Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə24/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   20   21   22   23   24   25   26   27   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
73 
Azərbaycan,  Gürcüstan  və  Türküstan  nümayəndələri  qeyri-rus 
millətlərini təmsil edirdi. 
Bu  komissiya  gələcək  plenumu  hazırlamaq  və  mümkün 
qədər  mərkəzə  başqa  təşkilatları  da  cəlb  etməyə  imkanlı  idi. 
Lakin ruslardan bəzisi Visbaden konfransını tərəfgir bir şəkildə 
təsvir  etdiklərindən,  Amerikan  Komitəsi  Avropa  nümayəndəsi 
ilə  onların  aralarında  münaqişə  törədi;  sonra  bəzi  rus  qrupları 
tərəfindən  müşahidə  edilən  sədaqət,  komissiyanı  icra 
fəaliyyətindən birdəfəlik məhrum etdirmişdi. Beləliklə, bir çox 
vaxt  keçdi.  Rus  qruplarının  əsəbiləşib  getməklərini  biz  qeyri-
rus  təşkilatları  kamallıqla  və  soyuqqanlılıqla  qarşıladıq. 
Amerikan  Komitəsinin  sərf  etdiyi  qeyrət  və  zəhmətlərini  artıq 
şərhlər  və  dedi-qodularla  ağırlatmaq  istəmədik.  Ruslarsız 
antibolşevik  cəbhə  düzəlməsini  Amerikalılar  qeyri-mümkün 
sayırlar.  Haqlımıdırlar  və  ya  səhv  edirlər,  bu  başqa  məsələ... 
Hər halda yüz milyonluq bir kütləni ihmal etmək istəmirlər.  
Amerika  ictimaiyyətinin  dəstəklədiyi  fikri  dəyişdirmək 
üçün uzun illər lazımdır. Hər halda bu, bu gün və sabah olmaz. 
Tək-tək  konresmenlərin  ağızlarından  ara-sıra  başqa  notlar 
eşidib,  özümüzə  illüziyalar  bəsləmək,  təəssüf  ki,  bihudə  bir 
xəyaldır. 
Bein-ul-milel  durum  heç  kimsəyə  “uzun  gələcək  ölçüsü” 
siyasət  yürütməyə  imkan  vermir.  İnsanlar  “gündən-günə”  
yaşayırlar  və  gələcək  də  qara  buludlara  bürünmüşdür.  Belə 
vəziyyəti  nəzərə  alaraq,  bizlər  də  rus  müttəfiqlərimiz  əleyhinə 
əks-nümayiş  etməkdən  çəkindik.  “Küsən”  rus  qruplarından 
ikisi  Ştarnberqə  gəldilər.  Birisi  gəlmədi,  “naz”  edir.  Deməli 
Ştarnbergdə bu dəfə dörd rus və altı qeyri-rus təşkilatı görüşdü. 
Müşavirə  ümumən,  sülhpərvər  bir  atmosferdə  keçdi.  Yenə  də 
ümumi  ünvan  məsələsi  gələcək  plenuma  buraxıldı,  komissiya 
seçildi  ki:  birisi  siyasi  digəri  isə  radio  işlərini  yürüdüb,  cari 
işlərin  aparılması  üçün  dərhal  fəaliyyətə  keçdi.  Hər  iki 
komissiya  hələ  fəaliyyətdədir.  Bu  günlərdə  əsil  məsələlərin 
necə həll olunması xüsusunda siyasi komissiya toplantıya dəvət 


Azərbaycan  mühacirət irsi 
 
 
74 
edildi  və  bu  xüsusda  hər  bir  fikirlər  dinlənildi.  Təəssüf  ki,  bir 
qərar  çıxarmaq  mümkün  olmadı,  məsələ  gələcək  plenuma 
həvalə edildi. 
Müsbət  bir  məsələ  həll  edildisə  də,  o  da    radio 
stasionunun  irəliləməsidir.  Radio  komissiyası  bu  yolda  ciddi 
surətdə  çalışır  və  bəlkə  də  bu  yaxında  yurddaşlarımızla  şifahi 
şəkildə dərdləşə bilərik. Ümumi mərkəz olarmı və ya olmazmı, 
buna yüz faiz nə hə və nə yox demək qeyri-mümkündür, lakin 
radio  ilə  təbliğatımızın  davamı  artıq  yüz  faiz  təmin  edildi. 
Təbii,  ruslarla  müəyyən  şərait  daxilində  anlaşmağı  biz  də 
istərdik.  Bu,  bizim  üçün  indidən  bir  qarantiyadır.  Lakin  nə 
etməli? Bu anlaşma mümkün olmasa da, əldə etdiyimiz müsbət 
nəticələr az deyildir: bu gün məmləkətimizi və millətimizi Batı 
demokratiyası  daha  da  çox  tanıyar  və  və  bəşəri  hüquqlarımızı 
müdafiə  edər.  Təbliğatımız  qüvvətlənir  və  yurddaşlarımızın 
yaxın  zamanda  ən  dəhşətli  bir  əsarətdən  qurtaracaqlarına 
imanları artar. 
 
“Azərbaycan” jurnalı, iyul 1952-ci il, N 3. 
 
 
 
 


Azərbaycan  mühacirət irsi 
 
 
75 
 Əhməd Cəfəroğlu  
(1899-1975)
 
 
hməd 
Cəfəroğlu 
1899-cu  il  aprelin 
17-də 
Azərbaycanın  qədim  şəhər-
lərindən biri olan Gəncədə ana-
dan olub. 1905-ci ildə ermənilər 
Gəncədə 
milli 
toqquşma 
törətdikləri  zaman  ailəsi  ilə  Sə-
mərqənddə 

qohumunun  
yanına  gedir  və  1909-cu  ilə 
qədər  orada  yaşayır.  Ailəsi 
1910-cu 
ildə 
Gəncəyə 
qayıtdıqdan  sonra    təhsilini 
Gəncə  gimnaziyasında  davam 
etdirir. 1916-cı ildə gimnaziyanı 
başa  vuraraq  Kiyev  Ali  Ticarət 
İnstitutunun  İqtisad  fakultəsinə 
daxil  olur.  1918-ci  il  sentyabrın  15-də  Bakının  daşnak  və  bolşevik 
tör-töküntülərindən  azad  edilməsində  iştirak  edib.  Bakı  Dövlət 
Universitetində    təhsilini  davam  etdirib.  1920-ci  il  aprelin  27-də 
Azərbaycanın  XI  Qızıl  Ordu  tərəfindən  işğalından  sonra  
Azərbaycanı  tərk  edib.  İstanbul  Universitetinin  ədəbiyyat 
fakultəsində təhsil alıb. 
1925-ci ilin sonunda dünya türkologiyasının mərkəzlərindən biri 
kimi  tanınan  Almaniyaya  yollanır.  Burada  Berlin,  sonra  isə  Breslau 
Universitetində mükəmməl türkoloji təhsil alır.  
1929-cu  ildə  Avropadan  Türkiyəyə  qayıdır  və  bir  vaxt  tələbəsi 
olduğu  İstanbul  Universitetinin  türkologiya  şöbəsinin  türk  dili  tarixi 
kursuna dosent təyin edilir. 1938-ci ildə professorluq vəzifəsinə yük-
səlir.  1932-ci  ildən  başlayaraq  onun  redaktorluğu  altında  “Azərbay-
can yurd bilgisi” dərgisi nəşr olunmağa başlayır.  
1975-ci  il  yanvarın  6-da  vəfat  edib.  İstanbulun  Zincirlik  qəbirs-
tanlığında dəfn olunub.  
Ə 


Azərbaycan  mühacirət irsi 
 
 
76 
 
 Əhməd Cəfəroğlu 
 
AZƏRBAYCAN  CÜMHURİYYƏTİ 
 
Yeni    elan  edilən  bu  Ek  Türk  Cümhuriyyəti  tamamilə  de-
mokratik  olub,  hakimiyyəti  hüdudsuz  və  kayıtsız  (şərtsiz)  mil-
lətə vermişdir. Bütün dinlərə və millətlərə qarşı tolerant və hi-
mayədar  idi.  Azərbaycan  onu  sevən  və  onu  qoruyan  hər  kəsin 
vətəni  kimi  idi.  Qardaş  Türkiyəyə  qarşı  irkan  (irqən)  kültürcə 
və  dilcə  bağlı  olduğu  kimi,  Qafqaz  daxilində  qurulan  Gürcüs-
tan, Şimali Qafqaz və Ermənistan Cümhuriyyətləri ilə də yaxşı 
münasibətdə  idi.  İnsani  və  ülvi  qayələri  ilə  qurulan  bu 
Cümhuriyyətin ən böyük qayəsi istiqlalına sadiq tam bir varlıq 
olmaq  idi.  Türklük  qayəsindən  bir  an  üçün  olsun  belə 
ayrılmamışdır.  Əlindən  gəldiyi  qədər  Türkiyəyə,  Şimali 
Qafqaza, Türkmənistana, Türküstana yardım əli uzatmış və ağır 
günlərində  bu  dövlətlərdən  yardım  görmüşdür.  Nitekim  (necə 
ki) Azərbaycanın rəsmi elanından daha öncə, Batumda Osmanlı 
İmperatorluğu  mümessilleri  (nümayəndələri)  ilə  akt  edilən 
müqaviləyə görə, Türkiyə Azərbaycan Cümhuriyyətini tanımış 
və  hər  an  əsgəri  yardımda  olmağı  üzərinə  götürmüşdür.  Bu 
müqavilədən  istifadə  edilərək  daha  1918-ci  ildə  Osmanlı 
dövlətindən yardım istənmiş və Anadolu Türkləri Nuru Paşanın 
idarəsi altında Azərbaycan Cümhuriyyətinin quruluşuna mənən 
və  maddi  iştirak  etmişdir.  Azərbaycan  tarixində  imdad 
qüvvəsilə yer alan bu qardaş köməyi, Azəri Türklüyünün əbədi 
bir iftixarı, Türk birliyinin də başlanğıcı və təməl daşıdır. Üzə-
rindən  illər  keçdiyi  halda  bu  imdad  xatirəsi  hər  an  qəlbimizdə 
və  inamımızdadır.  Bu  gün  Azərbaycan  Cümhuriyyətinin  pay-
taxtı Bakı kıyılarından (sahillərindən) yüksələn Mehmetcik tür-
bəsi də, bu inamlı inanışın bir abidəsi olaraq düşmən gayizinə  
(nizəsinə, silahına) köksünü gərməkdədir. Tarix o məsud anları 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə