Diplomatik protokol fənninin imtahan cavabları Diplomatik nümayəndəliyin funksiyaları Diplomatik nümayəndəlik


Notaların növləri, yaddaş kağızları və onların tərtibi prinsipi



Yüklə 79 Kb.
səhifə4/9
tarix30.05.2023
ölçüsü79 Kb.
#114226
1   2   3   4   5   6   7   8   9
diplomatik protokol imtahan

10.Notaların növləri, yaddaş kağızları və onların tərtibi prinsipi
Nota -bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciətidir. Nota onu imzalayanın adından - birinci şəxs adından tərtib edilir və Hörmətli cənab Nazir (Səfir) müraciəti ilə başlayır. Sonra məzmun hissəsi başlayır. Nota şəxsi nota müəllifinin ehtiramını izhar edən kompliment, nəzakət formulu ilə bitir. Nəzakət formullarndan asılı olaraq, notanın tonallığı daha mülayim, yaxud daha sərt ola bilər. Əgər adresata cənab nazir sözləri ilə müraciət edir və dərin və səmimi ehtiramsızla vidalaşırlarsa, bu müəllifin notanı kifayət qədər neytral etmək istəyini bildirir. Əgər hörmətli müraciəti və vidalaşarkən səmimi ehtiramla istifadə edilirsə, nota daha isticanlı və dostyana olur.
Şəxsi nota prinsipial məsələlərlə bağlı göndərilir və ya özündə hər hansı vacib hadisə haqqında informasiyanı ehtiva edir.
Üçüncü şəxs adından rəsmi nota.Bu sənəd, formal nöqteyi nəzərindən, verbal notalar kateqoriyasına aid edilə bilər. Bəzən onları məzmun hissəsi və həmin sənədlərin əhəmiyyətindən çıxış edərək ayırırlar. Nota ümumən qəbul edilmiş beynəlxalq dildə milli gerblə bəzədilmiş rəsmi blankda, ünvanın göstərilməsi ilə çap edilir və aşağıdakı sözlərlə başlanır: Səfirlik… Xarici işlər nazirinə öz hörmətini izhar (ifadə) edir və Sizi… məlumatlandırmaqdan... (yaxud) Sizin diqqətinizi … çəkməkdən şərəf duyur.
Verbal nota üçüncü şəxs adından yazılır və adətən rəsmi nota ilə eyni formada ifadə olunur və yüksək keyfiyyətli gerbli kağızda çap edilir. Ünvan birinci vərəqdə sol aşağı küncdə göstərilir. Eyni ünvan zərfin üzərində çap edilir. Nota komplimentlə başlayır və bitir.Verbal nota göndərmə nömrəyə və tarixə malikdir, mətnin sonunda göndərmə tarixinin yanında XİN, yaxud səfirliyin möhürü ilə bağlanılır.
2)Yaddaş qeydləri şifahi söhbətlərin qeydlərindən ibarətdir. Diplomatik nümayəndəlik başçıları hərdən öz hökumətlərindən akreditə olduqları dövlətin xarici işlər nazirliyinə etirazı bildirmək, yaxud hər-hansı məsələ üzrə ondan izahat xahiş etmək tapşırığı alırlar. Bunun üçün şəxsi vizitə ehtiyac var ki, vizit zamanı diplomat öz məsələsini açıqlayır. Onun vizitinin məqsədində heç bir şübhə qalmasın deyə, o, nazirlikdə öz qeydlərinin xülasəsini qoyur. Bu xülasə aşağıdakı formada ola bilər: yaddaş qeydləri (aide-memoire) – burada hərəkətlər yaxud hökumətin nəzər-nöqtəsi izah edilir və ya təklif əks olunur. Yaddaş qeydində «Aide-memoire» başlığı, sonda tarix yazılır, lakin ünvan göstərilmir, imza və möhür qoyulmur;

11.Diplomatik nümayəndəliyin ərazi (yer) problemi və ölçüsü


12.Səfirləri qəbul edən dövlətdə qalması müddəti problemi
13. Vizit vərəqlərinin növləri və istifadəsi
14.Beynəlxalq konfransın çağırılması təşəbbüsü
15."Səyyar səfirlər" və "müştərək səfirlər"-in təyin olunması problemləri
16.Xüsusi hallarda dövlət rəmzlərindən istifadə olunmasında istinadlar
17. Vizit vərəqəsini təqdim olunmasının etiket tələbləri
18. Diplomatik qəbulların keçirilməsi problemləri (yer, vaxt, iştirakçı)
19.Azərbaycan Respublikasının "Diplomatik xidmət" haqqında qanunda nümayəndəliklərə başçı təyin olunması qaydası

Yüklə 79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə