Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə26/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   22   23   24   25   26   27   28   29   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
83 
Azərilər türk ordusunu tarixdə görünməmiş bir sevinc və səmi-
miyyətlə qarşıladı. (İstefada olan podpolkovnik Rüşti. Bakı yol-
larında. Hərbi məcmuə. №93, səh. 24-25). 
30. 06. 1918-ci ildə rus qüvvələrilə  birlikdə ermənilər Göy-
çaya qəfil basqın etdikləri üçün, Azərbaycandakı Osmanlı ordu-
sunu  gücləndirmək  məqsədilə  38-ci  alay  aşağıdakı  qüvvələrlə 
Azərbaycana göndərilmişdir: 
65 zabit; 
2475 əsgər; 
701 heyvan; 
2092 tüfəng; 
16 dəzgahlı pulemyot; 
4 güclü dağ topu
1 güclü dağ batareyası. 
Bu qüvvələrdən başqa 3-cü ordunun ehtiyatda olan 350 əsgə-
rinin  9.  07.  1918-ci  ildə  Qazaxa  gəldiyi  və  bu  ehtiyat  hissəsinin 
Bərgüşad  vağzalından  diviziyanın  əmrinə  göndərildiyi  ordu  ko-
mandanlığı  tərəfindən  bildirilirdi.  Osmanlı  ordusu  tərəfindən  kö-
mək məqsədilə Azərbaycana göndərilən 5-ci qrup Bakıda döyüşl-
ər gedən zaman gəlmişdir. Bundan başqa bir Azərbaycan korpusu 
da vardı (Rüştü Bakı yollarında. Hərbi məcmuə №93, səh. 78). Bu 
ordunun  təşkili,  kiçik  zabitlər  və  zabitlərin  İslam  ordusu  koman-
danlığı  tərəfindən  Gəncədə  açılan  qısa  müddətli  hərbi  kurslarda 
təhsil  aldıqları  məlumdur.  Azərbaycan  korpusuna  bir  neçə  azə-
rilərdən  ibarət  nizami  alayı,  Dağıstan  süvari  alayı  və  bunlardan 
başqa Azərbaycanın hər tərəfindən gələn arası kəsilməyən könül-
lülər də daxil olurdu. Hərbi təlim-tərbiyənin  vaxtı az olduğu üçün 
vuruşma  zamanı  çoxlu  tələfat  olurdu.  Buna  baxmayaraq  döyüş 
meydanından əsla geri çəkilməyərək, “Biz buraya ölməyə gəldik, 
dönməyə yox” – deyərək vuruşur və getdikcə döyüş havasına alı-
şırdılar.  Azərbaycan  korpusunun  təşkilatı  tamamlandıqdan  sonra 
ona podpolkovnik Həbib bəy Səlimov komandanlıq edirdi. 
Cəsur  və  döyüş  texnikasını  gözəl  bilən  Türk  ordusunun 
yüksək  rütbəli  zabitləri  tərəfindən  layiqincə  qiymətləndirilən 


Azərbaycan  mühacirət irsi 
 
 
84 
podpolkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı 
zabitlərdəndir. Bu döyüşlərdə cəbhə iki yerə - cənub və şimal 
qruplarına  ayrılır,  cənub  qrupuna  podpolkovnik  Həbib  bəy 
komandir  təyin  edilir.  (Rüştü.  Bakı  yollarında.  Səh.  101). 
Şimal qrupuna isə qərargah podpolkovniki Osman bəy təyin 
edilmişdir. 
“İlk yaradılığında cənub qrupunun qüvvələri belə idi: 4-cü pi-
yada  alayı  (azəri  alay),  1-ci  və  2-ci  batalyon,  iki  süvari  bölüyü, 
azəri  süvarilərindən  ibarət  daha  bir  bölük,  iki  qrup  dağ  və  rus 
səhra topundan ibarət olmuşdur. Bundan başqa alaylarına verilən 
Azərbaycan  səhra  topçu  vzvodu  öküzlə  daşındığı  üçün  şosse 
yolundan  kənara  çıxa  bilmirdi.  Ancaq  bu  heyvanlar  düşmənin 
zirehli avtomobillərini, zirehli qatarlarını qaçırmaqda və toplarını 
susdurmaqda çox yararlı olurdular. (Yuxarıda göstərilən əsər, səh. 
92). Əsasən toplar, Türkiyə cəbhəsini tərk edərək Rusiyaya dönən 
əsgərlərdən Azərbaycan partizanları tərəfindən zorla alınmışdı. Bu 
topların mərmiləri rus alaylarından qənimət olaraq  ələ keçirilmiş 
və olduqca çox idi. Azərbaycan korpusunda olan silahlar Rusiyada 
istehsal  olunmuşdu.  Buna  görə  də  mərmi  sarıdan  çətinlik  çə-
kilmirdi. Amma  Osmanlı  ordusunda istifadə olunan silahlar üçün 
mərmi  çatışmırdı”  (Yuxarıda  göstərilən  əsər).  Döyüş  zamanı 
Osmanlı  ordusunu,  Azərbaycan  ordusunu  Azərbaycan  hökuməti 
və xalqı ərzaqla təmin edirdi.  
İslam  ordusu  komandanlığından  5-ci  Qafqaz  diviziyası  ko-
mandanlığına, Bakıya hücum zamanı verilən bir əmrdə aşağıdakı 
qeydlər çox əhəmiyyətlidir: “Bakıya yaxın olan müsəlman kənd-
lərinin  silahlı yardımla bərabər, sizi ət, su, çörək və digər ərzaqla 
yardım  edəcəkləri  də  şübhəsizdir.  Baxmayaraq  ki,  indiki  vaxtda 
siz  həmin  kəndlərdən  70  km  aralıdasınız  (Yuxarıda  göstərilən 
əsər, səh. 113). 
Bakıda gedən döyüşlər çox çətin keçdiyindən, Osmanlı or-
dusunun 15-ci diviziya qərargahı, 56-cı və 106-cı piyada alay-
ları  1200  əsgərlə  Qaraköcədən  Bakıya  göndərilmişdir.  Ha-
cıqabul  ilə  Ələt  vağzallarından  Bakı  istiqamətində  hərəkət  edən 


Azərbaycan  mühacirət irsi 
 
 
85 
ordu  susuzluqdan  əziyyət  çəkirdi.  Buralar  məhsul  verməyən, 
şoranlıq bir ərazidir. Tiflisdən Bakıya gedən dəmir yolu buradan 
keçir. Ələt vağzalı Xəzər dənizinin sahilinə yaxındır. Düşmən bu 
cəbhədə  həm  dənizdən,  həm  də  təyyarə  ilə  havadan  ordumuza 
saysız-hesabsız  hücumlar  edirdi.  Türk  ordusu  özünəməxsus  dö-
zümlülük  göstərərək, susuzluğa və itkiyə baxmayaraq, düşmənin 
hücumlarını dəf edərək Bakıya yaxınlaşmış və Qobu kəndində qə-
rargah qurmuşdu. 
Böyük hərbi nüfuza malik İsmət İnönü vaxtilə bəzi xatirələrini 
yazdığı “Akis” jurnalında, Fəxrəddin Altay isə “Həyat” jurnalında 
1918-ci  il  Birinci  Dünya  müharibəsinin  axırında  Osmanlı 
ordusunun  Azərbaycana  səfərini  “macəra”    kimi    qiymətlən-
dirmişdir. İstefada olan podpolkovnik Rüştünün “Bakı yollarında” 
adlı  müfəssəl  əsərində  təfsilatı  ilə  verdiyi  faktlardan  görürük  ki, 
Azərbaycana  beş  qrup  halında  göndərilən  hərbi  qüvvələr  cəmi 
10 000 nəfərdən ibarət olmuşdur. Özünü yabançı bir ölkədə  hiss 
etməyən bu ordu Azərbaycan nizami və könüllü dəstələri ilə yan-
yana, çiyin-çiyinə vuruşmuşdular. Azərbaycanı azad etməyə gələn 
və “İslam ordusu” adı altında toplanan Osmanlı ordusunun itkisi 
podpolkovnik  Rüştünün  verdiyi  məlumata  görə  800-dən  1000 
nəfərə qədərdir. Azərbaycan hissələrinin hərbi təlim səviyyəsi zəif 
olduğundan onların itkisi türklərdən 3-5 dəfə çox olmuşdur.  İndi 
bu  əziz  şəhidlərimiz  Azərbaycan  torpağında  yan-yana  yatırlar. 
Onlara min rəhmət olsun! 
Görəsən Birinci Dünya müharibəsinin son aylarında Azər-
baycana  göndərilən  Osmanlı  qüvvələrinin  üzündən  hansı 
cəbhədə,  hansı  döyüş  məğlubiyyətə  uğramışdır?  Belə  qüv-
vələrə  misal  olaraq  rus  inqilabı  zamanı  Şərq  cəbhəsini  tərk 
edərək  geri  dönən  rus  ordusuna  qarşı  vuruşan  Osmanlı 
qüvvələrini göstərmək olar (19, s. 233-239). 
 
Azərbaycan İstiqlal Mübarizəsi Tarixi.  
Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1992.  
 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə