Diplomatik protokol fənninin imtahan cavabları Diplomatik nümayəndəliyin funksiyaları Diplomatik nümayəndəlik


Qeyri-rəsmi və yolüstü səfərlərin protokolu



Yüklə 79 Kb.
səhifə8/9
tarix30.05.2023
ölçüsü79 Kb.
#114226
1   2   3   4   5   6   7   8   9
diplomatik protokol imtahan

48.Qeyri-rəsmi və yolüstü səfərlərin protokolu
Qeyri-rəsmi səfərlər: Bu tipli səfərlərə dövlət və hökümət başçılarının digər ölkəyə müalicəyə, istirahətə yol- lanması daxildir. Bu zaman heç bir protokol tədbiri nəzərdə tu- tulmur. Lakin hökümət orqanları qonağın rahatlığının təmin olunması qayğısına qalır, mütəmadi telefon danışıqları aparılır və görüşlər təşkil olunur. Yolüstü səfərlər: Hər hansı dövlətin ərazisindən tranzit yolu ilə digər dövlətə yollanan dövlət və hökümət başçısının, nümayəndə heyətinin qısamüddətli dayanacağı yolüstü səfər kimi səciyyələnir. Azərbaycan Respublikasının eks-prezidenti H.Əliyev ABŞ-a səfəri zamanı İngiltərədə yolüstü səfərdə ol- ması buna misaldır.Göründüyü kimi, yolüstü səfərlər bir sıra zəruri texniki səbəblərlə də bağlı ola bilər. Göstərdiyimiz nümunə təyyarənin yanacaq təchizatı ilə bağlılığı şəksiz- dir. Bununla belə yadda saxlamaq lazımdır ki, dayanacaq yeri kimi başqa dövlətləri də seçmək olardı. Dövlət başçısının məhz İngiltərəni seçməsi təsadüf və ya zərurət kimi deyil, daha çox xarici siyasət prizmasında dəyərləndirilməlidir. Yolüstü səfər zamanı qonaq dövlət və hökümət adamları ilə qısa söhbət aparmaq, öz xoş arzularını bildirmək şansı əldə edir. Səfərlərin hamısı beynəlxalq əməkdaşlıq prinsiplərinin olmasına yönəldiyindən həm ölkə daxilində, həm də xarici ölkə- lərdə diqqət mərkəzində durur. Səfərlərin müddəti və nəticələri barədə dövrü mətbuatda və digər kütləvi-informasiya vasitələ- rində xəbərlər verilir. Son olaraq onu qeyd etmək lazımdır ki, dövlət və hökümət başçıları üçün səfərlər həm də böyük fiziki ağırlı- qdır. Marqaret Tetçer hələ 1984-cü ildə öz səfərlərini xatir- layaraq 250000 mil qət etdiyini və 130 saat uçduğunu yazırdı. ABŞ-ın 1953-1959-cu illərdə dövlət katibi vəzifəsini tutan Con Foster Dalles altı il ərzində 56000 mil qət edib və 50 beynəlxalq konfransda iştirak edib.¹
49. Yerləşmə dövlətində mərasimlərin klasifikasiyası
50. Diplomatik nümayəndəliklərin funksiyaları
51. Yerləşmə dövlətindəki və digər dövlətlərdəki hadisələrə münasibət

Yüklə 79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə