Diplomatik protokol fənninin imtahan cavabları Diplomatik nümayəndəliyin funksiyaları Diplomatik nümayəndəlik


Diplomatik korpus anlayışına elmi hüquqi yanaşma



Yüklə 79 Kb.
səhifə3/9
tarix30.05.2023
ölçüsü79 Kb.
#114226
1   2   3   4   5   6   7   8   9
diplomatik protokol imtahan

6. Diplomatik korpus anlayışına elmi hüquqi yanaşma
Diplomatik korpus dövlətlərin diplomatik nümayəndələrinin müvəffəqiyyətli fəaliyyətini, onlar arasında qarşılıqlı anlaşmanı təmin edən vasitədir.Diplomatik korpus-məlum ölkədə akkreditə olunmuş xarici diplomatik nümayəndə başçılarının məcmusudur. Bunlar səfirlər, elçilər, daimi işlər müvəkkili, müvəqqəti işlər vəkkilləri, eləcə də Vatikanın diplomatik nümayəndəliklərinin başçıları olan nunsilər və internunsilərdir.Diplomatik korpus dedikdə diplomatik nümayəndəlik başçılarından başqa diplomatik nümayəndəliklərə daxil olan bütün diplomatik işçilər, yəni müşavirlər, birinci, ikinci və üçüncü katiblər, səfirlik və missiya (Diplomatik missiya) attaşeləri; ticarət nümayəndələri və onların müavinləri, hərbi, hərbi-dəniz və hərbi-hava attaşeləri və bu attaşelərin köməkçiləri; xüsusi müşavirlər və xüsusi attaşelər (sənaye, kənd təsərrüfatı, iqtisadi, ticarət, maliyyə, mətbuat, mədəniyyət, elm, əmək işləri üzrə) nəzərdə tutulur.
Diplomatik korpusa duayen (ağsaqqal, dekan) rəhbərlik edir. Duayen ən yüksək dərəcəli nümayəndəlik başçıları arasından etimadnaməsini daha tez təqdim edən şəxs seçilir. Duayen fəxri və kifayət qədər məsuliyyətli vəzifədir. Dipkorpusun adından çıxış etdiyinə görə o, yerləşmə ölkəsində daha geniş əlaqələr yaratmaq imkanına malik olur (lakin bu ona öz funksional fəaliyyətini həyata keçirməsi ilə bağlı digər nümayəndəlik başçıları ilə müqayisədə üstünlük vermir). Duayen protokol xarakterli məsələlərdə bütün korpusun adın- dan çıxış etmək hüququna malikdir. Bunun üçün o, mütəmadi olaraq dipkorpusun üzvləri ilə uyğun məsələlərlə bağlı məşvərətlər keçirə bilər. Bu cür məşvərətlər bir qayda olaraq qeyri-rəsmi xarakter daşıyır. Duayen kütləvi tədbirlərdə öz həmkarları adından çıxış edə bilər. Bir sıra hallarda səfirlərin akreditə olduğu dövlətin rəhbərliyi diplomatlara hansısa qeyri-rəsmi xarakterli məlumatı birbaşa çatdırmaqdansa bunu duayen vasitəsilə etməyə üstünlük verir. Lakin duayen həmkarları ilə məsləhətləşmədən, onlardan razılıq almadan ən önəmsiz məsələ üzrə belə diplomatik korpus adından hərəkət edə, yazılı yaxud şifahi bəyanatla çıxış edə bilmə
7. Rəsmi səfərlərin keçirilməsi zamanı protokol problemləri (müddət, səfər proqramı və s.)
8. Daimi diplomatik nümayəndəliyin təsis olunmasın beynəlxalq hüquqi bazası
9. Səfirlərin qəbul edən dövlətə gəlməsinin protokolu

Yüklə 79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə