Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə20/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   16   17   18   19   20   21   22   23   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
61 
Qanlı savaşın seyrinə qapılmış və bir sel kimi axan orduya 
qatılmış şairdə zəfərin qələbəsinə ümidi də artmaqdadır. Bakını 
da bu ümidə iştiraka çağıran şair qazi və şəhidləri də unutmur: 
 
Ey Bakı, sən qorxma, gəldik gələli, 
Səninçin atıldıq daim  irəli. 
Sağ qalanlar analara təsəlli
Şəhidlərin ruhu gülər, bismillah! 
 
Sağ qalanlar analara təsəlli bir qazi, ölənlər də məmnun və 
nəşəli  bir  şəhiddir.  Əsasən,  artıq  alın  yazısının  qara  olduğu 
anlaşılmış  olan  düşmənin  atdığı  qurğuşunlar  da  bizləri  öldür-
mür.  Halbuki,  şairin  ərməğan      olaraq  yolladığı  qurğuşunlar 
düşmənin çirkli alnını öpməkdədir: 
 
Ey düşmən, alnının yazısı qara, 
Öldürməz bizləri vurduğun yara. 
Yolladığım qurşun ərməğan sana, 
O kirli alnını öpər, Bismillah! 
 
Düşmən, “qudurğan saçmalı boş bir nöbet”dən (növbətdən) 
ibarət  son  müqavimətini  göstərir.  Əfsus,  bu  müqavimət 
faydasızdır:  saxlandığı  torpaq  onun  qanını  içəcək  və  şairin 
yurdu ona sipər olmayacaqdır: 
 
Sən mərd olub dursan qarşımda əgər, 
Qudurğan saçmalı növbətin keçər. 
Sağlamlığın olmaz sana sipər, Bismillah! 
Bəli,  şair  haqlıdır.  Görüşlərində  və  həyəcanlarında  olduğu 
kimi,  kehanetlərində  də  haqlıdır.  Müqəddəs  yurd  torpaqları 
gasıp  və  qəddar  düşmənə  sipər  ola  bilməzdi  və  olmadı  da. 
Qəhrəman Qurtuluş ordusu düşməni saxlandığı səngərlərdən 
süngüsünə keçirmiş və Xəzərə tökmüşdü. Bakını bürüyən hərb 
meydanı  düşmən  cəsədləri  ilə  dolmuşdu.  “Allah,  Allah” 


Azərbaycan  mühacirət irsi 
 
 
62 
sədalarını top gurultuları və silah səslərinə qarışdıran müzəffər 
qurtuluş  ordusunun  şəhərə  girməkdə  olduğunu  görən  düşmən 
təslim bayrağı qaldıraraq aman diləmişdi. 
İstiqlal  savaşını  zəfərə  çatdıran  və  bizə  hürr  və  məsud 
bir  istiqlal  həyatından  bəhs  edən  bu  möhtəşəm  səhifəni 
Əhməd Cavad aşağıdakı misralarda əbədiləşdirmişdi: 
 
Yurdumuzda bizə meydan oxuyan
Murdar cəmdəkləri murdar qoxuyan. 
Tək bir səslərini uzaqdan duyan
Düşmənimiz aman istər, Bismillah! (47, s. 3-5). 
 
“Azərbaycan” aylıq Kültür Dərgisi. 
Sentyabr 1953, yıl 2, sayı 6(18) 
 
 
 
BAKI YOLLARINDA 
 
(Bakı zəfərinin 17-ci ildönümü münasibətilə) 
(1918 – 15 Sentyabr 1935) 
 
Daxildən gələn bir sevgi ilə, diqqət və ehtimalla hər vəsiqə, 
əmr,  raport  və  müşahidələr  əsasında  yazılmış  mükəmməl  bir 
əsər:  “Böyük  hərbdə  Bakı  yollarında  5-ci  Qafqaz  Piyada 
Firqəsi...” 
Türkiyə  Cumhuriyyəti  Baş  Erkanı  (Qərargahı)  Hərbi  Rə-
yasətinin 4.12.1933 tarixli rəsmi əmri ilə, eyni Firqəyə mənsub 
və  1918-ci  ildə  Bakı  uğrunda  apardığımız  istiqlal  savaşına, 
əvvəlindən sonuna qədər birbaşa iştirak etmiş Erkanıhərb (Baş 
Qərargah) kaymakamı (qəza rəisi) Rüştü bəy kimi səlahiyyətli 
bir adam  tərəfindən qələmə alınmış olan bu mükəmməl  əsərin 
qiymət  və  əhəmiyyəti  üzərində  çox  dayanmağa  lüzum  varmı? 


Azərbaycan  mühacirət irsi 
 
 
63 
Və  15  Sentyabr  zəfərinin  17-ci  ildönümü  münasibətilə 
oxucularımıza bundan daha qiymətli nə hədiyyə verilə bilər? 
6  kroki  (diaqram),  bir  qururluş,  bir  cədvəl  və  iki  xəritəni 
özündə  cəmləşdirən  218  səhifəlik  bu  əsər,  93  saylı  “Əsgəri 
Məcmuə”nin,  1  iyun  1934-cü  il  tarixli  və  34  saylı  “Tarix 
qismi”ni  başdan-başa  işğal  etmişdir.  Ələlxüsus  “Osmanlı 
ordusunun  Azərbaycana  qardaş  yardımı”nı  canlandırmağa 
çalışan  müəllif,  Anadolu  MƏhmətciklərinin  unudulmaz 
qəhrəmanlıqları ilə  yan-yana bizə Azərbaycanın  o zamankı si-
yasi  və  əsgəri  vəziyyəti,  millətimizin  məruz  qaldığı  fəlakətlər 
və  istiqlal  hərbində  göstərdiyi  fədakarlıqlar  haqqında  da 
məlumat verir. 
“Rus  ihtilal  (mübarizə)  və  inqilabının  orduya  təsiri  və 
Rusiyadakı  kiçik  millətlərin  siyasi  hərəkatları”  başlığı  altında 
topladığı  giriş  qismində  Qafqazdakı  siyasi  vəziyyəti,  Cənubi 
Qafqaz  hökumətinin  quruluşunu,  gürcülərlə  ermənilərin  rus 
ordusundakı  əsgərlərindən  ibarət  milli  ordu  yaratmalarını, 
Azərbaycanın belə bir ordudan məhrum olduğunu, ermənilərin 
Şaumyanla  əlbir  olaraq  Bakıda  qətliam  törətdiklərini  və  bu 
xüsusda  Cənubi  Qafqaz  hökumətinin  Azərbaycana  yardım  et-
mədiyini qeyd  etdikdən sonra deyir ki: 
“Bu  elim  (ağır)  vəziyyət  qarşısında  Tiflis  Seymində  olan 
müsəlman  üzvü  bir  qrup  təşkil  edərək  teşrif  və  siyasi  işlərdən 
başqa  milli  və  ictimai  işləri  də  həyata  keçirməyə  məcbur 
olmuşdu.  Əfsus  icra  qüvvəsindən  məhrum  və  orduya 
dayanmayan  Seym  müsəlman  qrupu  bu  qətliam  və  imha 
vəkainin önünə cezri şəkildə keçə bilmirdi (qırğının, talanların 
qarşısını  ala bilmirdi). Cənubi  Qafqaz hökumətindən gözlənən 
ümidlər boşdu. Seymin, ordu təşkilatı üçün Gəncə Milli Müsəl-
man  Komitəsinə    verməyi  vəd  etdiyi  mühüm  miqdardakı  silah 
və  cəbbəxana  da  tamamilə  verilməmişdi.  Nəhayət,  Bakını  ələ 
keçirən  bolşevik-erməni  qüvvəsi  Şamaxı-Kürdəmir  xəttinə 
qədər  qırıb-çataraq  irəliləmiş  və  bu  təcavüzdən  Lənkəran, 
Salyan və Quba qəsəbələri də özlərini qurtara bilməmişdilər”. 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə