Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə22/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   18   19   20   21   22   23   24   25   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
67 
Heyvan:  1939;  silah:  tütək  –  4.342;  makinalı  tütək  –  36; 
kəsici silah – 3.752; top – 14. 
Cəbbəxana: tüfəng üçün – 847 sandık; top gülləsi – 801; əl 
bombası  –  1739;  qazma –  520;  kürək  –  1.412;  balta  – 225;  tel 
makinası  –  169;  prtatif  çadır  –  3.242.  Eyni  tarixdə  5-ci  Firqə 
əmrində  olan  Azərbaycan  Cümhuriyyətinin    müharibə 
cəbhəsində olan qüvvəsi də aşağıdakı miqdardadır: 
Zabit:  muharib  (döyüşən)  –  30;  muharib  olmayan 
(döyüşməyən)  –  4  nəfər;  muharib  (döyüşən)  –  727;  muharib 
olmayan (döyüşməyən – 99; heyvan – 435; silah: tüfəng – 605; 
makinalı tüfəng – 21; kəsici silah – 322; top – 6. 
Cəbbəxana:  tüfəng  üçün  –  100  sandık;  top  gülləsi  –  472; 
şarapnel  –  528.  Qüvvələr  bununla  bitmir.  Düşmənin  Göyçayı 
alması  münasibətilə  Qafqaz  İslam  Ordusu  Komandanlığı 
tərəfindən  “vəziyyətin  vahiməli”  olmasına  dair:  verilən 
teleqraflarına əsasən 9-cu Osmanlı Ordusundan 65 zabit, 2.475 
nəfər,  701  heyvan,  2.092  tüfəng,  16  ağır  markalı  tüfəng  və  4 
qüdrətli  dağ  topundan  ibarət  38-ci  alay  və  bir  qüdrətli  dağ 
batereyası  11 iyulda Qazaxda olmaq üçün 6 iyulda Gümrüdən 
hərəkət etmişdi. 
Bundan  başqa  Şamaxının  zəbtindən  sonra  Bakıya  ya-
xınlaşan  ordu  5  avqustda  Bakı  şəhərinə  etdiyi  müvəffəqiy-
yətsiz hücuma əsasən 15-ci firqənin Azərbaycana göndəril-
məsi  üçün  müraciət  etmişdi.  İranın  təhrikilə  ingilislərin 
yardımını  nəzərə  alaraq  Bakıya  ilk  öncə  Qarakilsədən  1200 
muharibdən  ibarət  107-ci  alay,  sonra  da  9-cu  ordunun  15-ci 
firqə  qərargahı  ilə  56-cı  və  106-cı  piyada  alayları  ilə  bir  qüd-
rətli, bir on buçukluk Skoda dağ obüs (on tam onda beş milli-
metrlik dağ) və bir də on buçukluk sahə obüs (on tam onda beş 
millimetrlik  istehkam) batareyaları  gəlmişdir. Bunlardan başqa 
Culfa  –  Ordubad  yolu  ilə  Qarabağa  da  yardım  göndərilmişdir. 
Bu  şəkildə  artan  Türkiyə  yardım  qüvvələrilə  bərabər 
Azərbaycan  qüvvələri  də  artmış,  təşkil  edilən  kıtaatları  (ordu 
hissələrindən)  başqa  Qazax,  Gəncə,  Zaqatala,  Şəki,  Cavanşir, 


Azərbaycan  mühacirət irsi 
 
 
68 
Ağdam, Ağdaş, Göyçay, Salyan, Quba və Bakı ətraflarında sü-
vari, milis təşkilatı, könüllü müsəlləh qruplar və s. yaradılmış-
dır. 
Maruf (məlum) “Vəhşi  Firqə” deyilən və istiqlal dövründə 
birinci  süvari  alayında  olan  müntəzəm  qüvvələrdən  başqa  Za-
qatala süvarisi, Qazax, Gəncə, Göyçay və Bakı könüllülərindən 
başqa  Salyan  ilə  Cavadda  Ramazanovun  təşkil  edib  düşmənin  
Kür hövzəsini və Muğanı ələ keçirməsinə mane olan və bu şə-
kildə ordunun sağ cinahını təmin edən qüvvələrlə, Quba tərəflə-
rində  kaymakam  (qəza  rəisi)  Şükrü  Bəyin  təşkil  edib  Qubanı 
azad  etdiyi  və  Bakı-Dərbənd  dəmiryolundan  istifadə  etməmə-
sinə  müvafiq  olduğu  qüvvələrin  həyata  keçirdikləri  tədbirlər 
Qafqaz İslam Ordusu komandanlığında təqdirə layiq görülmüş-
dür. 
Üçüncü Ordu komandanı Vəhib Paşaya yazdığı raport-
da  Qafqaz  İslam  Ordusu  komandanı  Nuru  Paşa,  Erka-
nıhərb  (Baş  Qərargah)  rəisi  kaymakam  (qəza  rəisi)  Nazim 
bəyin Kürdəmir cəbhəsinə göndərildiyini bildirirdi. Mağalof 
qüvvələri çəkildikdən sonra, irəliləməkdə olan bolşevik-erməni 
qüvvələrinə  qarşı    bu  cəbhəni    süvari  alayımızla  könüllülər 
müdafiə  edirdilər.  Eyni  zamanda  Şamaxını  geri  almağa 
müvəffəq  olan  Gəncə  könüllüləri  oranı  müdafiə  etməmiş 
çəkilmiş, bu şəkildə düşmən Ağsuya, oradan da Göyçay istiqa-
mətində Qaraməryəmə gəlmişdi. 
Daha  5-ci  Qafqaz  Firqəsi  gəlməmişdi.  Qüvvə  gəldikdən 
sonra  gah  Kürdəmir  cəbhəsi  Müsüslüyə,  gah  da  Göyçaya  yar-
dım göndərilmişdi. Eyni zamanda Salyan-Cavad məntəqəsində-
ki Azərbaycanlı minbaşılardan Ramazanovun müfrəzəsi də tak-
viyə edilmişdir (taburu ilə möhkəmləndirilib). Müsüslüyə gön-
dərilən  bu  qüvvə  Kür  çayı  ilə  düşmənin  irəliləməsinə    mane 
olduğu  kimi  Kürdəmir  –Bakı  dəmiryoluna  etdiyi  basqınlarla 
düşmən  qüvvələrini  müvəffəqiyyətsizliyə  uğratmaqla  məşğul 
olmuşdur. 


Azərbaycan  mühacirət irsi 
 
 
69 
Göyçayda  Qafqaz  alayı  komandanı  Osman  Bəy  qərargahı 
ilə  bərabər  dayanıb.  Qaraməryəm  cəbhəsində  türkiyəli  Muam-
mər  Əfəndinin  komandasındakı  Azərbaycan  xalqından  toplan-
mış milis bölüyü vuruşmaqdadır. 
Qafqaz  İslam  Ordusu  Komandanı  Azərbaycan  cəbhələrin-
dəki vəziyyət haqqında 3-cü ordu komandanı Vəhib Paşaya be-
lə yazırdı: 
“Bakı  bolşevikləri  kısmı  küllisile  (hamısı,  bütünlüklə)  də-
mir yolu istiqamətindən irəliləyərək Müsüslü stansiyası civarın-
dakı bataqlıq məntəqəsinə gəlmişdir. 500 nəfər qüvvəsi təxmin 
olunan bir qüvvəni də Şamaxı üzərindən kəndləri dağıdaraq və 
islamları  məhv  edərək  Qaraməryəmə  irəliləmişdir.  Piyada  10-
cu Qafqaz alayı indi də bu düşmənlə təmasdadır...” 
Qafqaz İslam Ordusu komandanı cəbbəxana və yeni yardım 
qüvvələri  göndərilməsini  xahiş  etməkdədir.  5-ci  Qafqaz  Fir-
qəsinin başında kaymakam (qəza rəisi) Mürsəl Bəy (hal-hazırda 
Mürsəl Paşa), erkanıhərbiyə rəyasətində də əsərin müəllifi Kd. 
Yüzbaşı (sonralar kaymakam, qəza rəisi) Rüştü Bəy idi. 
Yardım qüvvəsi ilk öncə Gəncədəki ermənilərin silahla-
rını aldıqdan sonra 15 iyunda Qaraməryəm cəbhəsində mü-
vəffəqiyyətli  bir  basqın  etmişdi.  Bundan  cürət  alan  Göyçay-
dakı qüvvə 17 iyunda özbaşına yenidən hücuma keçmiş, əfsus 
şiddətli  bir  istidən  və  susuzluq  nəticəsində  məğlubiyyətə 
uğramışdır.  10-cu  Qafqaz  alayının  verdiyi  zaiyat  (itki)  belə 
olmuşdur: 28-ci tabur: 4 nəfər şəhid, 15 nəfər yaralı, Mülazim 
(leytenant)  Lütfi  Əfəndilə  52  nəfər  itkin,  29-cu  tabur:  Birinci  
mülazim (leytenant) İsmayıl Haqqı və mülazim (leytenant) Zə-
ki  Əfəndilər  şəhid,  mülazim  Nəzmi  Əfəndilə  zabit  vəkili  Zəki 
Əfəndilər ağır yaralı, 11 şəhid, 26 yaralı, 3 nəfər itkin. 
30-cu  tabur:  mülazim  (leytenant)  Kazım  və  İbrahim 
Əfəndilər  şəhid,  Birinci  mülazim  (leytenant)  Bəsri  Əfəndi 
yaralı, 13 nəfər şəhid, 78 nəfər yaralı, 15 nəfər itkin. 
Dağ topçu takımından: 19 nəfər itkin, 6 heyvan ölmüş, iki 
top, on tüfəng və 41 atım cəbbəxana düşmən əlinə keçmişdir. 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə