Diplomatik protokol fənninin imtahan cavabları Diplomatik nümayəndəliyin funksiyaları Diplomatik nümayəndəlik



Yüklə 79 Kb.
səhifə7/9
tarix30.05.2023
ölçüsü79 Kb.
#114226
1   2   3   4   5   6   7   8   9
diplomatik protokol imtahan

39.Dövlətin tanınmasının formaları
DE-YURE TANIMA, (lat. dejure - hüquqi) beynəlxalq hüquqda dövlətin və hökumətin tam, yekun olaraq və rəsmən tanınma formasıdır.De-yure tanıma dövlətin tanıdığı dövlətlə lazımi səviyyədə diplomatik münasibətlər yaratmağa hazır olduğunu ifadə edir.
DE-FAKTO TANINMA. Beynəlxalq Hüquqi Tanınmanın bir növü olub rəsmi xararakter daşıyır və de-yure tanınmadan siyasi və iqtisadi münasibətlərin məhdud səviyəsi və həcmi ilə fərqlənir; de-fakto tanınma çox zaman tanınan dövlətin həyat qabiliyyətinə, gələcəyinə tam inamın olmadığı şəraitdə tətbiq edilir
40.Geri çağırma və dövlətdən getmə protokolu
41. Vyana reqlamenti və Ahen konfransının diplomatik protokola gətirdiyiyeniliklər
42.Görüşlərin keçirilməsinin məqsəd və protokol qaydaları
Dipldomatik söhbətlər öz məqsəd və məramına görə çeşidlidir. Bu sırada aşağıdakıları qeyd etmək lazımdır: 1.Tanışlıq (Xarici İşlər Naziri ilə ilk görüş, etimadnamə təqdim olunması zamanı ölkə başçısı ilə ilk görüş, qəbul edən dövlətə gələrkən duayenlə və öz gələcək həmkarları ilə görüşlər və s.) 2.Mövcud əlaqələrin möhkəmlənməsi, inkişaf etdiril- məsi və genişləndirilməsi. 3.Hər hansı yeni məlumatı çatdırmaq, və yaxud tələb olunan olunan informasiyanı əldə etmək. 4.Hər hansı problemlə bağlı öz ölkəsinin mövqeyini bildirmək və bunun doğruluğuna qarşı tərəfi inan- dırmaq niyyəti. 5.Beynəlxalq problemlərin və eləcə də ikitərəfli münasibətlərin praktik suallarını müzakirə etmək. 6.Danışıqlara hazırlığın vəziyyəti, imzalanacaq sənəd- lərin hazırlanması müddətlərinin müzakirəsi. Diplomatik gorüşlər və söhbətlər aparılması birbaşa diplomatik nümayəndəlik başçılarının funksiyalarına aid- dir. Bunun üçün ona bütün səlahiyyətlər həmin vəzifəyə təyin olunarkən dövlət başçısı tərəfindən verilmiş sayılır. Digər hal- larda isə bu səlahiyyətlər nümayəndə heyətlərinin başçıları- na və xüsusi tapşırıqlar üzrə səfirlərə də verilir. Diplomatik söhbətlərin aparılması xaricdəki diplomatik nümayəndəliklərin gündəlik işi olduğundan bununla bağlı protokol qaydaları xüsusi diqqət tələb edir. Yadda saxlamaq lazımdır ki, bütün bu proseslər bir də ona görə məsuliyyətlidir ki, səfirlər eyni zamanda özləri də başqaları üçün informasiya mənbəyi- dir. Diplomatik söhbətlərin aparılmasını nitq mədəniyyəti (ünsiyyətə qatılmaq və dinləmək), diplomatik etiket və s. anlayışlardan kənar təsəvvürə gətirmək çətindir.Diplomatik görüşlər və söhbətlər çoxçeşidli olduğundan onların apa- rılması metodları da müxtəlifdir.J. Kambon «diplomtiya sa- həsi qədər konkret tələbləri olmayan ikinci bir sahə>> olma- dığını vurğulayarkən məhz bu fəaliyyət sahəsində adət, Ənənə və şərtiliklərin aparıcı rolunu ön plana çəkirdi. Bəzən siyasət adamları «köhnə diplomatiya» və «yeni diplomatiya>> anlayışları ilə manipulyasiya etsələr də, J.Kambon bunları yalnız quru söz adlandırır və «insanın təbiəti» dəyişmədiyi kimi, diplomatiyada da çox şeyin dəyişməzliyini qeyd edir.¹ Zənnimizcə, bu fikirin özü də birbaşa diplomatik protokola şamil olunmalıdır. Diplomatik nümayəndəlik başçısının qəbul edən döv- lətdə öz funksiyalarının icrası zamanı keçirdiyi görüşlər və bu zaman aprdığı söhbətlər çoxsaylı olduğundan belə qru- plaşdırma aparmaq olar: 1.Göndərən dövlətin rəhbərliyinin rəsmi tapşırığı ilə qəbul edən dövlətin rəsmi şəxsləri ilə; 2.Qəbul edən dövlətin başçısının və XİN-nin dəvəti ilə; 3.Qəbul edən dövlətin ayrı-ayrı rəsmi vəzifəli şəxslə ri və nüfuzlu elm, mədəniyyət xadimləri, kütləvi-infor- masiya vasitələrinin nümayəndələri, siyasət adam- ları, din xadimləri ilə onların arzusu və yaxud öz arzusu ilə; 4.Öz ölkəsinin XİN-nin tapşırığı ilə; 5.Qəbullar zamanı, rəsmi mərasimlərdə, mədəni-kütlə- vi tədbirlər zamanı, sərgilərdə və s. 6. Rəsmi mərasimlərdən kənar vaxtlarda, danışıqlara rası fasilələrdə; 7.Təsadüfi (mehmanxanada,gəzinti vaxtı və s.) söhbət lər;
8.Gözlənilməz söhbətlər; Göründüyü kimi diplomatik nümayəndəlik başçıları qəbul edən dövlətdə çoxsaylı funksiyaların icrası kimi hər an, hər dəqiqə görüşlərin və söhbətlərin həm subyekti, həm də obyektinə çevrilə bilər. Yüksək diplomatik bacarıq və vərdişlər olmadan bu dolanbaclardan uğurla keçmək həqiqətən çətindir.Böyük uzaqgörənliklə diplomatiyanın 1 << xalqların maraqlarını uzlaşdırmaq mədəniyyəti>> adlandırıl- ması fikri ilə razılaşmamaq qeyri mümkündür. Bu günün diplomatiyası üçün daha vacib sayılan xalqlar arasında xoş məramların uzlaşdırılmasıdır. Görüşlərin və söhbətlərin də başlıca məqsədi bununla bağlıdır. Səfirlərin keçirdiyi görüşlər və söhbətlər sırasında parlametlərarası əlaqələrin qurulması və inkişafına yönəldi- lən fəaliyyət xüsusi diqqət tələb edir. Parlament başçıları, daimi komissiyaların sədrləri, deputatlarla görüşlər öz ma- hiyyətinə görə protokol görüşlərindən çox-çox fərqlidir. Beynəlxalq praktikada «konfrans diplomatiyası» adlanan bu tipli diplomatik fəaliyyətə son dövrlər meyl daha güclüdür

43. Mərasim günlərində səfirliklərin iş rejimi


44.Aqreman verilməsinin protokol ardıcıllığı
45. Vitse-duayenliyə zərurətin səbəbləri
46.Matəm mərasimində dövlət başçısının səfirliyə ziyarətinin protokolu
47.Səfirlərin qəbul edən dövlətə gəlməsində tarixi təcrübə

Yüklə 79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə