Diplomatik protokol fənninin imtahan cavabları Diplomatik nümayəndəliyin funksiyaları Diplomatik nümayəndəlik



Yüklə 79 Kb.
səhifə1/9
tarix30.05.2023
ölçüsü79 Kb.
#114226
  1   2   3   4   5   6   7   8   9
diplomatik protokol imtahan


I kurs
Diplomatik protokol fənninin imtahan cavabları
1. Diplomatik nümayəndəliyin funksiyaları
Diplomatik nümayəndəlik dövlətin başqa bir dövlətin ərazisində yerləşən,həmin dövlətlə diplomiatik münasibətləri həyata keçirən orqanıdır. Diplomatik nümayəndəliklər müvafiq iki dövlət arasında razılaşmaya əsasən təsis olunur. Çoz hallarda belə bir razılaşmanın əldə olunması həmin dövlətlər arasında diplomatik münasibətlərin qurulması ilə eyni vaxta düşür.Beynəlxalq praktikada diplomatik nümayəndəliklərin iki növü məlumdur:1. səfirliklər – ən yüksək səviyyəli diplomatik nümayəndəliklərdir. Onların başında fövqəladə və səlahiyyətli səfir dayanır.
2. missiyalar – daha aşağı səviyyəli diplomatik nümayəndəlik hesab olunur. Onlara fövqəladə və səlahiyyətli elçi və ya müvəqqəti işlər müvəkkili rəhbərlik edir.Diplomatik nümayəndəlik öz dövlətinin qəbul edən dövlətdə bütün məsələlər üzrə rəsmi təmsilçisidir. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına görə (3-cü maddə), diplomatik nümayəndəlik aşağıdakı funksiyaları həyata keçirir:
1. akkreditə edən dövlətin qəbul edən dövlətdə təmsil olunması;
2. akkreditə edən dövlətin özünün və onun vətəndaşlarının mənafelərinin müdafiəsi;
3. qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;
4. bütün qanuni vasitələrlə qəbul edən dövlətdə olan şəraitin və hadisələrin öyrənilməsi və onlar barəsində öz hökumətinə məlumat verilməsi (informasiya funksiyası);
5. akkreditə edən dövlətlə qəbul edən dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi.Bunlardan əlavə, diplomatik nümayəndəliklər bəzi hallarda konsulluq funksiyaları da həyata keçirir; bu məqsədlə səfirliklərin və ya missiyaların tərkibində konsulluq şöbələri təsis olunur
2. Diplomatik nümayəndəliyin personalı və sayı
Diplomatik nümayəndəlik – bir dövlətin digər dövlətdə yerləşən daimi dövlət xarici əlaqələr orqanıdır. Səfirin rəhbərlik etdiyi diplomatik nümayəndəlik - səfirlik (dövlət başçısı yanında), elçi tərəfindən idarə olunan diplomatik nümayəndəlik – missiya (hökumət başçısı yanında) adlanır. Nümayəndəliyin başçısı yerində olmadığı təqdirdə onu XİN yanında işlər vəkili (həm səfirlik, həm missiya üçün) əvəz edir. Beynəlxalq praktikada bəzi ölkələrdə təsis edilən “maraqlar şöbələri” mövcuddur. Belə hallara dövlətlər arasında rəsmi diplomatik münasibətlər olmadıqda rast gəlmək olur
Hər bir diplomatik nümayəndəlik nümayəndəliyin başçısından, diplomatik, inzibati-texniki və xidmətçi personaldan ibarət olur. Nümayəndəliyin başçısı gəldiyi ölkədə öz dövlətini təmsil etməyə səlahiyyətləndirilmiş ali səlahiyyətli şəxsdir. O, diplomatik nümayəndəlik və onun əməkdaşlarının fəaliyyətinə rəhbərlik etməklə yanaşı yerləşmə ölkəsində olan öz dövlətinin qurumlarının və şəxslərinin fəaliyyətinə də rəhbərliyi və nəzarəti həyata keçirir. Yerləşmə ölkəsində olan akkreditiv dövlətin vətəndaşlarının, təşkilatlarının fəaliyyəti ilə bağlı səfir hökuməti qarşısında məsuliyyət daşıdığına görə onlar bu fəaliyyəti səfirlə razılaşdırmalıdırlar. Rəhbərliyin həyata keçirilməsində yeganə məsul şəxs kimi səfir müxtəlif funksiyaların realizəsini öz personalına həvalə edə bilər. Bununla yanaşı bir sıra məsələlərlə nümayəndəliyin başçısı şəxsən məşğul olur. Səfirin əsas vəzifəsi missiyanın diplomatik siyasətinin formalaşdırılmasıdır ki, bu işdə ona müxtəlif şöbələrə rəhbərlik edən müşavirlər yaxından yardım edir. Diplomatik siyasətin məzmunu akkreditiv dövlətlə yerləşmə dövləti arasında bütün məsələlərə münasibətdə konstruktiv yanaşmanın həyata keçirilməsidir.

Yüklə 79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə