Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 86,47 Kb.
səhifə1/4
tarix19.12.2023
ölçüsü86,47 Kb.
#150488
növüQaydalar
  1   2   3   4
ADİAK


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Azərbaycan Dövlət Pedaqoji Universiteti



SƏRBƏST İŞ
Fakültə: Riyaziyyat
İxtisas : Riyaziyyat informatika müəllimliyi
Kurs : I
Qrup : Rin 2301B
Fənn : Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim : Sərdar Zeynalov
Tələbə : Günel Bayramlı
Mövzu : İşgüzar ünsiyyətlə xoş təəssürat yaratma qaydaları və üsullarına dair təqdimat keçirmək

Bakı-2023


Mövzu : İşgüzar ünsiyyətdə xoş təəssürat yaratma qaydaları və üsullarına dair təqdimat keçirmək

Cəmiyyətdə insanlar arasında ən geniş yayılmış ünsiyyət növü işgüzar ünsiyyətdir. Bu ünsiyyət olmadan iqtisadi, hüquqi, diplomatik, ticarət, inzibati münasibətlər sahəsində heç nəyə nail olmaq mümkün deyil. Peşəkar fəaliyyətin demək olar ki, hər hansı bir növündə yüksək uğura nail olmaq üçün işgüzar ünsiyyət qaydaları və prinsipləri ilə bağlı müəyyən məlumatlar, biliklər, fikirlər mütləq əldə olunmalıdır.İşgüzar ünsiyyətin məqsədi qarşıya müəyyən məqsədlərin və konkret vəzifələrin qoyulmasıdır.


Ünsiyyətin iş dünyasının imtina edilməz bir parçası halına gəlməsi bir neçə on illiyi əhatə edir. Rəhbərliyin dəyişik, müxtəlif iş sahələrində ünsiyyəti necə istifadə etdiklərini ya da istifadə etmələri lazım olduğunu, işçilərin isə gözləntilərinin nə olduğunu çox yaxşı anlamaq lazımdır. Rəhbərlik işçiləri anlamaq, ünsiyyət strategiyalarını onların gözləntilərinə və təşkilatın iş hədəflərinə görə istiqamətləndirmək məcburiyyətindədir.Çünki,istər işin səmərərliliyini, məhsul-darlığını təmin edən, istərsə də, təşkilatın xaricitəmsilçiliyini həyata keçirən işçilər, hədəf kütləsinin əhəmiyyətli bir hissəsini təşkil edirlər.
Effektiv işgüzar ünsiyyət üçün əsas şərt motivasiya və rəsmi ünsiyyətdir. İşgüzar ünsiyyətdə bir şəxs hər hansı bir təşkilatın nümayəndəsi kimi çıxış edir. Fəaliyyət prosesində şəxsi ehtiyaclar təmin edilmirsə və ya insanın öz düşüncə və davranış tərzi qrupla üst-üstə düşmürsə, onda qarşıdurma yarana bilir və işə marağın azalması baş verir.
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə