Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə18/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
55 
olan  bu  Brest-Litovsk  müqaviləsi  “Hər  millətin  öz  müttəfiqlə-
rini  ancaq  özünün  təyin  etmək  haqqına  malik  olduğundan”  da 
bəhs  etməkdə  idi.  Sovet  Rusiyası  tərəfindən  də  qəbul  və  elan 
edilən  bu  prinsipləri  irəli  sürən  Azərbaycan  Cumhuriyyət  Hö-
kumətinin  bu  meşru  (qanuni)  haqqını  şiddətlə  müdafiə  edən 
mərhum Tələt Paşa, 23 Sentyabr 1918-ci ildə Almaniya ilə bir 
protokol  imzalamışdı.  Bu  protokola  görə,  hər  iki  tərəf 
Azərbaycanın  istiqlalını  tanıyır  və  Osmanlı  qüvvələrinin 
çəkilməsi  şərti  ilə  bu  istiqlalın  Rusiyada  da  tanınması  işini 
Almaniya öz üzərinə götürürdü. Mondros sülh müqaviləsindən 
daha əvvəl Qafqaz İslam Ordusunun aqibəti bəlli idi. Fəqət bu 
ordu Azərbaycanda milli  bir qüvvə  yetişdirmək vəzifəsi  ilə də 
məşğul idi. Sonralar Qafqaz İslam komandanlığına təyin olunan 
mərhum Nuru Paşa muallim-zabit heyəti başında 4 iyun 1918-
ci  il  anlaşmasından  çox  əvvəl  may  ayının  ortalarında  bu 
məqsədlə  Azərbaycana  gəlmişdi.  Maiyetini  (ətrafındakıları) 
Mosulda  buraxan  Nuru  Paşa  Azərbaycandan  Üçüncü  Ordu 
Komandanı Vehip Paşaya yolladığı bir raportunda burada milli 
bir ordu təşkil etmək üçün hər cür imkanın və vəsaitin mövcud 
olduğunu,  yalnız  muallim-zabit  kadrına  ehtiyac  hiss  edildiyini 
yazır  və  Mosulda  qalan  müəllim-zabit  heyətinin  bir  an  əvvəl 
göndərilməsini rica edirdi. Bilindiyi kimi, bu heyət bir türlü g-
əlib çıxmadı. Gəncədə kiçik zabit məktəbi açılmışsa da, İstiqlal 
savaşı  bu  sahədə  əsaslı  bir  gəlişməyə  mane  olmuşdu.  Əsl 
fəaliyyət  istiqlal  zəfərindən sonra başlayacaqdı.  Və Qafqaz  İs-
lam Ordusu yerini işğal edəcək bir Azərbaycan ordusu yaratma-
dan çəkilərsə, siyasi və əsgəri müvazinətin alt-üst olacağı Qaf-
qazda hər şey məhv edilmiş sayılacaq və Azərbaycanın müqəd-
dəratı təhlükəyə düşəcəkdi. Bu durumun nəzakətini təqdir etmiş 
olacaq  ki,  yeni  Osmanlı  kabinəsi,  Qafqaz  İslam  Ordusunun 
Qafqazı  tahliye  etməsi  (boşaltması)  üçün  verdiyi  əmrdən  iki 
gün sonra, 26. 10. 1918-ci il tarix və 5276 saylı bir əmrnamədə 
eyni  ilə  deyilirdi:  “Şimali  Qafqazla  Azərbaycanda  hizmət  et-
mək istəyənlər qalacaqdır”. 


Azərbaycan  mühacirət irsi 
 
 
56 
Bu  müsaidəyə  uyan  Nuru  Paşa  Qafqaz  İslam  Ordusu  ko-
mandanlığından  istefa  verərək,  yerini  “Azərbaycanda  Osmanlı 
kıtaatı (ordu hissələri) komandanı” ünvanını alan Mirliva Mür-
səl  Bəyə  (sonralar  general  Mürsəl  Bakıya)  vermiş  və  özü  də 
Azərbaycan  ordusu  komandanı  ünvanını  almışdır.  Bu  şəkildə 
Nuru Paşa 4 noyabr 1918-ci ildə “Azərbaycan hökuməti ilə bu-
rada qalacaq zabitlər üçün əqd edilən müqavilə şəraiti” başlığı 
altında, orduya bir təbliğ yayınlatmışdır. 15 maddədən ibarət bu 
müqaviləyə  görə:  “Azərbaycan  hizmətinə  girəcək  zabitlər  və 
məmurlar mezkur (haqqında danışılan) hökumət təbəəsi olacaq. 
Cəza və mükafat xüsuslarında da Azərbaycan qanunlarına tabe 
olacaqlar” (maddə 1). “Zabitlər rütbə səviyyələri ilə qalacaqlar. 
(Fəxri  təbiri  (rütbələri)  qalacaqdır).  Türkiyədə  kıdemen  terfi 
edənlər (növbəti rütbəni alanlar) burada bir dərəcə yüksək rüt-
bəsi  ilə  qazanacaqlar”  (maddə  2).  “Hər  zabitə  ildə,  azimet  və 
avdet dail (gedişi-dönüşü), 2 ay məzuniyyət verəcəkdir. Bu iki 
ay  maaşı  hərəkətindən  əvvəl  peşinen  (arxasınca)  və  kamilən 
alacaqdır” (maddə 3). 
“Azərbaycandakı xidmət müddətində xidməti əsgərliyə qa-
biliyyətini zəyi edəcəklərə, üç ildən beş ilə qədər olmaq şərti ilə 
maaş nisbətində təzminat verəcəkdir” (maddə 10). “Üç il bütün-
lüklə  Azərbaycanda  keçirilənlərə  xitam  müddətində  altı  aylıq 
mükafat veriləcəkdir. Üç ilin xitamında konturatı (müqaviləni), 
üç ildən aşağı olmamaq şərti ilə tecdit (yeniləmək) edəcəklərə, 
bir dəfəyə məxsus olmaq şərti ilə, bir illik maaş nisbətində mü-
kafat verilir” (maddə 11). 
“Zabitlərin Türkiyədəki ailələrinə verilməkdə olan siparişat 
(yardım)  və  ərzağın  bundan  sonra  yenə  verilməsi  üçün  Azər-
baycan  hökumətinə  görə  lazımlı  tədbir  sayılacaqdır.  Bunun 
üçün sərf olunacaq məbləğ Azərbaycan hökumətinin borcu ola-
caq və iki hökumət arasın-da mahsubu (məxsusi) yerinə yetiri-
ləcəkdir” (maddə 12). 
Fəqət, Mondros müqaviləsi bu kontratoyu (müqaviləni) ka-
ğız üzərində buraxdı. Müqavilənin 11 maddəsinə görə, Osmanlı 


Azərbaycan  mühacirət irsi 
 
 
57 
hökuməti Cənubi Qafqazla şimal-batı İranı tahliye (boşaltmağı) 
edir. 15-ci maddəyə görə də Batumla Bakının ingilislər tərəfin-
dən işğalına razılıq göstərirdi. Osmanlı hökuməti Hərbiyə naziri 
24 noyabr 1918-ci ildə 9-cu Orduya bu əmri yollamışdır: 
“1. – 28. 10. 1918 və 11. Ş. 5887 saylı əmr, vaziyeti ahire 
mucibince  mefsühtur  (son  vəziyyətə  görə  ləğv  edilmişdir).  Şi-
mali və cənubi Qafqazda olan bölümün zabit və efrad (fərdilər), 
iki  ayı  keçməmək  şərti  ilə,  9-cu  ordu  komandanlığına  təyin 
ediləcək zaman ərzində 9-cu ordu ilə ittifaq edəcəkdir. 
2  –  Esliha  və  cebhane  (silah  və  sursat)  daha  9-cu  orduya 
təslim ediləcəkdir. 
3  –  Bu  əmrə  itaət  etməyənlər  haqqında  təqib  kampaniyası 
qurulacaq  və  9-cu  ordu  komandanlığı  bu  əmri  Nuru  Paşaya, 
Mürsəl Bəyə və Yusif İzzət Paşaya məsul edəcək və nəticəsini 
bildirəcəkdir”. 
Buna  görə  9-cu  ordu  komandanı  mirliva  (albay)  Z.  Şövqi 
bəy  “30  dekabr  1938-ci  il  tarixinə  qədər  Azərbaycanda  və 
Şimali  Qafqazda  heç  bir  Osmanlı  zabit  və  nəfəri,  silah  və 
cəbbəxanası  qalmayacaq”  və  “qalanlar  haqqında  təqib  icra 
ediləcəyi”  xüsusunda  bir  əmr  göndərdi.  Əmrdə:  “Şimendifer 
(Dəmiryolu)  nəqliyyat  hərəkətindəki  ademi-kifaye  (kifayət 
olmayan)  və  sairə  heç  bir  vəchlə  esbabi-taahhür  ad  və  qəbul 
edilməyəcəyi də tasrih (izah etmək) edilməkdə idi. 
Bu  qatı  əmrə  rəğmən,  Azərbaycan  hökuməti,  Osmanlı 
müəllim-zabit  kadrının  kontrato  (müqavilə)  gərəyincə  qalma-
sını saxlamaq üçün Bakının işğalına hazırlanan İrandakı ingilis 
qüvvələri komandanı general Tomson nəzdində təşəbbüs etmiş-
sə də, “Azərbaycan namında bir hökumət tanımadıqları” cava-
bını almışdı. Əslində Mondros müqaviləsində də Azərbaycanın 
adı  qeyd olunmuş və Osmanlı dövləti  ilə Azərbaycan Cumhu-
riyyəti arasındakı  muahede (müqavilə) və anlaşçalar heç sayıl-
mışdı. 
Noyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını ingilis-
lərə  təslim  edərək  çəkildi.  Onlarla  bərabər  məhdud  Azər-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə