Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə23/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   19   20   21   22   23   24   25   26   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
70 
Bu məğlubiyyətə görə cəbhəni tədqiq etmək istəyən Qafqaz 
İslam  Ordusu  komandanı  yanında  azərbaycanlı  generallardan  
Əli  Ağa  Şıxlinski,  5-ci  Qafqaz  Firqəsi  erkanıhərbi  (Baş 
Qərargahı) və başqa zabitlər olduğu halda Göyçaya  gəlmiş və 
döndükdən  sonra  5-ci  Qafqaz  Firqə  qərargahı  Göyçaya  təyin 
edilmişdir:  “Müsüslü  cəbhəsində  olan  ordu  erkanıhərb  (Baş 
Qərargah)  rəisi  Nazim  Bəy  də  geri  alınmış  və  bu  cəbhədəki 
kıtaatla  (ordu  hissələri)  Azərbaycanı  kaymakam  (qəza  rəisi) 
Həbib Bəy Səlimov komandirlik etməyə başlamışdı.” 
“Azərbaycan  kolordusu  (hərbi  birləşmələri)  namilə 
meydanda  olan  kıtaat  (ordu  hissələri)  500-600  nəfərdən 
ibarətdi. Əfsus bu təşkil ediləcək kolorduya (hərbi birləşmələrə) 
aid bir qisim maliyyə və təchizat vardı. Əslində bu maliyyə və 
təchizatdan istifadə edə bilməsi üçün 5-ci Qafqaz Firqəsi də 25 
iyundan  etibarən  Azərbaycan  kolordusu  (hərbi  birləşmələri) 
əmrinə  verildi.  Kolordu  (hərbi  birləşmələri)  komandanı  Əli 
Paşa  Şıxlinski  ilə  cərəyan  edəcəyinə  və  o  vasitə  ilə  firqənin 
hərəkəti  hərbinə  verilən  raportların  Orduya  tətbiq  olunacağına 
dair ordudan əmr alındı.” 
Anadolu  qəhrəmanlarının  unudulmaz  fədakarlıqlarından 
ilham  alan  Azəri  Türkü  ikinci  15  Sentyabrın  da  doğulmasına 
dərin  inam  bəsləməkdədir.  Çünki  o,  Anadolu  qəhrəmanlarının 
mübarək qanları bahasına bizə bəxş etmiş olduqları 15 Sentyabr 
zəfərini heç bir zaman unutmamış və unutmayacaqdır. 
Anadolu  Türklərinin  Azərbaycanın  istiqlalı  və  istiqbalı 
uğrunda  apardıqları  çətin  və  qanlı  müharibələr  və  müca-
dilələr həqiqətən də nəsildən nəsilə keçərək unudulmaz bir 
dastan halına çatmışdır (48, s. 10-16). 
 
“Qurtuluş”, sentyabr 1935, 
VIL 2, sayı 11. 
 


Azərbaycan  mühacirət irsi 
 
 
71 
 
Ceyhun Hacıbəyli 
(1891- 1962)
 
 
eyhun  Hacıbəyli  1891-ci 
ildə fevral ayının 3-də Şu-
şada  anadan  olub.  İlk  təh-
silini  Şuşada  N.  Vəzirovun  müdir  ol-
duğu  məktəbdə,  orta  təhsilini  isə  Ba-
kıda alıb. 
1908-ci ildə, yanvarın  12-də  qar-
daşı  Ü.  Hacıbəyovla  birlikdə  yazdığı 
“Leyli və Məcnun” operası H. Z. Ta-
ğıyev teatrında tamaşaya qoyulub. 
Sonradan  təhsilini  davam  etdir-
mək üçün Peterburqa gedib, universi-
tetin  hüquq  fakultəsinə  daxil  olub. 
Sonradan o, Fransaya gedib və Sorbon 
universitetində oxuyub.  
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) o, 
bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb, son-
radan  isə  Azərbaycan  nümayəndə  heyətinin  tərkibində  Parisə  gedib. 
Fransada mühacirət həyatı yaşayıb.  
Mühacirət illərində o, aşağıdakı əsərlərini yazıb nəşr etdirmişdir: 
1) “İlk müsəlman respublikası Azərbaycan”. 2) “Azərbaycan mətbuat 
tarixi”.  3)  “İslam  əleyhinə  təbliğat  və  onun  Azərbaycandakı  metod-
ları”. 4) “Qarabağın dialekti və folkloru”. 
Eyni zamanda o, Üzeyir Hacıbəylinin  “Arşın mal alan” operasını 
fransızcaya  tərcümə  edib  və  Parisdə  tamaşaya  qoyub.  Onun  Parisdə 
fransız dilində nəşr edilən mətbuat orqanlarında da müxtəlif məqalə-
ləri nəşr edilib.  
C. Hacıbəyli 1962-ci ilin oktyabr ayının 2-də vəfat edib, Parisin 
Sen-Klu məzarlığında dəfn olunub.  
 
 
 



Azərbaycan  mühacirət irsi 
 
 
72 
 
Ceyhun Hacıbəyli 
 
VİSBADENDƏN – ŞTARNBERQƏ 
 
İyunun  sonunda    Bavariyanın  bu  gözəl  qəsəbəsində 
keçirilmiş  konfrans  yalnız  ikicə  gün  sürdü.  Bu  konfrans 
Visbaden konfransının davamı idi. Visbadendə həll edilməmiş 
məsələləri  müzakirə  edərək  ümumi  antibolşevik  cəbhəsi  təşkil 
olunmasına  münasib  qərarlar  çıxarmalı  idi.  Məlum  olduğu 
kimi,  Visbaden  konfransı  iki  mühüm  nöqtəni    həll  edə 
bilmədiyindən,  məsələni  yeni  bir  plenuma  həvalə  edərək, 
ümumi bir deklarasiya ilə iktifa etmişdi.  
Həll  olunmayan  nöqtələrin  ən  mühümü  ünvan  məsələsi 
idi:  Ruslar gələcək mərkəzin  adını “Rusiya millətləri  istihlası 
ittifaqı”  (SONR)  adlandırmaqda  israr  edirdilər.  Bu  təklifi  biz 
qəti surətdə rədd etdik: vaxtilə biz öz istiqlalımızı elan etmişik, 
bizləri  artıq  “Rusiya”  cildinə  daxil  etmək  doğru  olmaz. 
Amerika Komitəsi indilik daşıdığı adı qəbul etdi. Biz söylədik 
ki,  belə  işlərin  hamısı  sizlərin  uzun  illərdən  bəri  apardığınız 
təbliğatın  nəticəsində  törəmiş  müvəqqəti  bir  addır,  sabah  bu 
ləğv olunar və Amerikalılarda yaradacağımız ümumi cəbhənin 
ismini  mənimsəyərlər.  Bu  əsas  nöqtə  üzrə  ruslarla  bizim 
aramızda ziddiyyət çıxacağı bəlli olduqda, Amerikan Komitəsi 
nümayəndəsinin  təşəbbüsü  ilə  məsələnin  artıq  açıq  qalmasına 
və  gələcək  plenumda  həll  olunmasına  razı  olduq.  Bu 
kompromis  konfransı  keçirdiyi  böhrandan  qurtardı.  Digər  həll 
olunmamış  məsələ  gələcək  mərkəzin  əsas  təşəkkülü  idi;  lakin 
zənn  etmirəm  ki,  bu  məsələ  aramızda  böyük  ixtilaflara  səbəb 
olsun.  Ştarnberg  konfransı,  zatən,  Visbadendə  seçilmiş  “bein-
ul-milel komisyon”un öhdəsinə düşən vəzifəni ifa etdi. Məlum 
olduğu  kimi,  bu  komissiya  ruslardan  və  qeyri-ruslardan 
mütəşəkkil  üçər  kişidən  ibarət  bir  orqanizm  idi:  biz  tərəfdən 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə