Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə17/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   13   14   15   16   17   18   19   20   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
52 
və ya bir şəhərli mal, mülk, tarla, bağ və davar sahibi deyildir. 
Hər  şey  Kommunist  partiyasının  və  hökumətinin  malıdır. 
Və  məmləkət  onların  bir  malikanəsidir.  Ticarət  alətləri  də 
onların  inhisarındadır.  Sizin  yetişdirdiyiniz  məhsulları  yox 
qiymətinə  onlara  təslim  etmək  məcburiyyətindəsiniz.  Hələ 
istədiyiniz  və  möhtac  olduğunuz  məhsulu  yetişdirmək 
azadlığına  da  sahib  deyilsiniz.  Neft  və  pambıq  məmləkəti 
halında  bir  müstəmləkə  olaraq  talan  edilən  Azərbaycanda 
buğda yetişdirmək də qadağandır. Bu da onun üçündür ki, sizi 
iqtisadən  əsarət  altında  saxlamaq  istəyirlər.  Məlumdur  ki, 
mülkiyyət haqqı olmayan bir yerdə bir adam şəxsi təşəbbüs və 
azad fəaliyyət haqqına da sahib ola bilməz. Yəni bir kəndli və 
ya  bir  şəhərli  dilədiyi  yerdə  və  dilədiyi  kimi  çalışmaq 
haqqından  da  məhrumdur.  Dilədiyi  kimi  çalıma  haqqından 
məhrum  olan  bir  insanın  əməyi  də  azad  sayıla  bilməz.  Belə 
insanlara əsir deyirlər, qul deyirlər.  
Bu  həqiqəti  bolşevikliyin  babası  sayılan  Lenin  özü  də 
qəbul  etmişdir.  Lenin  “Nə  etməli”  əsərində  deyir:  “İşçi  ilə 
kəndliyə azadlıq vermək olmaz. Hələ dövlət hakimiyyətini  və 
hökumət  işlərini  onlara  tapşırmaq  heç  olmaz.  Çünki  rahat 
yaşamağı arzu edən bu siniflərə azadlıq verilərsə, bunlar zəngin 
olmağa başlar və hər biri kiçik burjua halına gələrlər. Zəngin və 
burjua  sinifləri  isə  sosializm  və  kommunizmə  tərəfdar  ola 
bilməzlər.  Onlar  kapitalistlərlə  anlaşıb  kommunist  rejimini 
yıxmağa  çalışırlar”.  Onun  üçün    məmləkətin  idarəsi    peşəkar 
inqilabçı  deyilən  terrorist  cəllad  kommunistlərin  əlində 
qalmalıdır. 
Leninin bu sözləri “Nep” dövründə bütün çılpaqlığı ilə isbat 
edildi.  Bilisiniz  ki,  sovet  rejimi  bu  vaxta  qədər  bir  neçə 
mərhələdən  keçmişdir.  Hərbi  kommunizmdən  sonra  gələn 
“Nep”  dövrü  bu  mərhələlərdən  biridir.  Bu  dövrdə  keçici  bir 
zaman  üçün  kəndlinin  kiçik  mülkiyyəti  tanındı.  Kolxoz 
dövrünə  qədər  davam  edən  bu  dövrdə  kəndli  zənginləşməyə 
başladı.  Məmləkətdə  tarla,  mal,  mülk  və  davar  sahibinin  sayı 


Azərbaycan  mühacirət irsi 
 
 
53 
artdı.  Kəndli  bu  mülkiyyət  haqqını  və  istiqlal  azadlığını 
təhlükəsizlim  altına  almaq  üçün  kənd  və  şəhər  sovetlərini  də 
əlinə  aldı.  Hətta  Azərbaycan  Kommunist  Partiyası  özü  də  bu 
“Nep”  dövründə  qurulmuşdu.  Sovet  istilasından  əvvəl 
Azərbaycanda  belə  bir  partiya  yox  idi.  Ona  görə  də  kolxoz 
dövründə  kəndlinin  mülkiyyət  haqqı  və  iqtisadi  azadlığı  qan 
içində  boğdurularkən,  o  dövrün  Azərbaycan  kommunistləri  də 
kafilələr (dəstələr) halında yox edildilər. Çox keçmədən onları 
yox edənlər də yox oldular. 
Əziz  yurddaşlarım!  Görürsünüz  ki,  bolşeviklər  azadlıq 
düşməni olduqlarını özləri də boyunlarına alırlar. Bunun bir 
həqiqət  olduğunu  Leninin  sözləri  və  onun  qanlı  vəsiyyətini 
yerinə  yetirən  Stalinin  qanlı  icraatı  da  sübut  etdi.  Azadlıq 
sayəsində  onların  qanlı  diktaturalarına  son  qoyacağımızı 
bildikləri üçün bolşeviklər sizi bütün haqlardan və vasitələrdən 
məhrum  etmişlər.  Onların  əlinizdən  aldıqları  yalnız  əmək  və 
dilək  azadlığı  deyildir.  Yəni  siz  yalnız  iqtisadi  azadlıqdan 
məhrum  deyilsiniz.  Bolşeviklər  sizin  təbii  və  insani  haqqınız 
olan dilədiyiniz kimi inanmaq, düşünmək, yığılmaq, danışmaq, 
yazmaq  və  cəmiyyət  qurmaq  azadlıqlarından  da  məhrum 
etmişlər.  Yəni  siz  bolşeviklərdən  başqa  bir  şeyə  inana 
bilməzsiniz.  Siz  əsil  azadlığın  bolşeviklikdə  olduğuna  inan-
mağa  məcbursunuz.  Siz  bolşeviklikdən  başqa  bir  şey  düşünə 
bilməzsiniz.  Inanc  və  düşüncələrinizdə  azad  olmadığınız  üçün 
istədiyiniz bir cəmiyyət və ya partiya qura bilməzsiniz. Siz bol-
şevikləri  və  bolşevikliyi  tənqid  edə  bilməzsiniz.  Fikirlərinizi, 
düşüncələrinizi  və  inandıqlarınızı  yazıb  nəşr  edə  bilməzsiniz. 
Halbuki bolşeviklər utanmadan bu azadlıqların mövcudiyyətin-
dən dəm vurmaqdadırlar. Hətta Stalin konstitusiyası adını da-
şıyan Sovet qanuni əsası da bu azadlıqların mövcud olduğu-
nu iddia edib durmaqdadır. Biz başqa bir söhbətimizdə bol-
şeviklərin bu yalanlarını da bir-bir ifşa edəcəyik.  
“Azərbaycan” aylıq kültür dərgisi.  
İl: 4, Yanvar-Fevral 1955, say: 10-11(34-35) 


Azərbaycan  mühacirət irsi 
 
 
54 
 
QAFQAZ İSLAM ORDUSU 
 
4  iyun  1918-ci  ildə  Batumda  Osmanlı  dövləti  ilə  Azərbay-
can  Cumhuriyyəti  arasında  imzalanan  anlaşmaya  görə 
Azərbaycan  komandanlığının  əmrinə  göndərilən  5  Qafqaz 
tümeni  (diviziyası)  az  sonra  Azərbaycan  qüvvələrini  də  özünə 
birləşdirərək  “Qafqaz  İslam  Ordusu”  adını  almışdı.  Avqust 
1918-ci  ildə  15  piyada  tümeni  (diviziyası)  ilə  dəstəklənən 
Qafqaz  İslam  Ordusu  15  Sentyabrda  Bakını  qızıl  istiladan 
qurtararaq  Azərbaycandakı  tarixi  vəzifəsini  zəfərlə  bitirdikdən 
sonra  Dağıstanın  qurtuluşuna  başlamış;  sentyabrın  sonu  ilə 
oktyabr  ayının  əvvəlində  Dərbəndi,  Temir-Xanı-Şuranı  və 
Şamil Qalasını düşməndən təmizləyərək, Dağıstan sülhsevərləri 
ilə  birlikdə  Terek-Qala  üzərinə  getdiyi  bir  zamanda  Osmanlı 
Dövlətinin  müttəfiqləri  ilə  birlikdə  məğlubiyyət  xəbəri 
alınmışdı. Qafqaz İslam Ordusu Azərbaycanı və bütün Qafqazı 
xilas edəcəkdi. 
30.10.1918-ci  il  tarixli  Mondros  sülh  müqaviləsinin  11-ci 
maddəsi  bunu  amir  (əsasən)  olduğu  kimi  15-ci  maddəsi  də 
Bakını  ingilis  işğalına  verirdi.  Mondros  sülh  müqaviləsi  daha 
imzalanmadan  Tələt  Paşanın  yerini  işğal  edən  Əhməd  İzzət 
Paşanın  verdiyi  bir  əmrə  görə:  “Brest-Litovsk  müqaviləsi 
xaricində olaraq işğal edilən Qafqaz aksamının (ərazisinin) 24. 
10.  1918-ci  il  tarixindən  etibarən  altı  həftə  ərzində  xilası  icra 
ediləcəkdir”. 
Brest-Litovsk  müqaviləsi  yalnız  Batum,  Ərdəhan  və 
Qars  vilayətlərini  əlinə  alır  və  başqa  bir  yazımızda  da 
anlatdığımız  kimi,  Moskva  bu  hüdud  xaricində,  yəni 
Azərbaycan  və  Şimali  Qafqazda  Osmanlı  ordusunun 
hərəkətini  hər  zaman  protesto  etmiş  və  buna  mane  olmaq 
üçün  Almaniya  ilə,  Bakı  nefti  hesabına  bir  anlaşmaya  da 
girirdi.  Osmanlı  dövləti  ilə  müttəfiqlərinin  məğlubiyyətinə 
görə  Moskva  tərəfindən  tamamilə  feshedilmiş  (ləğv  edilmiş) 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə