Diplomatik protokol fənninin imtahan cavabları Diplomatik nümayəndəliyin funksiyaları Diplomatik nümayəndəlik



Yüklə 79 Kb.
səhifə2/9
tarix30.05.2023
ölçüsü79 Kb.
#114226
1   2   3   4   5   6   7   8   9
diplomatik protokol imtahan

İnzibati –texniki personal nümayəndəliyin inzibati –texniki xidmətlərini həyata keçirən şəxslərdir. Onlara referent tərcüməçilər, texniki katiblər, makinaçılar, stenoqrafçılar, digər dəftərxana işçıləri, mühasibat işçıləri və s. aiddir. Bu personal səfirliyə işə xarici işlər nazirliyi tərəfi n dın ezam olunur və onlara xidməti pasport verilir.
Xidmətçi personala nümayəndəliyin xidməti üzrə vəzifələri həyata keçirən sürücülər, aşbazlar, xidmətçilər, bağbanlar və s. daxildir. Onlar bir çox hallarda yerli dövlətin vətəndaşlarından seçilirlər.
3. Səfərlərin keçirilməsinin məqsəd və klasifikasiyası
Səfərlərin klassifikasiyası diplomatik protokol üçün ol- duqca mühüm əhəmiyyət kəsb edir.Aydındır ki, xarakterin- dən asılı olmayaraq hər bir səfər müəyyən dərəcədə hazırlıq tələb edir. Keçirilmə müddəti qabaqcadan razılaşdırılan səfər- lərdən fərqli olaraq hər hansı mühüm beynəlxalq əhəmiyyətli hadisə ilə bağlı qəfil səfərlər daha böyük çaşbaşlıq yara- dır. Odur ki, hər cürə gözlənilməzliyə də hazır olmaq lazım- dır. Bir çox dövlətlərdə qəbul olunmuş protokol haqqında əsas- namə xarakterindən asılı olaraq səfərlərin keçirilməsi və bu zaman nəzərdə tutulan tədbirlər qabaqcadan müəyyənləşdirilir və hər bir mərhələ üçün cavabdehlik daşıyan şəxslər artıq heç bir əlavə göstəriş olmadan öz üzəzinə düşən vəzifələri icra etməyə borcludur. Bəzən elə təsəvvür yaranır ki, məhz ölkə başçısının sə- fərləri rəsmi səfərlərdir. Bu yanlış düşüncə tərzi hökumət baş- çılarını, xarici işlər nazirlərinin və digər rəsmi vəzifəli şəxslərin başçılıq etdiyi nümayəndə heyətlərinin səfərlərinə kölgə sa- lır.İnkarolunmaz bir fakt kimi onu qeyd etmək lazımdır ki, nümayənədə heyətinə başçılıq edən şəxsin hansı vəzifəni tut- ması səfər proqramına bu və digər dərəcədə təsir göstərir. Müasir mərhələdə səfərlərin çeşidlənməsində hansı krite- riyalar rəhbər tutulduğunu açıqlayarkən hökmən səfər proqra- mına diqqət tuşlanması vacibdir. Qəzetlər Azərbaycan Res- publikasının keçmiş Prezidentinin beş illik fəaliyyəti dövrü- nə həsr olunan yazılarda göstərirdilər ki, 33 ölkəyə 73 sə- fər olunmuşdur.
Bununla yanaşı xüsusi qeyd olunmalıdır ki, göstərilən müddət ərzində 21 ölkəyə 25 rəsmi səfər edil- mişdir. Təbii ki, sonrakı dövrlərdə də səfərlər davam etmiş- dir. Sadəcə rəqəmlərə müraciət etməklə bizim məqsədimiz səfərlərin heç də hamısının rəsmi olmadığını, yəni çeşidli olduğunu və bu zaman prtokol tələblərinin də müvafiq qaydada fərqli nəzərdə tutulduğunu ön plana çəkmək idi. Səfərlər ənənəvi qaydada aşağıdakı kimi qruplaşdırılır: səfərlər qeyri- rəsmi yolüstü işgüzar rəsmi Rəsmi səfərlər: Ən yüksək səfər olduğundan diploma- tik protokolla xüsusi qaydada qarşılama və yolasalma mərasi- mi keçirilir. Rəsmi səfərlərin iki ölkə arasında siyasi və iqtisadi Əlaqələrin gələcək inkişafı baxımından müstəsna əhəmiyyətli olduğu danılmazdır. Səfərin zirvəsi danışıqlar sayılsa da məǝ- rasim tədbirləri də proqrama daxil olunur. Bu sıraya Azər- baycan Respublikasına gələn rəsmi qonaqların "Şəhidlər xiy- abanı"nı ziyarət etməsi və əklil qoyması, rəsmi ziyafət (nahar), ictimaiyyət nümayəndələri ilə görüşlər, teatr tamaşaları daxil edilir. Son illərin müşahidələri göstərir ki, ayrı-ayrı dövlət baş- çılarının rəsmi səfərləri zamanı nüfuzlu ali məktəblərin, xüsusilə də Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi ənə- nəyə çevrilib.
Gürcüstan prezidenti E.Şevar-nadze, Qırğızıstan prezidenti Ə.Akayev, Türkiyənin keçmiş prezidentləri Turğut Özal və Süleyman Dəmirəl, İran İslam Respublikasının keç- miş prezidenti Həşimi Rəfsəncani, Ukrayna prezidenti Leonid Kuçma bu yüksək ada layiq görülmüşlər. Rusiya Federasiyası prezidenti Vladimir Putinə isə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilmişdir. O cümlədən qaçqınlarla görüş keçirilməsinə də protokolda yer ayrılır. Rəsmi görüşlərin nəticəsi olaraq ikitərəfli müqavilələr imzalanır.15 oktyabr 2003-cü il seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçil- dikdən sonra İlham Əliyev ilk rəsmi səfərinə 21 yanvar 2004-cü ildə müasir dünyamızın nüfuzlu dövlətlərindən olan Fransadan başladı. Çox uğurlu keçən ilk səfər zama- nı Fransa prezidenti Jak Şirak mərhum eks-prezident H.Əliyevin təltif olunduğu yüksək dövlət mükafatını Azər- baycan dövlətinin başçısına təqdim etdi. İşgüzar səfərlər: Bu tipli səfərlər konkret hansısa bir məqsədin reallaşmasına xidmət edir.Zahirən protokol mǝra- simlərinin sadəliyi ilə seçilən işgüzar səfərlər dövlət və hökü- mət başçılarının, nümayəndə heyətlərinin beynəlxalq konfrans- larda, yubiley şənliklərində və digər beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakına təsadüf edir. Misal üçün MDB dövlət baş- çılarının mütəmadi görüşləri və yaxud Belarus prezidenti Luka- şenkanın məsləhətləşmələr aparmaq üçün vaxtaşırı Moskvaya səfərləri bu qəbildəndir.İşgüzar səfərlər qısa müddətli olduğundan adətən protokolda qonağın şərəfinə nahar verilməsi nəzərdə tutulur.
Müstəsna hallarda qonağın (qonaqların) qarşılanması və yola salınması zamanı fəxri qarovul düzülür. Türkdilli dövlət başçılarının Bakı zirvə toplantısına gələn dövlət başçıları belə qarşılanmışdı. Bunları vurğulamaqda məqsəd ondan ibarətdir ki, işgüzar səfərlər zamanı nəzərdə tutulan protokol tədbirlərinin vahid prinsipi yoxdur. Azərbaycan Respublikasının eks- prezidenti Heydər Əliyevin Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransaya (mart,2001) və ABŞ-a (aprel,2001) səfərləri zamanı protokol tədbirlərinin çeşidli olması da məhz deyilənlərlə bağlıdır. Fransada qarşılama mərasimində fəxri qarovulun düzülüşü, dövlət himnlərinin səsləndirilməsi nəzərdə tutulmuşdusa, Florida ştatının Key-Uest şəhərinin təyyarə limanı adi iş günlərindən birini xatırladırdı. Həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası prezidentlərinin eyni tərzdə və çox sadə qarşılanması səfərin işgüzarlığı ilə izah olunmalıdır. Qeyri-rəsmi səfərlər: Bu tipli səfərlərə dövlət və hökümət başçılarının digər ölkəyə müalicəyə, istirahətə yollanması daxildir. Bu zaman heç bir protokol tədbiri nəzərdə tutulmur. Lakin hökümət orqanları qonağın rahatlığının təmin olunması qayğısına qalır, mütəmadi telefon danışıqları aparılır və görüşlər təşkil olunur.
Yolüstü səfərlər: Hər hansı dövlətin ərazisindən tranzit yolu ilə digər dövlətə yollanan dövlət və hökümət başçısının, nümayəndə heyətinin qısamüddətli dayanacağı yolüstü səfər kimi səciyyələnir. Azərbaycan Respublikasının eks-prezidenti H.Əliyev ABŞ-a səfəri zamanı İngiltərədə yolüstü səfərdə olması buna misaldır. Göründüyü kimi, yolüstü səfərlər bir sıra zəruri texniki səbəblərlə də bağlı ola bilər. Göstərdiyimiz nümunə təyyarənin yanacaq təchizatı ilə bağlılığı şəksizdir. Bununla belə yadda saxlamaq lazımdır ki, dayanacaq yeri kimi başqa dövlətləri də seçmək olardı. Dövlət başçısının məhz İngiltərəni seçməsi təsadüf və ya zərurət kimi deyil, daha çox xarici siyasət prizmasında dəyərləndirilməlidir. Yolüstü səfər zamanı qonaq dövlət və hökümət adamları ilə qısa söhbət aparmaq, öz xoş arzularını bildirmək şansı əldə edir. Səfərlərin hamısı beynəlxalq əməkdaşlıq prinsiplərinin olmasına yönəldiyindən həm ölkə daxilində, həm də xarici ölkələrdə diqqət mərkəzində durur. Səfərlərin müddəti və nəticələri barədə dövrü mətbuatda və digər kütləvi-informasiya vasitələrində xəbərlər verilir.
4. Beynəlxalq konfrans anlayışı və mahiyyəti
5. Beynəlxalq təşkilatlara üzvlük və daimi təmsilçilik institutu

Yüklə 79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə