Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə19/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   15   16   17   18   19   20   21   22   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
58 
baycan  qüvvələri  də  Bakıdan  Gəncəyə  çəkildilər.  Hər  şeyi 
yenidən  qurmaq  lazım  idi.  Və  hər  şeydən  əvvəl  milli  bir  ordu 
qurmaq lazımdı. Azərbaycanda yalnız Bakıya daxil olan ingilis 
işğalından  4-5  ay  sonra,  aprel  1919-cu  ildə  xalqın  coşqun  al-
qışları  altında  Bakıya  girən  süvari  qüvvələri  bu  milli  orduya 
mənsubdu.  Başında  general  Səməd  Mehmandarlı  kimi  Azəri 
subayları  (zabitləri)  duran  bu  milli  ordunun  kiçik  zabitlərini, 
Qafqaz  İslam  Ordusunun    yardımı  ilə  Gəncədə  təsis  olunmuş 
kiçik  zabitlərə  məxsus  hərbi  məktəbdə  yetişənlər  təşkil 
edirdilər. 
Tarixi vəzifəsini şərəflə yerinə yetirib gedən Qafqaz İslam 
Ordusu  özündən  sonra  gənc  milli  bir  ordunun  nüvəsini  ya-
ratmışdı. Bu ordunun təmin etdiyi nizam və intizam sayəsində 
ingilis  işğal  ordusu  komandanlığı  Azərbaycan  istiqlalını 
tanımaqla  ilk  addım  olaraq  Azərbaycan  hökumətini  yeganə 
meşru (qanuni) məqam olaraq elan etmişdir (49, s. 3-11). 
 
“Azərbaycan” aylıq Kültür Dərnəyi. 
İyul-avqust 1954, yıl 3, sayı: 4-5(28-29)   
 
 
İSTİQLAL ZƏFƏRİNİN  DASTANI 
(15 sentyabr 1918-ci il zəfəri münasibətilə) 
 
15  Sentyabr 1918-ci  ildə  parlaq zəfərlə bitən və Azər-
baycanı həqiqi istiqlalına qovuşduran şanlı istiqlal savaşına dair 
bu günə qədər bir çox şeylər yazılmış və daha bir çox şeylərin 
də  yazılacağı  şübhəsizdir. Bir tarixçi  gözü ilə araşdırılacaq ilk 
qaynaqlar arasında ədəbiyyatımızın başqa şöbələri ilə birlikdə, 
şerin  də  mühüm  bir  mövqeyi  olacaqdır.  Vətən  və  hürriyyət 
şairi Məhəmməd Hadi  ilə istiqlalın ilk şerini yazan İbrahim 
Tahirdən  bəhs  edərkən,  bunun  şahidi  olmuşduq.  Fəqət, 
Məhəmməd  Hadi  hürriyyəti,  İbrahim  isə  istiqlalı,  istiqlala  aid 
dadlı bir “Arzu” olaraq təhəyyül (vəsf etmək) və tərənnüm et-


Azərbaycan  mühacirət irsi 
 
 
59 
mişdilər.  Harsı  (mədəniyyəti),  ictimai,  iqtisadi  və  siyasi 
sahələrdəki  milli  həmlələrinin  məntiqi  və  təbii  bir  nəticəsi 
olaraq, bu halından dinamik milli bir ideal halına inqilab edən 
bu  “Arzu”nun  yaratdığı  muazzam  (böyük)  istiqlal  savaşını, 
bütün  səhifələri  ilə  böyük  milli  şairimiz  Əhməd  Cavadın 
ölməz misralarında canlanmış sayırıq. Zalım və qəddar düşmən 
tərəfindən Sibirə sürgün edilmiş, müqəddəratı və aqibəti bu gün 
məlum  olmayan milli  şairimiz o savaş  günlərində qurtuluş  or-
dusunun  sıralarında  idi.  Bu  baxımdan  hərəkat  və  savaşların 
şahidi  olan  şair,  əsərini  realitedən  mülhem  olaraq  (reallıqdan 
ilham  alaraq)  yazmışdır.  Qurban  Bayramı  ərəfəsinə  təsadüf 
edən 14 Sentyabrı 15 Sentyabra bağlayan gecə, sabaha qarşı, 
ani basqını ilə düşməni səngərlərindən atıb süngü ucuna almaq 
sürətilə  qəti  hücuma  keçən  qurtuluş  ordusunun  zəfər  topları 
şairi coşdurmuşdur. Azərbaycan istiqlal zəfərini dastanlaşdıran 
bu  şerinə  şair  tam  haqlı  olaraq  “Bismillah”  başlığını  qoymuş-
dur. Tam haqlı olaraq dedik, çünki şair yepyeni bir dövrün baş-
ladığını müjdələməkdədir. Bu gün Azərbaycan Türkünün mən-
hus taleyi yenilmiş, hürr və müstəqil bir həyata girişmişdir. Bu-
na  “Bəs-i  bədelmevt”  dahi  deyilə  bilər.  O  halda  Bakı  civarın-
dakı Yanardağ, Şubanı və Yasamal  yamaclarından atılan zəfər 
topları şairi nədən coşdurmasın?! 
 
Atıldı dağlardan zəfər topları, 
Yürüdü irəli əsgər, Bismillah! 
O Xan Sarayında çiçəkli bir qız,  
Gözləyir bizləri zəfər, Bismillah! 
 
İstiqlal  savaşının zəfər dastanına belə başlayan Cavad, min 
ildən çox tarixə  malik  olan Şirvanşahlar dövrünün parlaq xati-
rəsini  yaşadan  Bakıdakı  Xan  Sarayında  özünün  zəfər  pərisini 
gözlədiyinə əmindir. 
Memarlıq  və  təbii  gözəlliyinə  yad  bilgilərin  də  heyran  ol-
duqları  və  “Daşa  dönmüş  musiqi”  şəklində  tərif  etdikləri    XV 


Azərbaycan  mühacirət irsi 
 
 
60 
əsrin  bu  qüsursuz  abidəsi  yalnız  gözəl  bir  sənət  əsəri  olmaqla 
qurtarmır,  incə  bir  zövqün  ifadəsi  olmaqla  bərabər  hər  şeydən 
əvvəl, milli dövlət ruhunu tərənnüm edən bir simvol rolunu oy-
namaqdadır.  Bakıdakı  Xan  Sarayında  çiçəkli  bir  qız  şəklində 
təsvir etdiyi zəfər pərisinin şəxsində şair milli hakimiyyət idea-
lının zəfərini müjdələyirdi. Yalnız milli dövlət dövrünün timsalı 
olan Xan Sarayı deyil, belki (bəlkə) ümumi heyəti ilə bütün Ba-
kı, nişanlısını gözləyən bir gözəldir. Bütün irfan, kültür, iqtisadi 
həyat və müəssisələrini sinəsində barındıran (saxlayan) Bakı, o 
dumanlı şəhər, Azərbaycanın döyünən qəlbidir. 
 
Ey döyünən ürək, dumanlı şəhər, 
Bilmirsən bu zor gurultu nədir? 
Aç sisli qoynunu, ordumuz gəlir
Nişanlın qoynuna girər, bismillah! 
 
Fəqət  hərbin  taleyi  buna  imkan  verəcəkmi?  Bu  tale 
nişanlısının  qoynuna  girməyə  can  atan  qurtuluş  ordusuna  yol 
verəcəkmi?  Əzəldən  bəri  bir  Türk  dənizi,  bir  Türk  gülü  olan 
Xəzər, Türkə, yəni əsl sahibinə ram olacaqmı? 
 
Ey hərbin taleyi bizə yol ver, yol! 
Sən ey gözəl dəniz, gəl Türkə ram ol! 
 
-
 
deyə hayqıran şair bütün ümidini sağa-sola qılınc vuran 
qollara bağlamışdır. 
Çünki  bu  xilasedici  qollara  haqdan  qüvvə  verilmiş 
olduğuna şübhə yoxdur: 
 
Sən ey sağa-sola qılınc vuran qol, 
Qollarına qüvvə gələr, bismillah! 
 
Bu haqq qüvvəsinin qarşısında hərbin taleyi nə edə bilər? 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə