  Batı  istismarçılığı  tarixə  qarışmaqdadır.  Təbiətilə 
tarixin  bu  seyrində  əski  müstəmləkə  qövmlərinə  milli 
mücadilələri  müsbət  və  qayət  müəssir  bir  rol  oynadığı  kimi 
xüsusilə  Amerika  Birləşmiş  Ştatları  və  İngiltərə  idarəçilərinin 
uzaq görüşləri də öz təsirini göstərmişdir. Ameria İkinci Dünya 
müharibəsindən sonra Filippinlilərin istiqlal haqqını tanımışdır. 
Batı  istismarçılığı  heç  bir  zaman  kütlə  halında  istismar 
xalqını  imhaya  (məhvə)  qaldırmamış,  dillərini  və  dinlərini 
dəyişdirməyə və özlərini təmsilə təşəbbüs etməmiş və mədəniy-
yətlərini  ortadan  qaldırmağa  girişməmişdir.  Əski  müstəmləkə 
xalqlarının  Batı  idarəsi  altında  dillərini  və  mədəniyyətlərini 
gəlişdirməyə (inkişafa) müvəffəq olduqlarını, milli mənliklərinin 
inkişaf etdiyini, Hindistanın, Filippinin, Misirin, Suriya və İndo-
neziyanın və bir çox digər məmləkətlərin bu günkü durumların-
dan müşahidə edirik. 



Azərbaycan  mühacirət irsi 
 
 
166 
Batı  istismarçılığı  heç  bir  zaman  müstəmləkələr  ətrafında 
dəmir  pərdə  çəkməmiş,  müstəmləkə  xalqının  xarici  dünya  ilə 
münasibətini  kəsməmiş,  yerli  əhalinin  ictimai  və  iqtisadi 
düzənini  cəbr  və  təzyiqlə  alt-üst  etməmiş,  ailə  nizamlarını 
pozmamış yabançı fikir və doktrinləri özlərinə tətbiq etməmiş, 
şəxsi təşəbbüs və qeyrətlərini təhdidə məruz qoymamışlar. 
Batı  istismarçılığının  əsas  qayəsi  müstəmləkə  ölkələrinin 
təbii  sərvət  qaynaqlarını  istismar  etmək,  maddiyyatı  ilə  öz 
sənayesini bəsləmək və ticarət malları üçün müstəmləkələri 
soymaqdır.  Yəni  Batı  istismarçılığında  milli,  irqi  və  dini 
amillərdən artıq iqtisadi amillər rol oynayırdı. 
Halbuki,  Sovet  istismarçılığı  tamamilə  başqa  bir  mahiyyət 
daşıyır.  Sovetlər  beynəlmiləlçilikdən  bəhs  etdikləri  halda, 
tamamilə  Rus  hakimiyyət  təmayüllərinə  istinad  edirlər.  Bu 
təmayüllər xüsusilə Stalin dövründə bütün çılpaqlığı ilə ortaya 
çıxdı. Bu gün Sovet imperatorluğunun hüdud bölgələrində vaqe 
olan məhkum ölkələr, Türklər də daxil olmaqla qeyri-rus ünsür-
lərlə məskunlaşmışlar. Bunlardan heç birinin Rusluqla milli və 
tarixi  bağlılıqları  yoxdur.  İslav  irqindən  olan  ukraynalıların  və 
belorusların  özlərinə  xas  lisanları  (dilləri),  mədəniyyət  və  ədə-
biyyatları, adət və ənənələri vardır. 40 milyondan çox olan uk-
raynalılar  rus  istibdadından  əvvəl  müstəqil  dövlət  həyatı  yaşa-
mışlar. 1917-ci ildə fevral inqilabından sonra yenidən müstəqil 
dövlət həyatına qovuşan Ukrayna Rus-Bolşevik istilasına qarşı 
əzm  və  cəsarətlə  döyüşmüdür.  İstiladan  sonra  belə  Ukrayna 
milli  müqavimət  hərəkatı  uzun  illər  boyunca  davam  etmiş  və 
İkinci Dünya müharibəsində xüsusilə canlanmışdır. Bu gün Ba-
tı  Avropa  və  Amerikada    rus  istilasına  qarşı  mətbuat  və  radio 
vasitəsilə  çarpışan  millətçi  qüvvələrin  başında  xüsusilə  Ukray-
na  siyasi  təfəkkürləri  gəlməkdədir.  Milyonlarca  əski  və  yeni 
millətçi kütlələrini özündə birləşdirən Ukrayna miqrasiyası xü-
susilə  Amerikanın  siyasi  həyatında  mühüm  bir  rol  oynamaq-
dadır. 


Azərbaycan  mühacirət irsi 
 
 
167 
Hələ  Sovet  məhkumu  Türk  müstəmləkələrinin  nə  milli  və 
irqi,  nə  tarixi,  dini  və  mədəni  yönlərdən  rusluqla  yaxından  və 
ya  uzaqdan  heç  bir  ilgi  və  bağlılıqları  olmamışdır.  Rus 
istilasından  əvvəl  Altınordu,  Teymur  səltənəti,  Şirvanşahlar 
məmləkəti  kimi  bir  çox  güclü  dövlətlər  qurmuş  olduqlarından 
başqa Rus ünsürünə məhkum olmaq bir tərəfdə dursun, daima 
hakim və səlahiyyətli olmuşdular. 
İndi  Sovet  idarəsi,  çarlıq  müstəmləkə  imperatorluğundan 
formalaşan  bütün  bu  qeyri-rus  ölkələri  parça-parça  edərək, 
çeşidli  adlar  altında  müxtəlif  bölgələrə  qarışdırdıqdan  sonra, 
həm  siyasi,  iqtisadi  və  hərbi  istismara  tabe  etməkdə,  həm  də 
milli  varlıqlarını  tədricən  imhaya  (məhvə)  məruz  qoyaraq 
tamamilə  ruslaşdırmaqdadır.  Sözdə  müstəmləkəçiliyə  maxalif 
olan  Sovet  hökuməti  çarlıq  müstəmləkələrini  haqlı  göstərmək 
üçün bəzi səbəblər doktrinlər uydurmuşdur.  
Sovet  müstəmləkəçiliyi  müstəmləkə  xalqını  kütlə  halında 
imha (məhv) etməkdədir. Qaraçaylılarla balkarların,  inquşlarla 
çeçenlərin,  kalmıklarla  Krım  türklərinin  və  Volqa  boyu 
almanların  kütləvi  surətdə  Sibirə  sürgün  edilməsi  və  imhası 
(məhvi) bunun ən bariz dəlilidir. Eyni imha (məhv etmə) siya-
səti müxtəlif formalarda digər məhkum qeyri-rus ölkələrində də 
35 ildən bəri tətbiq edilməkdədir. 
Sovet  istismarçıları  məhkum  millətlərin  fikir,  din,  hərə-
kat  və  təşəbbüs  sərbəstliyini  tanımadıqları  kimi,  ləhcə  və 
əlifbalarını da ruslaşdırmaqdan geri qalmamışlar. Rus məh-
kumu  millətlərdən  heç  biri  öz  milli  tarix  və  ədəbiyyatlarını 
məktəblərində  oxumayıblar    və  milli  qəhrəmanlarının  adlarını 
bilməyiblər. Hətta Türk qövmləri belə Türk olduq-larını söylə-
yə bilməzlər. Halbuki, Rus tarixi və ədəbiyyatı məhkum millət-
lərin  məktəblərində  bütün  təfsilatı  ilə  məcburən  oxudulmaq-
dadır. “Beynəlmiləlçi” Sovet məntiqinə görə, rus xalqı və məh-
kum  millətlər  Birinci  Pyotr,  Suvorov,  Kutuzov  və  Aleksandr 
Nevski kimi rus tarixi simalarını milli qəhrəman olaraq anmalı 
təqdir  etməlidirlər.  Bunun  əksinə  olaraq,  Şimali  Qafqazlılar 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə