Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə25/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   21   22   23   24   25   26   27   28   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
77 
bir daha yaşamaqla, Azərbaycan istiqlal inamının nə qədər qüv-
vətli olduğunu bir daha isbat etmiş olacaqdır. 
Azərbaycan  Cümhuriyyəti  4 000 000  nəfərə  malikdir.  Şi-
mali Qafqaz Türk və İslam ünsürlərilə bərabər Qafqaz İslam 
əhalisi  isə  7  266896-dır.  Gürcüstan  və  Ermənistandakı 
1 000 000-a yaxın Türk əhalisi də bura daxil edilərsə, Qafqa-
zın Türk və İslam əhalisi 8 000 000-a çatır. Bu şəkildə Qafqa-
zın hakim və sıxlıq zümrəsini təşkil etməkdədir (22, s. 8-9).  
 
 “Mücahit”, yıl-6, sayı-31-32, iyul-avqust 1960. 
 
 


Azərbaycan  mühacirət irsi 
 
 
78 
 
Kərim Odər 
 (1901-1981) 
 
zərbaycan  müha-
cirətinin tanınmış 
xadimi 
Kərim 
Odər  1901-ci  ildə  Bakıda 
anadan olub. Bakı Ticarət Litse-
yini  bitirdikdən  sonra,  Azərbay-
can  Xalq  Cümhuriyyəti  dövrün-
də Xarici İşlər Nazirliyində özəl 
Qələm müdirliyi vəzifəsində ça-
lışıb. 1920-ci ilin 27 Aprel işğa-
lından  sonra  Azərbaycanı  tərk 
etmək  məcburiyyətində  qalıb. 
Üç  ilə  yaxın  Tiflisdə  qaldıqdan 
sonra, Türkiyəyə gedib. O, bura-
da  Mərkəzi  bankda  çalışıb.  “Azərbaycan”,  “Azərbaycan  
ekonomisi” kimi kitablarını çap etdirib. “Azərbaycan” jurna-
lında çoxlu yazılarla çıxış edib. 
Kərim Odər 1981-ci ildə vəfat edib.  



Azərbaycan  mühacirət irsi 
 
 
79 
 
Kərim Odər 
 
MİLLİ AZƏRBAYCAN 
CÜMHURİYYƏTİ 
 
Azərbaycan  Cümhuriyyəti  daxili  təşkilatını  qısa  bir 
zamanda  qurdu.  Milli  hakimiyyəti  təmsil  edən  Millət  Məclisi 
(əvvəlcə  Şurayi-Milli,  sonra  Məclisi  Məbusan)  açıldı.  Dövlət 
işlərini yürütmək üçün Nazirlər Heyəti (hökumət) təsis edildi...  
Xarici  siyasətdə  də  başarılı  bir  dövrə  girmişdir.  Əvvəlcə 
Osmanlı dövlətilə əsgəri bir anlaşma imzalanaraq Nuru və Mür-
səl  Paşaların  komandasında  Türkiyə  əsgərləri  Azərbaycanın 
yardımına gəlmiş və Bakını rus-bolşevik istilasından qurtarmış-
dılar.  İran  Şahlığı  ilə  də  yaxşı  danışıq,  Gürcüstanla  əsgəri 
ittifaq,  Ermənistanla  yaxşı  danışıq  anlaşmaları  imzalanmışdır. 
İstanbula, Tehrana, Tiflisə, İrəvana, Temirxan-Şuraya və başqa 
yerlərə  elçi  və  konsullar  göndərilmişdir.  Almaniya  ilə  mü-
nasibətlərindən  ibarət  olan  Mərkəzi  Avropa  Dövlətləri  (digər 
bir  təbirlə  -  ittifaq  dövlətləri)  nəzdində  Cümhuriyyəti  təmsil 
etməli  və  İstanbulda  toplanacaq  müttəfiqlər  konfransında 
Azərbaycan  məsələsini  müdafiə  etmək  üçün  M.  Ə. 
Rəsulzadənin, daha sonra da Azərbaycanı Versal Sülh Konfran-
sında işğalçı dövlətlərə qarşı müdafiə etmək üçün A. M. Topçu-
başovun  rəhbərlikləri  ilə  nümayəndələr  heyəti  göndərilmişdir. 
Digər tərəfdən, Amerika, İngiltərə, İtaliya başda olmaqla Azər-
baycana  İran,  Polşa  və  başqa  məmləkətlərdən  hər  cür  heyətlər 
gəlmişdir.  Nəhayət  12  yanvar  1920-ci  ildə  Böyük  Dövlətlərin 
yüksək şurası tərəfindən Azərbaycanın istiqlalı tanınmışdır. 
Bakıda və Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənis-
tan  nümayəndəliklərindən  ibarət  Qafqaz  konfranslarında 
Şimali Qafqaz da daxil olmaqla bu Cümhuriyyətlər arasın-
da federativ əlaqələr yaratmaq üçün Azərbaycan hökuməti 
tərəfindən  təkliflər  edilmişdir.  Azərbaycan  Cümhuriyyəti 


Azərbaycan  mühacirət irsi 
 
 
80 
Şimali  Qafqazla  Türküstan  və  Naxçıvan  türklərinin  milli 
mücadiləsinə də özəl  surətdə əlaqə yaratmış,  onlara maddi 
və mənəvi yardımlar edilmişdir. Eyni za-manda Anadoluda 
cərəyan edən istiqlal hərbinə yardım olmaq üçün Qazi Mus-
tafa  Kamal  (Atatürk)    adına  önəmli  bir  məbləğ  göndəril-
mişdir (36, s. 83-85)  
 
Azərbaycan. Boğaziçi Yayınları A. Ş. Kazım İsmayıl 
Gürkan Cad:  
12\25 Cağaloğlu P. K. 1397, İstanbul.  
 
 


Azərbaycan  mühacirət irsi 
 
 
81 
 
 
Hüseyn Baykara 
 (1904-1984) 
 
anınmış 
ziyalı 
Hüseyn  Baykara 
1904-cü  ildə  Şu-
şada  anadan  olub.  Bakı  Dövlət 
Universitetində  təhsil  alıb.  Azər-
baycanın  müstəqilliyi  uğrunda 
mübarizə  aparıb,  tələbələr  qarşı-
sında çıxışlar edib. Təqiblərə mə-
ruz  qaldığından  1927-ci  ildə  əv-
vəlcə İrana, oradan da  Türkiyəyə 
gedir. İstanbul Universitetinin hü-
quq 
fakultəsində 
oxuyur. 
İstanbulda  prokuror  vəzifəsində  çalışır.  Eyni  zamanda 
mətbuatda  maraqlı  məqalələrlə  çıxış  edir.  Hüseyn  Baykara 
1984-cü ildə vəfat edib.  
 



Azərbaycan  mühacirət irsi 
 
 
82 
 
Hüseyn Baykara 
 
TÜRKİYƏNİN AZƏRBAYCANA 
HƏRBİ YARDIMI 
 
1918-ci  il  iyunun  4-də  Batumidə,  istiqlaliyyətimizi  yenicə 
elan  edən  Azərbaycan  hökumətinin  nümayəndələri  –  Məhəm-
məd  Əmin  Rəsulzadə,  Xarici  İşlər  naziri  Məmmədhəsən  Ha-
cınski  və  Osmanlı  hökuməti  tərəfindən  Ədliyyə  naziri  Xəlil 
bəy,  3-cü  ordunun  komandiri  Vəhib  Paşa  arasında  imzalanan 
yardım müqaviləsinə görə 5-ci Qafqaz diviziyası Gümrü və Qa-
zax istiqamətində Azərbaycana yardım etmək üçün hərəkət et-
mişdir. Bu qüvvələr iki qrup halında Qazaxa gəlmişdir. 
1-ci qrup: 
Diviziya qərargahı; 
Onuncu Qafqaz alayı; 
Doqquzuncu Qafqaz alayına mənsub 26-cı batalyon
Dağ topçu batalyonu; 
İstehkam bölüyü; 
Teleqraf vzvodu; 
Orkestr bölüyü; 
Cəmi: 147 zabit, 1812 əsgər; 698 heyvan. 
 
2-ci qrup: 
13-cü Qafqaz alayı; 
Güclü dağ topçu batalyonu
Səhiyyə bölüyü: 
24-cü səyyar xəstəxana; 
Səyyar mətbəx vzvodu: 
Cəmi: 110 zabit, 2763 əsgər, 668 heyvan. 
Osmanlı  ordusu  Cəlaloğlu,  Sadaxlı,  Kəmərli,  Aslanbəyli, 
Qazax  istiqamətində  hərəkət  edərək  11.06.  1918-ci  ildə  birinci 
qrup, 12. 06. 1918-ci ildə isə ikinci qrup Qazaxa gəldi. Qazaxda 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə